A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə32/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   28   29   30   31   32   33   34   35   ...   226

 

67 


Hələ m.ö.

 

XXIII



 

əsrdə Lulu elinin böyükləri İkki-oğlu

 



 



Anubaniyə 

aid barelyeflərdə onların əlində yay vardır. Səmərqənddə Əfrasiyab-qala 

qazıntısında üzə çıxan daş möhürün üzərindəki rəsmdə də elbəyin əlində 

hakimiyət simvolu yay görünür:

207

  

Göründüyü kimi, yayın hakimiyət simvolu gələnəyi Azərbaycanda 



ən qədim çağlardan bəlli olan lulu boylarından tutmuş, saqa-qamər, oğuz 

və sair türk toplumunda davam etmişdir. Yay hakimiyəti, ox isə bu haki-

miyətə tabe olanı bildirmişdir. Asılı olmaq «oklı» sayılır, «oksızlık» isə 

müstəqilliyi bildirirdi. Vaxtaşırı örüş yerlərini dəyişən bozqır türklərinə 

bu deyimlər daha yaxın idi, çünki bir ölkədən başqa ölkəyə keçən bu atlı 

türklər tez-tez oxlu və ya oxsuz durumuna düşürdülər.   

Dövlətdə tuğ, bayraq  sancaq simvolları daha çox

 

ordu



 

ilə bağlı 

idi. Lakin tuğ-sancaq həm də üç-oq, on-oq kimi, elin tərkibində olan boy 

və bölgələrin sayını göstərən bəlgə idi. Uğurlar 744-də «3 tuğlu» türk or-

dusunu məğlub etmişdi. Tuğ və sancaq terminlərini sinonim sözlər sayan 

M. Kaşğari yazır ki, tuğun başında uğurlu rəng sayılan turuncu (al qırmızı) 

boyalı ipək və qumaş olur və «tokuz tuğluğ xan və ya xaqan» deyimində 

9 sayı da uğurlu sayılır, ona görə də, bölgələrin az və çox olmasından asılı 

olmayaraq, çox vaxt bu rəqəm dəyişmir.

208


 Saqaların savaşda qarşı tərəfi 

qorxuya salmaq üçün ilan-əjdaha görüntüsünü «canlandıra bilən» bayraq-

tuğları, Göytürklərin «altun qurdbaşlı bayrağı» vardı.

209


 

                                                 

207

  Stawiski, 1979, 29. 



208

  MK, III. 127. 

209

 dbaşlı bayrağı 567-də Bizans elçisi Zemarxos da АИОСК, 132; İA, 12. II. 254; Ögel, 



1991,

 

VI. 13-17; Çin qaynağında keçən altun qur İstemi kağanın ordugahında görmüşdü. 




 

68

KDQ-da «24 sancaq bəyi» deyimi isə  Oğuz eli boylarının sayına 



işarədir. Hər boyun müəyyən simvolla bağlı ağ, qırmızı, göy və ya yaşıl 

rəngli özəl bayrağı vardı. Bəzi bayraqların üstündə boy, budun və elə aid 

damğa (gerb) şəkli çəkilirdi. «Şahnamə»  Əfrasiyabın ipək bayrağında 

Ay-ulduz damğası olduğunu qeyd edir. M. Kaşğari 22 türkmən (oğuz) 

boyunun bölgələrində  hər boyun özəl damğasını gördüyünü yazır. Türk 

boylarında seçilmək üçün heyvanlara vurulan və ərazidə daşlara çəkilən 

damğa gələnəyi son vaxtlara qədər davam edirdi.

 

Bugün azər türklərinin 



El bayrağında göy, qırmızı, yaşıl boyaları və Ay-ulduz damğası türklərin 

qədim gələnəyini yaşadan bəlgədir.

210

 

Qədim çağlardan türklər oturaq və



 

yarımköçəri yaşam tərzilə

 

dağlı, 


aranlı (yatuq), şəhərli, bozqırlı kimi özəl boylara ayrılmışdır. Hər boyun 

dədə-baba yurdu, yaylaq yerləri vardı. Lakin daha hərəkətli bozqırlı türk 

boylarının atlı köçləri yeni-yeni torpaqların mənimsənilməsi ilə nəticələ-

nirdi. Belə torpaqların pay (ülüş) kimi verilməsi incü sayılırdı. Ülüş alan 

xaqan ailə üzvləri, bəylər, komutan və əsgərlər, bütöv boylar bu torpaq-

larda yeni yurd salır və ya ondan yaylaq-qışlaq yeri kimi istifadə edirdi. 

Oğuznamələrdə xaqanın yeni aldığı  və asılı bölgələri oğlanları arasında 

paylaması örnəyi vardır. Bəkilin igidlik göstərən oğlu İmrana torpaq ver-

məsi göstərir ki, boy və bölgə bəyləri də ülüş verə bilirdi: «Qarşı yatan 

qara dağdan oğlana yaylaq verdi».

211

  

Dövlətin ictimai, şəxslərin özəl mülkiyəti mövcud olan sosial-siyasi 



qurumda ailədən millətə  qədər insan haqlarına sayqı olur. «İnsan  şəxsi 

mülkə sahib olub, onu istədiyi kimi kullandığı və ya dəyərləndirdiyi sü-

rəcə hürdür».

212


 Müxtəlif çağlara aid tarixi qaynaqlar türk elində insanın 

hür yaşaması haqqında yetərli bəlgələr verir. Qut elinə (m.ö. XXII əsr) 

tabe olan ölkələr yüz il barış içində yaşayır, qonşu Asur-Urartu dövlətlə-

rindən qaçanlar Subar bəyliyinə (m.ö.VII əsr) sığınır, Bizansda insanın 

basqı altında yaşadığını vurğulayan bir bizanslı (IV

 

əsr) Avropa hunları 



içində qorxusuz və hür yaşadığını deyir, Çindən qaçan kölələr də Asiya 

hunlarına pənah gətirirdi.

213

 Türklərdə ailədən başlanan «İnsana sayğı» 



duyğusu boy, bodun və el qurumlarında davam etmişdir. 

                                                 

210

 KDQ-da «ağ sancaqlı alay» deyimi keçir. Bayındır boyunun və  Ağqoyunlu elinin 



bayrağı «ağ» rəngli idi. 

211


 KDQ, 1962, 130. 

212


 Kafesoğlu, 1989, 225. 

213


 Azər xalqı 2000, 124, 132; Kafesoğlu, 1989, 225; De Groot, 1921, 242. 


 

69 


 «Kutadğu Bilig» bu dəyişməz törə qanunlarını sadalayır: insanlıq 

(kişilik),

 

bərabərlik



 

(tüzlük), ədalət (könülük) faydalıq və yaxşılıq (uzluk). 

Türk dövlətçilik gələnəyində

 

ölkədə yaşayan başqa



 

xalqlara tolerant mü-

nasibətdən yuxarıda danışmışdıq. Belə dözümlülük siyasəti Xəzər elində 

aydın sərgilənir. Burada el (dövlət) türk törəsi ilə idarə olunurdu, lakin 

başbakanın mənsub olduğu soy yəhudi dininə tapınırdı. Paytaxtda yeddi 

yarqıcdan yalnız biri Tanrıçılıq dininə tapınan türklərin problemlərini çö-

zürdüsə, müsəlman, musəvi (yəhudi), xristian dinlərinə tapınan boyların 

hərəsinə iki yarqıc ayrılmışdı. 

Başqa xalqlara qarşı «dözümlü ovqat» gələnəyi yaşanan türk toplu-

munda atası yad xalqdan olan iqdış zümrəsinə, qul-qaravaşa və savaşda 

alınan əsirlərə də insani münasibət vardı.

214


 Zaxari Ritor qeyd edirdi ki, 

hunlar əsir alıb qul kimi işlətdikləri insanlara sərbəstlik verir

 



 



onlar üç-

dörd ildən sonra ailə qurub xüsusi mal-mülk sahibi ola bilirdi. Qazan xan  

oğlunu əsirlikdən qurtaranda «40 baş qul, 40 qırnaq (qaravaş), oğlu Uruz 

başına azad eylədi, cilasun qoç yigitlərə qalaba ölkə verdi».

215

 

 



Demokratiya anlayışı hər xalqın öz milli dəyərləri ilə qavranılır.

216


 

«Dövlət xalq üçündür!» deyiminin gerçək üzü olan demokratiya hər fər-

din azad yaşamına köklənən ədalətli və tolerant türk toplumunun milli 

özəlliyi idi. Hələ Aratta və Qut eli çağından seçimli «senatı» olan türk 

toplumu unikal cəmiyət idi. Dədə

 

Qorqud eposunda



 

da

 



oğuz boylarının 

ağsaqqallar

 

şurası


 

«qocalar»

 

adlanırdı.



217

 Bu qurumun doqquz üzvü

 

olması 


ayrıca bir boyun başçısı olan Aruz bəyin «9 qoca başları Aruz» epitetin-

dən bəlli olur.

218

 Qazılıq qoca isə həm də Bayındır xanın vəziri idi. Belə 



                                                 

214


 Görünür, azər dilində əsir sözü III minildən İkiçayarası və Azərbaycanın batı bölgə-

lərindəki

 

əhalini


 

əsir-yesir

 

edən samilərdən qalmadır.



 

Asur dilində asirum «əsir»,

 

esirtu 

«əsir qadın» anlamındadır. 

215

 KDQ, 1962, 40; (1994, 115). 



216

 Romalılara görə, Respublika öncə «tiraniya» anlayışına qarşı «xalq işi» olduğu üçün 

onun monarxik, oliqarxik və ya demokratik olmasının elə bir fərqi yox idi, Respublika 

sonralar Monarxiyaya qarşı qoyuldu (Штаерман, 1987, 81). 

217

 Lakin doqquz qoca təmsil olunan bu qurumda 11 nəfərin adı keçir: Elik qoca, Qəflət 



qoca,

 

Qazılıq



 

qoca, Aruz

 

qoca,


 

Uşun


 

qoca,


 

Qañlı


 

qoca,


 

Ense


 

qoca,


 

Duxa


 

qoca,


 

Qoñur


 

qoca


Yuñlu qoca,

 

Yapağulu qoca.



 

Görünür, daha qədim mifoloji süjetli boyda

 

adı keçən 



qoca titullu üç nəfər artıq bu qurumun üzvü deyilmiş və yaxud sonralar bu quruma üzv 

seçilmişlər, çünki onların adı başqa qocalardan fərqli çağlara aid olaylarda keçir.

 

Belə 


ki, Təpəgözün atası Qoñur qoca çoban idi, Yuñlu qoca ilə Yapağulu qoca isə Təpəgözə 

qulluq etmək üçün ayrılmışdı. 

218

 KDQ, 1962, 83. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə