A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə10/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

şəxs adı ilə (antadan Ödkenç kağan ermiş-Tes ab. 13) eyni mənşəli olduğunu düşünmək olar. Bu 
barədə  S.Q.Klyaştornının  mülahizələri  də  maraqlıdır;  "İmya  kağana  Ödkenç  ne 
otojdestvlyaetsya  po  inım  istoçnikam.  Sopostavlenie  s  idi  kenç  ukazıvaet  liş  na  obşnost 
onomastiçeskoy modeli. Po konsultatsii S.Y.Yaxontova, imya Ö
dkenç  moqlo  bıt  proobrazom 
kitayskoy transkriptsii imeni I kaqana II uyqurskoqo tsarstva Teqyan-
sıqina. Sravni: pozdnyuyu 
(X v.) kitayskuyu transkriptsiyu slovo kenç" (59, s. 89). 
Ehtimal  ki,  Ödkenç  antroponimi  iki  tərkib  hissədən  ibarətdir:  Öd  qədim  türkcədəki  idi 
(sahib,  ağa,  əfəndi)  sözü  ilə  bağlıdır.  Kenç  elementi  isə  orta  yüzillərə  aid  uyğur  hüquq 
sənədlərindəki antroponimlərin tərkibində gözə çarpmaqdadır. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  xaqanın  çincədəki  Meu-yü  adı  Karabalqasun 
abidəsinin  soğd  mətnində  Bögü  kağan  şəklində  işlənmişdir.  Karabalqasun  abidəsinin  çincə 
mətnində bu kağanın adı eyni zamanda (türkcəsi) Tengride kut bolmış Eltutmış Alp Külüğ Bilge 
Kağan  şəklində  keçməkdədir.  Bəzi  tədqiqatçıların  fikrincə  bu  titul  ona  764-cü  ildə  Tang 
imperat
oru  tərəfindən  verilmişdir  (113,  s.  16).  Bögü  kağan  762-ci  ildə  Çindəki  böyük  üsyanı 
basdırdığına,  imperatoru  xilas  etdiyinə  görə  onun  tituluna  çinlilər  in-i çzyan-qun  sözlərini  də 
əlavə  etmişlər.  Bu  titulun  mənası  igid,  cəsur,  etibarlı  deməkdir  (59,  s.  83).  Sevrey  abidəsinin 
türkcə  kitabəsində  işlənmiş  İngi  Yağlakar  antroponimi  də  böyük  ehtimalla  çincədəkinin 
qısaldılmış şəklidir. Buradakı Yağlakar bəlli olduğu kimi məşhur bir uyğur qəbiləsinin adıdır. 
Uyğur  dövlətinin  xaqanları  da  Ton  bağa  tarkana  qədər  bu  boydan  çıxmışdılar.  Yağlakar 
etnonimi Tes, Terhin və Süci abidələrindəki antroponimlərin tərkibində işlənir. Məs.: Alp Işbara 
sengün Yağlakar (Terh. ab. 7), İnqi Yağlakar (Sevrey ab.), Yağlakar kan (Süci ab. I) və s. 
Run
ik  əlifba  ilə  yazılmış  Tes  abidəsində  (başqalarında  rast  gəlmədik)  Bögü  kağanın 
türkcə  adları  E1  tutmış  6)  və  Bökü/Bükü  Uluğ  kağan  (7)  şəklində  yazılmışdır.  Bəzən  bu 
antroponimin  Bögü  deyil,  Bügü  variantını  daha  düzgün  hesab  edir  və  onun  müasir  Türkiyə 
türkcəsindəki büyü/büyülemek sözü ilə əlaqəsinə diqqəti çəkirlər (164, s. 14). Yeri gəlmişkən 
Bögü/Bügü  onomastik  vahidinin  apelyativi,  onun  ifadə  etdiyi  məna  xüsusiyyətləri  haqqında 
müxtəlif  fikirlər  vardır.  Bəzi  tədqiqatçılar  bögü/bügü  leksik  vahidini  qüdrətli,  igid  kimi  izah 
etsələr də bizcə bu söz burada alim, həkim, sehirbaz mənasını ifadə edir. Bu uyğur hökmdarının 
Bögü adını alması ehtimal ki, onun Mani dinini uyğurlar arasında yayması faktı ilə bağlıdır. 
Bəllidir  ki,  763-cü  ildə  Bögü  kağanın  təkidiylə  uyğurlar  Mani  dinini  qəbul  etmişlər. Bu 
hadisələr  uyğur  əlifbası  ilə  yazıya  alınmış  Manixey  dini  məzmunlu  Bögü  xan  şərəfinə  mətn 
abidəsində bəlağətli bir dillə təsvir edilmişdir. Manixey rahibləri bu dini himayə etdiyinə görə 
Bögü xaqanı təbliğ edib ideallaşdırmış və elə bu abidədə onu Tenqri ilig Bögü kağan və Bögü 
kan Tenqriken (TTII A) şəklində təqdim etmişlər. Mani dini dindarları onu həm də Tenqri kağan 
adlandırırdı. 
 
22 


Digər  bir  Mani  mətnində  Bögü  kağanın  daha  dəbdəbəli  titulu  da  öz  əksini  tapmışdır: 
Uluğ iliğ Tenqridə kut bolmış erdenin il tutmış alp kutluğ bilge uyğur xaqan zahaqı-Mani (59, s. 
83). Burada zahagi-
Mani Maninin varisi, xələfi mənasını ifadə edir. 
Terxin  abidəsində  Bögü  kağanın  kiçik  qardaşı  765-766-cı  illərdə  uyğurların  Çinə 
yürüşünə başçılıq edən Alp uluğ tutuk Yaklakar (Çin mənbələrində Alp ışbara senqün Yaklakar 
(7
) şəklində adı keçir. Buradakı ışbara titulu qədim türk abidələrinə sanskrit dilindən keçmiş bir 
leksik vahiddir, cənab, hökmdar mənasını bildirir. 
778-
ci  ildə  dövlətin  daxilində  Bögü  xaqana  qarşı  üsyan  baş  verdi. Bu üsyana Bögü 
xaqanın yaxın adamlarından olan Ton bağa tarkan başçılıq edirdi. Bögü xaqan öldürüldükdən 
sonra 779-
cu ildə Ton bağa tarkan IV uyğur xaqanı oldu. Beləliklə, uyğur yağlakar qəbiləsinə 
mənsub  olan  xaqan  sülaləsinin  hakimiyyətinə  son  qoyuldu.  Ton  bağa  tarkan  taxta  çıxdıqdan 
sonra Alp kutluğ Bilgə kağan titulunu almışdır. Bu hökmdar Terxin abidəsində iç buyrukların 
başçısı Inançu bağa tarkan (6) titulu ilə göstərilir. Bu hökmdarın adı Karabalqasun abidəsində də 
öz əksini tapmışdır. Bu titulların tərkibində işlənən ton ilk, birinci mənasını, bağa yüksək vəzifə 
adını, ınançu isə inanılmış mənasını bildirir. 
Onu da qeyd etmək lazımdır ki, Terxin abidəsinin müəllifi də Bögü xaqanın oğlu Bilgə 
kutluğ tarkan senqündür (Terx. ab. 14). Ondan sonra Çin qaynaqlarının verdiyi məlumata görə 
Taras/Taraz (789-
790) uyğur xaqanı oldu. Bu hökmdarın adı, titulu 
K
arabalqasun abidəsinin Çin 
mətnində Alp Kutluğ külüg  Bilge kağan şəklində keçir. Ondan sonra Karabalqasun  abidəsinə 
görə oğlu Kutluğ Bilge taxta keçir. Onun adı Çin mənbələrində A-ço (A-çor) şəklində keçir (37, 
s.  46).  Bu  xaqanın  hakimiyyəti  dövründə  dövlətin  ən  güclü  adamı  İl  ögesi Inançu Bilge 
olmuşdur.  S.Göməçin  ehtimalına  görə  Açura  kitabəsi  də  bu  şəxsin  şərəfinə  qoyulmuşdur. 
Kitabədə  İl  ögesi lnançu Bilgənin  saysız  mala-mülkə  sahib  olduğu,  ölkəsi  üçün  yorulmadan 
çalışdığı, bəylərinin də ərdəm sahibi olduğu zikr edilmişdir (37, s. 46). 
       
Ondan sonra taxta Aşide boyundan olduğu ehtimal edilən, Çin qaynaqlarmda adı qısaca 
Kutluk şəklində göstərilən Ton bağa tarkanın nəvəsi oturmuşdur. Bu xaqanın adı Karabalqasun 
abidəsində Tenqride ülüg bolmış alp kutluğ Bilge kağan şəklində göstərilir. 
       810-
cu  ildə  Çin  salnaməsində  adı  Inançu  şəklində  yazılan  uyğur  elçisi  30  nəfərlik  bir 
heyətlə  Çin  sarayına  getmiş  və  imperatorla  görüşmüşdür:  İmperator  elçilərə  ipəkli  qumaşlar 
hədiyyə etmişdir. Daş kitabələr üzərindəki müşahidələr göstərir ki, Inançu külüq çigşi yuxarıda 
qeyd etdiyimiz kimi Çinə elçi sifətilə göndərilmiş, 813-cü ildə Çinə evlənmək üçün getmiş, 821- 
ci ildə təkrar bu məqsədlə Çinə səfər etmiş, IV dəfə Altun kıra getmişdir. Tədqiqatçılar Böyük 
altun  ölkəsi  toponimini  Altun  kırla  müqayisə  edərək  bu  nəticəyə  gəlmişlər  ki,  bu  abidədəki 
Altun kır Hotənin abidələrdəki qədim türk adıdır (37, s. 50). 
 
23 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə