A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə23/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   19   20   21   22   23   24   25   26   ...   226

 

48

yazan P. B. Golden onun «Alban tarixi»ndə ilutuer, İbn Fədlanın əsərin-



də isə yıltavar şəklində verildiyini qeyd edir.

134


 Lakin hat (və ya qaşqay) 

dilindən hetlərə hökmdar titulu kimi keçmiş tabar sözü təp- feilindən yox, 



tap- (tapmaq) feilindən yaranmışdır. Bu baxımdan, eltəbər sanının «el tə-

pər» deyil, «el tapar» anlamında yozumu semantik cəhətdən özünü doğ-

ruldur.

 

Het



 

çarları hətta tapar sanını tabarna

 

şəklində sonralar sülalə titu-



luna çevirmişdilər.

135


 Bu titulu etrusklar Teberi adında saxlamışlar. 

Mərvəzi


 

yazır ki,

 

türk hökmdarı xaqan, bulqar hökmdarı isə eltəbər 



(vıltıvar) titulu daşıyır.

136


  Mərkəzi hakimiyətin tabeliyindən çıxan bu və 

ya

 



digər

 

bölgədə



 

eltəbərin yeni dövlət başçısı

 

kimi fəaliyət göstərməsi



 

də 


mümkündür. Hətta

 

VII  əsrin ortalarında uyğurların  eltəbər sanı daşıyan 



başçısı bəzi ətraf əraziləri ələ keçirib, Çin imperatoru tərəfindən tanınan 

dövləti «Uluq İl-teber» titulu ilə idarə etmişdir.

137

  

Bilgə. Türk dövlətçilik tarixində önəmli titullardan biri də Göytürk 



yazılarında

 

keçən bilgə sanıdır. M.



 

Kaşğari bilgə sözünün bilikli,

 

ağıllı və 



hakim anlamında işləndiyini qeyd edir.

138


 Bilgə kağan xatununun İl-Bilgə 

adlanması göstərir ki, bəzi hökmdar xatunları El-bilgə titulu daşıya bil-

mişlər. Bilgə sanı türk toplumu içində xidmətləri olan yabançıya da verilə 

bilirdi.


 

Necə ki,


 

Göytürklərə sığınıb,

 

Çinin quzeyində dövlət quran



 

general 


Lianq Shi-tu qurdbaşlı bayraq

 



 

Tardu Bilgə

 

kağan ünvanı (sanı)

 

almışdır. 



Qədim türk antroponimiyasında geniş

 

yer alan Bilgə



 

adı


 

günümüzə


 

qədər 


işləkliyini itirməyib.

139 


 

Ən qədim türk dövlət titullarından olub, bil-  feilindən düzələn və 

«bilikli» (filosof) anlamı daşıyan bilgə sanı, görünür, subar boylarından 

sumerlərə

 

də keçmişdir. Belə ki,



 

III


 

minilin ortalarında bu

 

san bəzi sumer 



çarlarının

 

adına qoşulmuşdur.



 

Millətin mövcud durumu və

 

gələcək təhlü-



kəsizliyi üçün

 

sorumlu olub,



 

bu

 



sahədə müstəsna xidməti

 

olan



 

dövlət


 

ada-


mına verilən

 

bu



 

titulu m.ö. XXV-XXIV əsrə

 

aid bir


 

sumer


 

yazısında gör-

mək olur: «Eanatumu ensi Laqaşa pa bilga Entemena ensi Laqaşakea» 

deyimindəki bilga sözünü İ. M. Dyakonov «əcdad» (predok) anlamı ilə 

                                                 

134


 ÇÉáõÃáõ¿ñ - ilutuer, ﺮاﻮﻄﻠﻳ - yıltavar (Golden, 1980, 147-150). 

135


 Heroqlif yazı ilə Tabarna möhürləri və üzərində «Böyük kral Tabarnanın möhürü» 

deyimi olan möhür bunu aydın göstərir (Kınal, 1987, 198-199); ИДМ, I. 204. 

136

 Şeşen, 1975, 106. 



137

 Kafesolğlu, 1989, 123. 

138

 MK, I. 11. 



139

 Aldığım ödüllər içində «Türk törə öcağı»nın verdiyi Bilgə sanının özəl qıvancı vardır.  




 

49 


tərcümə edir, halbuki həmin mətnin əvvəlində əcdad anlamında aba sözü 

işlənmişdir.

140 

 

Təxminən



 

XXVII


 

əsrdə


 

Uruk şəhər-dövlətinin

 

başçısı


 

olan 


məşhur sumer qəhrəmanı Bilqamesin (~Bilgemeş) adını da həmin yazar 

biliqa-mes şəklində

 

verib,



 

onu «alp əcdad»

 

(predok-geroy)



 

anlamı


 

ilə


 

şərh 


edir. Halbuki, sumer dilini yaxşı bilən, «Bilqamıs» eposunu akad dilinə 

«Gilqamış» adı ilə çevirən katiblər Bilqamesin «hər şeyi görən, hər şeyi 

bilən» anlamı daşıdığını yazmışlar.

141


 Çox güman ki, o, Uruk şəhərinin 

ensisi olandan sonra bilqa-mes sanını almışdır. Eyni gələnək

 

Göytürk


 

yazı-


larında 

  «türk bilgə



 

kağan»ların aldığı ad-san sistemində 

təkrar olunmuşdur. 



Şad. Türk törəsinə görə, hökmdarın oğlu orduya və ya bir asılı böl-

gəyə başçı təyin olunanda ona şad sanı verilirdi. Elbəy oğlunun vəliəhd 

olması üçün öz millətindən olan xatundan doğulması gərəkirdi. Bu törə 

irsi hakimiyətə keçən bəzi türk boylarında işlək olsa da, artıq Göytürk 

elinin sonlarında və Uyğur elində pozulmuşdu. Hələ m.ö. 654-də qamər 

(kimmer)


 

elbəyi


 

Tuğdamı


 

umman-manda

 

çarı

 

adlandıran



 

asur


 

qaynağında 

onun oğlu Sandak şat-ər haqqında gərəkli bəlgə vardır.

142


  

Aşina soyundan 439-da Bilgə-Şad, 576-da Bizanslı elçi Valentinosla 

görüşən

 

Göy-Türk dövlətinin prinsi Türk-Şad,



 

704-də


 

türgeşlərə

 

qarşı vu-



ruşan  Börü-Şad  adları tarixi qaynaqlardan

 

məlumdur.



 

Qətran Təbrizinin 

(1012-1088) Təbriz yaxınlığındakı Şadi-abad kəndində doğulduğu bəlli-

dir.


143

 Vedi


 

bölgəsindəki şadılı boyndan

 

bir


 

soyun


 

Goranboya köçməsi ilə 

burada Şadılı kənd adı ortya çıxmışdır.

 

Bütün bu



 

bəlgələr onu göstərir

 

ki, 


şad titulu boyadına (etnonimə), o da etnotoponimə çevrilə bilir. 

Göytürk yazısında «şada-pıt bəylər» deyimi vardır.

144

 Burada şada 



(şadı) sözünə qoşulan 

 (pıt//put) sözcüyü bud («boy») sözünün şəkil-

çiləşmiş variantı

 

olsa



 

da,


 

«başlayu ulayu şadıput beglər»

 

deyimində işlən-



məsi şadıput sözünün kontekstdə şada məxsus boy anlamı deyil, potensial 

şad sanı ala biləcək soylu (əsl) bəylər zümrəsinə aid olanlar anlamı önə 

                                                 

140


 Дьяконов, 1967, 336, 429-431; Bəzi sumeroloqlar isə mətndəki Pa-bil-ga ifadəsini 

«böyük bilgə» kimi verirlər (Tosun-Yalvaç, 1981, 6. sətr 35). 

141

 Эпос о Гильгамеше («О все видавшем»). M.-L. 1961. 



142

 

Qaynaqda Asur çarının sözləri belə verilir: «Mən Tuqdammenin gücünü dağıdıb onu  



meydanda əvəz edən - belindən gəlmiş oğlu Sandakşatru əzəcəyəm» (Дьяконов, 1956, 

285); Digər sənəddə Tuqdamme artıq «Saka və Gutium çarı» adlanır (Алиев, 1979, 11).

  

143


 

Saqa boyundan bir neçə Bospor çarının daşıdığı Perisad  və «Məcmə üt-təvarix»də 

qeyd olunan Feridunun vəziri Pirşad adında da şad titulu vardır. 

144


 Orkun, 1994, 71-72. 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə