A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə29/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   25   26   27   28   29   30   31   32   ...   226

 

60

biri özündən



 

böyük məfhumun içində təmsil

 

olunmuşdur.



 

Hər halda,

 

minil-


lərin sınağından çıxmış türk dövlətçilik gələnəyinin özəlliyini də nəzərə 

almaq lazım gəlir. 

Belə ki, Urmu gölü hövzəsində ölkə, bölgə,  şəhər-qala başçılarını 

asur mənbələri də fərqləndirir: boy başçısı olan bəylər naşiku, şəhər-qala 

başçıları və mərkəzləşmiş hakimiyəti olmayan ölkənin böyükbəyi bêl âli

mərkəzləşmiş hakimiyəti olan elbəy şarru «çar» terminlərilə verilmiş, bu 

son anlamda bəzən yerli termin kimi yanzi sözü işlənmişdir.

 

Ona



 

görə də,


 

müəyyən məqamlarda sözün daha aydın informasiya verə biləcək

 

leksik 


mənasına söykənib, uyğun kontekstdə «bəy»

 

sözünə köklənən  qalabəyi, 



dərəbəyi, ulubəy, atabəy, kiçikbəy, böyükbəy, elbəy kimi titullardan istifadə 

etmişik.  

Yuxarıda qeyd etdik ki, türk dövlətçilik terminləri sırasında xeyli 

alınma sözlər vardır. Bu sözlərin hansı dönəmdə alınması məsələsi nəzə-

rə alınmalıdır. Məsələn, batı samilər çara malikum, doğu samilər şarrum 

deyirdi. Deməli, qalabəyi, bölgəbəyi anlamında  məlik termini Azərbay-

cana aramey dili və ya suriyani xristianlıqla gəlmişdir. 

Türk dövlət



 

düzənindən danışarkən sosial-siyasi qurumlarla yanaşı 



dövlət simvolu (imi) sayılan

 

atributları və



 

protokol qaydaları üzərində

 



 



dayanmaq lazım gəlir. Belə ki, türk dövlətinin əsas simvolu olan Yay qə-

dim türk dünyagörüşünə görə, yağışdan sonra günəş şüalarının yaratdığı 

rəngli «Göy

 

qurşağı» timsalında tanrının göndərdiyi hakimiyət bəlgəsidir.



 

Hələ


 

III minildə

 

Aratta elbəyi ona hakimiyət simvolu kimi əsa (skipetr) 



göndərən sumerlərin hədiyəsini rədd edib deyir ki, tanrı ona «Göy

 

qübbə-



si» qutu vermişdir.

184


 Bu motiv uyğur Oğuznaməsində Uluq-Turuq bəyin 

yuxu yozumunda təkrar olunur. Uluq-Turuq Oğuz xana deyir ki, yuxuda 

gördüyü Gündoğandan Günbatana qədər uzanan tanrı  bəlgəsi  altun yay 

ona verilən hakimiyətdir. Ona görə də, Göy-qurşağı (qövsi quzeh) görü-

nəndə tokuz-oğuz boyları onu qutlayıb şənlik edirdilər (Əbu Düləf).

185


 El 

atributları sırasında təbii ki, mərkəzi bölgə (ordugah), tuğ, bayraq, damğa, 

ordu, divan və taxt (örgin, ornaq, orunluq) da vardır.

186


  

                                                 

184

  Kramer, 1991, 34, 39. 



185

  Artıq dəmir çağında bəzi türk (saqa) və Atillanın mənsub olduğu hun boyları yayla 

yanaşı, qılıncı da tanrı qutunun simvolu sayırdı. 

186


 Bəzi uzmanlar dövlət atributu kimi bunları da göstərir: otağ (hökmdar çadırı), ordu 

(çadır kənd), davul (köbürke, kövruq), kotuz (sorquç?), qamçı (berke), kəmər

 



 

61 


Siyasi təşkilatlanmalar zaman-zaman protokol qaydalarının gələnə-

yini yaratmışdı. Xaqandan sağda tudunlar, komutanlar, solda məmurlar 

və toplumun hörmətli adamları durmalı, hətta dövlət  şölənində yemək 

tərzi də protokola uyğun olmalı idi: kəsilmiş at və ya qoyundan ülüş payı 

hər kəsin statusuna uyğun verilirdi. Protokol qaydalarının pozulması törə 

pozuntusu sayılırdı. Belə ki, toya (qurultaya) gəlməmək itaətsizlik kimi 

qiymətləndirilir, hətta qohum boylar arasında savaşa səbəb olurdu.  

Azərbaycanda qədim çağlardan başlayaraq,  ərəb 

işğalına qədər zaman-zaman onlarla kiçik-böyük 

dövlətlər yaranıb sonra dağılmış,  şəhər-qala, bölgə 

bəylikləri  şəklində daha böyük siyasi qurumların 

tərkibinə daxil

 

olmuşlar.



 

Yazılı


 

qaynaqlar bunların 

hamısından deyil, yalnız müəyyən qismindən bəhs 

edir.  İslamaqədər Azərbaycanda görünən Subar,

 

Aratta,


 

Qut,


 

Turuk, 


Mana, Saqa-Qamər, Mada, Atropaten və Alban-Aran kimi dövlətlərlə 

yanaşı, vaxtaşırı türk boylarının çoxlu siyasi qurumları ortaya çıxmışdır. 

Minillər boyu təkrar-tərkar bir neçə boyun birləşməsilə yaranıb-dağılan 

bu oxşar prosesi sadə bir izahla verən Əbülqazi Bahadır xan yazırdı ki, 

hökmdarlıq çoxsaylı boydan birinə verilir, bu birliyə 6-7 və ya 3-4 azsaylı 

boy da qoşulurdı.

187

 Oxşar yaşam tərzi, təbii ki, ortaya oxşar təşkilatlanma 



gələnəyi çıxarmalıydı. Bu oxşar, daha doğrusu, eyni gələnək saqa-qamər 

(skit-kimmer) boylarının m.ö.VIII-VII əsrlərdə Azaq yaxasından, oğuz-

türkmən boylarının da m.s.

 

IX-XII  əsrlərdə Orta Asiyadan Azərbaycana 



və Anadoluya qayıdışı ilə bu bölgələrdə yaşanan olaylar sanki eyni tarixin 

təkrar yaşanmasıdır. Minillərlə ölçülən zaman fərqinə baxmayaraq, hadi-

sələrin başında dayanan boylar və bəylər eyni adlarla yad olunur:

188


 

Batı Azərbaycan: m.ö. III-II minillərdə  lulu boyu, m.ö. IX-VIII əsrlərdə 



zəngi boyu, sangi-butlar; m.s. XIII əsrdə Zəngi Atabəyliyi, Mosul atabəyi 

- Bədrəddin Lulu,  İsmayıl Lulu; Güney-Doğu Anadolu:  m.ö.VIII-VI əsr-

lərdə şadılı boyu (şadeli), saqa-qamər axını və saqa-qamər bəyləri - Savlı, 

Tuğ-damme, Sandak-Şat-ər;  m.s. X-XIII əsrlərdə şad boyu bəyləri, oğuz-

səlcuq axını, oğuz-türkmən bəyləri - Savlı (Çavlı), Tuğ-təkin, Sandak bəy.  

                                                 

187


 Şecere-i Terākime, 1996, 167-168. 

188


 

Oxşar durum başqa bölgələrdə də təkrar olunurdu. Belə ki, m.ö.

 

XIV-də Troya bölgə-



sindən çıxan türklər m.s.

 

XIV-də yenidən ora qayıtdı



.

 

Turoya çağında indiki Boludan 



doğuda qaşqaylar Ay tanrısına Qaşqay, tanrının verdiyi ruha kut deyir, etnoqraflar IX-X 

əsrdə Orta Asiyada Ay-tamqalı qaşqayların da ruha kut deməsini qeyd edir. 

 

 

 

Dövlətçilik 

gələnəyi 



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə