A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə25/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   21   22   23   24   25   26   27   28   ...   226

 

52

Seçkili qurumlar. Yuxarıda başçı statusu ilə bağlı titullardan və 



tanrı qutu adlanan seçimdən örnəklər verdik, lakin bu seçimlərdən fərqli 

olan


 

daha


 

bir


 

seçki növü vardır

 

ki,


 

bu

 



da

 

seçimli qurumla

 

bağlıdır.



 

Belə ki, 

hələ  qədim türk toplumunda müəyyən məsələlərin çözümünü gənəşmək 

üçün


 

keçirilən

 

yığıncaqların



 

toplantı


 

yeri


 

-

 



qurumu

 

yığınaq,



 

dərnək,

 

kəngəş, 

toy, sonralar isə qurul sözünün monqol variantı ilə qurultay adlanmışdır. 

Bu qurumlar ilkəl toplumdan dövlət qurumuna qədər müxtəlif çeşidlərlə 

görünsə

 

də, artıq el



 

qurumunda

 

mühüm


 

siyasi təşkilata çevrilmişlər.

 

Seç-


kili qurumları  və qurum üzvləri olan seçkinləri bildirən sözləri (qoca, 

toyqu, ayquçi) yazılı qaynaqlar qeyd etmişdir. Sonralar hökmdar sarayı 

atributlarından biri kimi, daha çox divan sözü işlənmişdir: Bayındır xanın 

divanı, Qazan xanın divanı (KDQ). 

Kəngəş.  Hələ sosial soy-boy qurumunda formalaşan «ağsaqqallar 

şurası» mühüm məsələləri gənəşib həll etmək üçün bir yerə toplanırdı-

lar.

158


  Qədim türkcə  kəngəş (kəñəs) adlanan bu toplantı qurumunun adı 

sumer dilində də işlənmişdir: Luqal-kinqiniş-dudu «çar öz gənəşməsində 

ustadır» kimi Sumer şəxsadında gördüyümüz kəngəş sözünün

 

bəzi



 

sumer 


deyimlərində aydın etimologiyası vardır.

159


  

Sumercə ùğ «uruq» 

ken «dairə» sözləri ilə yaranan ùğken deyimi 



«xalq toplantısı» anlamı ilə tərcümə olunur.

160


 Sumer dilində uken «xalq 

yığıncağı», «məclis» anlamı daşıyır, xalq yığıncağının başçısı kengal isə 

«məclis başqanı» (ken

+

böyük) anlamını bildirir.



161

 Sumer deyimlərindəki 



ken «gen» (dairə)

 

sözü bu



 

qədim türk terminini

 

«konuşma»



 

sözü ilə deyil, 

«bir dairəyə toplaşma» anlamında *geñ//*keñ-eş  şəklində  bərpa etməyə 

imkan


 

verir.


 

Bu baxımdan,

 

Avropa


 

dillərində asamblea, senat sözləri ilə 

yanaşı, konqres sözünün işlənməsi də diqqəti çəkir. 

Dərnək. Dədə Qorqud kitabında dərnək termini «yığıncaq, toplantı» 

anlamında işlənir, dərnəkdə toplaşanların sonra yemə-içmə məclisi qur-

duğunu

 

da



 

görmək olur.

 

M.

 



Kaşğari bu sözü tərnək və

 

tərik şəklində işlə-

dir: «Tərnək - işləri konuşmaq üçün ulusun toplandığı yer»; «Alp orduda, 

                                                 

158

  

Sumer dilində «başbuğun müşaviri və ya elçisi» anlamında  súkkal titulu işlənirdi 



(ИДВ, 1983, 206); Bu sumer sözünün ağsaqqal deyimindəki saqqal sözünə bənzəməsi 

diqqəti çəksə də, çox güman ki, bu, təsadüfi oxşarlıqdır.

  

159


  Bu baxımdan, Mada onomastikası sırasında görünən Kingiştilenzax adı diqqəti çəkir 

(Алиев, 1960, 96). Burada kingiş-tilençak tərkibinin olması mümkündür. 

160

  Дьяконов, 1967, 50. 



161

  ИДВ, 1983, 172; Latınca konsilium, rusca sovet sözlərinin mənşəyi də maraqlıdır. 




 

53 


savaşda, bilgə isə tərikdə - toplantıda sınanır».

162


 

Bugün dərnək sözü si-

yasi terminologiyadan çıxsa da, ictimai qurum adlarında işlənir.  

Qoca.

 

Tarixçi Priskos 448-də Atilla çağında batı hunlarda «seçkinlər 



məclisi» (loqades) olduğunu yazırdı. Xəzər dövlətində ağsaqqal qurumu 

«yaşlılar

 

məclisi» vardı.



  

Dədə


 

Qorqud


 

boylarında «9

 

qoca»


 

qurumu,


 

etrusk 


çağı Romada isə 300 kişilik senat (senex

 

«qoca») olduğunu görürük. 



Toy qurumu. Müasir dünya dövlətlərində gördüyümüz bir və iki 

palatalı parlament (Milli Məclis) qurumu tarix boyu

 

təkmilləşmə



 

 



uzun 

inkişaf yolu keçmişdir. Hələ Sumer çağında «İkipalatalı Parlament» bəsit 

xalq məclisi qurumu kimi ortaya çıxmışdı. XIII əsrdən monqol sözü olan 

qurultay (xuriltay) deyimi dəbə düşənə  qədər türklər minillər boyunca 

kəñəş, dərnək, yığnaq və toy sözlərini işlətmişlər. Əslində,

 

qurultay



 

sözü 


də monqol dilinə keçən türkcə qurul sözündən yaranmışdı. Sadalanan bu 

sosial-siyasi qurumlar sırasında «parlament» anlamında olan Toy qurumu 

özəl yer tutur. Toya seçilmiş toyqular (deputatlar) yığışır. Türkmənlərin 

«Koroğlu» dastanında «qeñeş-toy» deyimi vardır.

163

 

Bugün azər dilində «evlənmə törəni» anlamında işlənən toy-düyün 



deyimindən fərqli olaraq, toy sözünün qədimdə «qurultay» anlamı vardı. 

Toyun çağırılması, onun keçirilməsi dövlət tədbiri idi və dövlət mərasi-

minə qatılmayan seçkinlər törəni pozan, dövləti «tanımayan»  şəxs kimi 

cəzalanırdı. Toyun baş tutması elin və törənin yaşadığını göstərən siyasi 

aksiya sayılırdı. Çağrılma müddətinə və məqsədinə görə toyun müxtəlif 

formaları olurdu.  

«Xanlar-xanı Xan Bayındır yılda bir kərə toy edüp, Oğuz bəglərini 

konuqlar idi».

164

 Xəzər xaqanı isə ildə 3 kərə (hər 4 aydan bir) xalqla gö-



rüşürdü və

 

bu,



 

müəyyən mərasimlərlə bağlı idi.

 

Hunlar da yeni ili



 

qutlayıb 

şölən vermək və dövlət sorunlarını çözmək üçün ildə 3 dəfə (1, 5, 9-cu 

aylarda)


 

toplanırdı.

 

Çin qaynağına görə,



 

göytürklər

 

Bahar bayramında Yer 



tanrısı (Po-teng-ning-li) dağlarında Göy tanrısına qurban verirlər.

165


 Qu-

rultay tipli toydan fərqli olaraq, yeyib-içmə  şülənli yağmalı toy elbəyin 

gücünü,  ədalətini və  həm də  əliaçıq olduğunu nümayiş etdirirdi. Bu tip 

toylarda toplanmış mal-mülk paylanardı. Qazan xan «3 ildən bir» evini 

yağmaladardı. 

                                                 

162

  MK, I. 388, 477. 



163

  Гёр-оглы, 797. 

164

  KDQ, I. 77. 



165

  Ögel, 2000, 880. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə