A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə22/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   18   19   20   21   22   23   24   25   ...   226

 

46

alsa da, yalnız yabqu sanına qədər yüksələ bilərmiş. Görünür, hansı yol-



lasa taxta çıxarılan İnel kağanın 716-da vəzifəsindən uzaqlaşdırılması da 

bununla bağlıdır.

124

 

Sonralar yınal (inal) sanına Xarəzmşah Atsızın qardaşı Yınal-Tegin 



adında rast

 

gəlirik.



 

Təkcə


 

inal sanının deyil,

 

onun kimi «güvəncli»



 

anlamı 


daşıyan inanç və inançu sanlarının da *in (in-am, in-anmaq) kökündən 

yaranması bəllidir. Bu sanların ilkin leksik anlamında «güvəniləsi adam» 

məfhumu dövlətdə inal, inanc, inancu sanı daşıyanların hökmdara yaxın 

adamlar olduğunu göstərir. İnanc sanının sülalə tituluna çevrilməsi olayı 

da vardır.

 

Belə ki,



 

Atabəylər

 

çağında Rey



 

bölgəsinin

 

xanı İnanc,



 

onun


 

qızı 


İnanc xatun, nəvəsi Kutluq-İnanc adlarını daşımışdır.

125


   

Bu sanlar sırasına inaq titulunu da daxil etmək olar. Uzmanlar inaq 

sanını «boy öndəri» anlamında işləndiyini və inaqların dövlət  şurasının 

üzvü


 

olduğunu


 

qeyd


 

etmişlər.

126

 Lakin Dədə Qorqud boylarında



 

protokola 

uyğun olaraq, inaqların qapıda və ya həyətdə (eşikdə) durmaları onların 

müşavir yox, inallarla eyni statusda olduğunu göstərir.

127

 Qut elbəyi İnim-



Abakeş, Göytürk kağanı İnim Kültegin adlarında inim sözü kökünə görə 

inel sanına oxşasa

 

da,



 

buradakı ini kökü «kiçik qardaş» anlamı daşıyır. 

 

Elig. Göytürk yazısında elig şəklində verilən və əski türk qaynaqla-

rında ilig-bəg, ilig-kan, ulug-ilig kimi titulların tərkibində görünən  elig 

(ilig) hökmdar, prins, kral anlamı bildirmişdir.

128


 El-li, el-lig sözlərinin 

leksik anlamı da bu yozuma haqq qazandırır.

 

Atillanın oğlu İlek də «kral» 



anlamlı

 

ad daşıyır.



 

Xarəzmşaha qarşı birgə vuruşan türkmən

 



 



qara-xitay 

qoşununun başbuğu  İlig-Turkman adlanırdı.

129

 Bu sanın «türkmən-başı» 



anlamında ilig-turkman deyimi göstərir ki, boy-budun başçısı kimi sosial 

qurumda formalaşan ilig termini siyasi

 

qurumda dövlətin (elin)-başçısı



 

statusu ilə «hökmdar» sanı anlamı qazanmışdır.  



Elçi.

 

Morfoloji quruluşu



 

(el-çi) şəffaf olan bu

 

sözün


 

məna tutumuna 

tarixboyu müxtəlif anlamlar

 

yüklənmişdir: 1) diplomat,



 

qasid; 2) boy,

 

bu-


dun, el sosial qurumlarının təmsilçisi, başçısı; 3) boy, budun və el siyasi 

                                                 

124

 Donuk, 1988, 16. 



125

 Буниятов, 1986, 36-37, 51. 

126

 Donuk, 1988, 16 (119-cu qeyd). 



127

 «Sağda oturan sağ bəylər, solda oturan sol bəylər, eşikdəki inaqlar, dibdə oturan xas 

bəylər! Qutlu olsun dövlətiniz! - dedi» (KDQ, 1962, 62). 

128


 Donuk, 1988, 19-20. 

129


 Буниятов, 1986, 37. 


 

47 


qurumlarının başçısı. Bu son anlamda elçi sanı dövləti təmsil edən adam 

(dövlətçi) və «hökmdar» tituluna tay gəlir. Türk dialektlərində elçi//ilçi 

fonetik variantları ilə işlənən bu söz boy qurumu çağından bəllidir. Belə 

ki, Sumer qaynağında «Qutiumdan gələn iliş» deyimi vardır.

130

 Bu yazıda 

Qut elindən (Qutium) gələn adamın elçi (

eliş) adlanması açıq sərgilənir. 



Burada elçi sözünün qasid, diplomat və ya başçı anlamı aydın görünmür, 

lakin Qut eli çağından bir neçə əsr əvvəl Ulu Sarqona qarşı vuruşan

 

17 


quzey boyundan biri məhz turki boyu adlanır, boyun başçısı isə

 

İlşunail 

adını daşıyırdı.

131


 Buradakı Elçu-Nail deyimi isə elçi sanının «boybaşı» 

anlamını aydın göstərir. Xan//xaqan titulunun sinonimi kimi hərfi mənası 

«dövlətçi bəy» olan elçibəy sanının da kökü elçi

 

//

 

ilçi sanına dayanır.  

Elbəy.

 

Leksik mənasına görə



 

«xalq//ölkə//dövlət başçısı»

 

anlamları 



daşıyan

 

elxan,

 

elkağan titulları

 

ilə



 

bir


 

sırada


 

dayanan


 

elbəy sözünün yaran-

ma tarixi daha qədim olmalıdır. Göytürk elinnin başçısı Bumın 552-də il-



kagan

 

titulunu qəbul



 

etmişdir.

132

 Z.


 

V.

 



Togan türk dövlətçiliyi baxımından 

«Kutadğu Bilig» əsərinin əhəmiyətindən danışarkən, buradakı ilbeglərin 

zənginlikdən uzaq yaşam tərzini Antik çağ yazarlarının m.ö.

 

I minilin or-



talarında təsvir

 

etdiyi



 

Argim-pay ilbegləri

 

durumuna uyğun gəldiyini



 

gös-


tərir.

133


 Herodot və Rəşidəddinin qələmə aldığı saqa və oğuz soykökünə 

aid miflərində üç qardaşın böyüyü saqalarda Elbəg, oğuzlarda isə Eltegin 

adlanır.

 

Bu el-bəg



 

=

 

el-tegin paralelliyi

 

elbəg sanının

 

«vəliəhd»



 

 



«prins» 

anlamını göstərir. Lakin daha qədim çağlarda el və bəg sözlərinin sosial 

qurumda

 

daşıdığı məna yükü elbəg deyiminin dini başçı anlamını ortaya 



qoyur.

 

Əslində,



 

belə


 

 



olmalıdır; m.ö.

 

III minilliyin ortalarında boy



 

baş-


çısının eyni zamanda dini başçı sayılması olayı yayğın idi.  

Türk toplumunda Elxan kimi,

 

Elbeg şəxsadı



 

da geniş yayılmış, bu 

adın müxtəlif fonetik variantları yaranmışdır: İlbeg, Elbeg (peçeneq), El-

bay, Elbəy, Elbəyi. Burada sadəliyi ilə seçilən diləyatımlı elbəy variantını 



el siyasi qurumu (dövlət) başçısı anlamında «çar» sanına paralel işlədirik.  

Eltəbər.

 

Göytürk dövlətinə tabe olan karluq, az, uyğur



 

 



ediz boy-

larının başında eltəbər sanı daşıyanların durması göstərir ki, onlar boy və 

budun başçıları  və ya hökmdarın təmsilçisi kimi bölgələrə  təyin olunan 

canişinlər idi. Bu titulun el sözü və təpər (təpmək) feilindən düzəldiyini 

                                                 

130


 Balkan, 1992, 42. 

131


 Memiş, 2002, 70-71. 

132


 Kafesoğlu, 1989, 93. 

133


 Togan 1981, 85. 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə