56
Qədim Misirdə mərkəzləşmiş hakimiyət bürokratiya institutuna
əsaslanırdı. Nil suyundan səmərəli istifadə etmək üçün ekonomik və tex-
niki işləri yürüdən mirzələrdən ibarət katiblər ordusu yaranmışdı. Qədim
Çin səddinin tikilməsində də çoxlu bürokrat iştirak edirdi. Burada katib-
lərin irsi sülaləsi (vərəsəlik) yaranmışdı, məmurlar imtahanla işə götürü-
lürdü. İkiçayarası dövlətlərdə də bürokratlar çox idi. Araphada (Kərkük)
hurri kaloniyasının arxivi bir ailədən olan mirzələrin bir neçə nəslini da-
vamlı əks etdirir. Qədim türklərdə isə ilk dönəmlərdə bürokratik institut
zəif inkişaf etmişdi. Bu, daha çox yaşam tərzi, özünəməxsus dövlətçilik
gələnəyi ilə bağlı idi. Lakin sonralar, III minilin sonlarından başlayaraq,
sumer-akad yazılarında bəzi titulların türkcə olduğunu və getdikcə bu
terminlərin sayca artdığını görmək olur. Çin qaynaqlarına görə, əski türk
elində
28 çeşiddə məmur (çinovnik)
vardı.
176
Əlbəttə, titulların bu sayı
çinlilərə məlum olanları idi və batı türklərdə işlənən titulları da nəzərə
alanda artıq türklərdə böyük məmur ordusu olduğunu görmək olur.
Ayrıca çarı (ensi) olan Subar, Aratta və Qut eli çağında elçi, bilgə,
şat, damğaçı (tamkar) kimi bir neçə titul bildirən söz görünsə də, bu türk
ellərində bürokratlar az idi. Qutlar İmperiyanı saxlamaq üçün zəbt etdiyi
Sumer,
Akad
və
Elamda
yerli çinovniklərdən istifadə
edirdilər.
Mana
eli
çağında isə artıq bürokratların sayı çoxalmışdı. Hunlar m.ö. 220-də qur-
duğu dövləti əraziyə görə öncə12, sonra 24 bölgəyə ayırmışdı. Əlbəttə,
bu ərazilərin idarə olunmasında məmurların əməyi böyük idi.
Məmur titullarının leksik təhlili göstərir ki, dərəbəyliyin
qarşısını
alan
bürokratiya
institutu m.ö.
I
minilin
əvvəlindən başlayaraq, dövlət qu-
rumunda sistem halına düşür. Göytürk və Uyğur ellərində 9 nazir vardı
və bunlar buyuruq adlanırdı. Buyuruq bəglər «buyuran, buyuruq verən»
anlamında yozulur. Bunlardan bəzisi ölkədaxili işlərlə məşğul olduğu
üçün İç-Buyuruq ünvanı daşıyırdı. Buyuruq-çor ünvanı daşıyanlar isə,
güman ki, ordu və savaş işinə baxırmış. Bilgə Kağan Türk dövlətinin
yıxılmasında fərsiz, biliksiz «yablak buyurukları» qınayır.
Dövlətə bağlı bölgə və şəhərlərdən toplanan vergi üzərində nəzarəti
tudun həyata keçirirdi.
177
Batı Göytürk elində doğu və batı sınır bölgə-
lərdə oturan iki tudun vardı. Üzüm vergisi yığan borçı, baş xəzinədar isə
176
Koça, 2002, 834.
177
«Bilqamıs» eposunda Şuruppak şəhərinin prinsi Ubar-tutu adlanırdı.
57
ağıcı-ulugı adlanırdı.
178
Elin sınırlarının və ordugahın qorunmasından so-
rumlu olanlara bəkçi, qaravul, karağu, çavuş, gözətçi deyilirdi.
179
Türk
elində ədalət, qanun-qayda törə ilə yürüdülürdü. Ciddi və önəmli qanun
pozuntusu olaylarına xaqanın başqanlığı ilə baxılsa da, Yarqu (yüksək
dövlət məhkəməsi) qurumu, yarquçi və yarqan titulu daşıyan məmur
bu işlə məşğul olurdu. Peşə-sənət terminləri
sırasında «həkim-loğman»
anlamında olan emçi, otaçı, sagun sözləri vardır. Kam//qam institutunda
bəzi qamların (şamanların) da loğmanlıq etdiyini görmək olur. Təbii ki,
bugün tibb elminin yenidən üz tutduğu «türkəçarə» üsulları ilə toplumun
sağlıq durumu ilə məşğul olan bu həkimlərdən bəzisi dövlət qurumunda
rəsmi görəv daşıyırdı.
Qədim türklərdə
«Dövlət
qılıncla
qurulur,
qələmlə
idarə
olunur»
ata-
sözü dövlət dəftərxanasında yazı işlərinin mühüm əhəmiyət daşıdığını
aydın göstərir. «Kutadğu Bilig»də bitikçi ılımğa titulunu daşıyan məmu-
run xarici işlər naziri statusu vardır. Xaqan ən gizli fikrini, dövlət sirrini
ona açmalı olurdu. Uyğur elində bitikçinin fəaliyəti genişlənmişdi, çünki
şəhərlərdə yaşayan uyğurlar yazı-pozu ilə daha çox məşğul olurdu. Görü-
nür, uluğ bitikçi titulu «baş katib» imiş. Türk bitikçilərinin sırasında şə-
rəfli yer tutan Ulu xan Ata bitikçi isə Oğuznamələri toplayaraq yazıya
almışdır.
180
Saraylarda müxtəlif
dillərdə
yazıb-oxuya bilən
çoxlu dilmanc
«tərcüməçi» olurdu. Saqa elbəyinin 7 dilmancı vardı. Bu titul rus dilində
tolmaç forması aldığı kimi,
tarquman da samilərdə
tərcüman olmuşdur.
Batı-Göytürk elbəyi Sulu kağan Kültekinin yas törəninə Makaraç-
tamğaçı və
Oğuz Bilgə-tamğaçı adlı kişiləri təmsilçi kimi göndərmişdi.
181
Buradan görünür ki, xaqanın tuğra(q) - fərmanını yerlərə ötürən, xaqanın
yarlıq və buyruqlarını hazırlayan tamğaçı (pres-sekretar) yüksək rütbə idi.
Qaynaqlar yazığçı titulunu da «katib» və «qasid» kimi verir.
178
Donuk, 1988, 66, 73.
179
Bəzən belə titul daşıyanlar ondan soyadı kimi istifadə edir və sonralar
belə titullar
boy adına çevrilirdi. Belə ki, çin qaynağı tszyüy-tsyüy (gözətçi) Mensun barədə qeyd
edir ki, onun əcdadları syünnularda nəsildən-nəsilə gözətçi vəzifəsi daşıdığı üçün o,
daşıdığı tütulu özünün soyadına çevirdi (МПИКНК, 1989, 114).
180
«Ulu xan
Ata bitikçinin sözü»
adlı
Oğuznamənin orta fars dilinə hələ
VI əsrdə tərcümə
edildiyi
«Dürər üt-tican və təvarix qürər əz-zəman» əsərində verilir
(Короглы, 1976, 38).
181
«On-ok oğlum türgiş Kağanda Makaraç-tamğaçı,
Oğuz Bilge-tamğaçı kelti» (Orkun,
1994, 52); Damğa sözünün sumer, akad və slav dillərinə keçməsi,
Part elində işlənməsi
haqqında «Qonşu xalqlar» bölməsində geniş bilgi verilmişdir.