A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə26/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   22   23   24   25   26   27   28   29   ...   226

 

54

 Toyqu//toyqun.



 

Çin yazılarında taı-kuan «deputat» şəklində

 

keçən 


toyqu sözünün

 

Göytürk yazılarında



 

 [toyğ


u

n], 


 [t

o

yğun]



 

və 


 [toyğ

u

t] yazılış formalarına rast gəlirik.



166

  Cəmlik  şəkilçisi ilə 

işlənən bu son variant göstərir kitoy kökündən yaranmış bu sözün əsası 

toyqu idi. İ.

 

Kafesoğlu toyqun terminini «toy üyesi» kimi izah edir.



167

 Bu 


baxımdan, bölgə və boyları təmsil edən seçilmiş toyqularla yanaşı, toyda 

səsvermə hüququ olan xaqan,

 

apa,


 

yabqu, xatun, şad,

 

tigin,


 

iltəbər,


 

tarxan, 


külçor və tudun kimi dövlət adamları, məmurlar da «toyqu» ola bilirdi. 

Deyilənləri nəzərə alanda, m.ö.

 

II-I minillərdə  qədim Azərbaycan 



bölgələrində

 

bir neçə



 

tarixi şəxsiyətin

 

toyqu titulu daşıması

 

aydın



 

görünür.  

Belə ki, Kərkük bölgəsində II minilin ortalarına aid sənəd Taiuki (Tayuki) 

adını qeyd etmişdir.

168

 Asurlar tərəfindən tutulub, m.ö.715-ci ildə Suriyaya 



sürgün

 

edilən Dayukku Mana elinin



 

Maday


 

bölgəsində başçı

 

idi,


 

daha doğ-

rusu, asur qaynağının göstərdiyi kimi (šakin Mât Mannâi), Mana elinin 

burada canişini idi.

169

 Herodot da Deiokes adlı bir mada bəyindən bəhs 



edir. Herodot yazır ki, yurddaşlarından böyük sayqı görüb, öncə «hakim» 

(δικαστής) olan Deyok (Δηϊόκης) sonra Mada dövlətini qurdu

 



 



Akbatana 

(Həmədan) şəhərini saldı.

170

  

Bəzi tədqiqatçılar yanlış olaraq, Dayukku ilə Deyokun eyni şəxs 



olduğunu yazır. Doğrudur, hər iki şəxs eyni titulu (toyqu) daşıyır, lakin 

bunlardan birincisi çox uzaq ölkəyə sürgün olunmuşdu, Mada dövlətini 

quran isə ondan ən azı yarım əsr sonra ortaya çıxmışdır. Uzmanlar bu 

adların titul bildirdiyini və «landgraf» (G. Hüsing), «changeur

 

de loi» 


(J. Oppert) anlamı daşıdığını yazmışlar. Həm də J. Oppertin müəyyən et-

diyi «qanun dəyişən» anlamı toyqu (deputat) sözünə tam uyğun gəlir. Be-

ləliklə, sürgün olunan Mana canişini Dayuku və yarğıc (hakim) Deyokun 

daşıdığı ad, əslində, onların özəl adları deyil, toyqu tituludur. Bu tip adları 

m.ö.VIII əsrin sonlarında Mada bölgə bəyləri Maştuku və Maşdayukku da 

daşıyır.


171

  Bəzi yazarlar bu adların subarlara aid olduğunu yazmışlar.

172

 

Hər iki adda «baş vəkil» anlamı daşıyan baş-toyqu deyimi aydın görünür. 



                                                 

166


  Orkun, 1994, 52-55. 

 167


 Kafesoğlu, 1989, 249. 

168


  König, 1934, 57;  Меликишвили, 1954, 111.       

169


  Дьяконов, 1956, 179; Грантовский, 1970, 249-252.                

170


  Herodot, I. 96-98. 

171


  Дьяконов, 1956, 27; Грантовский, 1970, 258. 

172


  Nyberg, 1938, 44, 334-336. 


 

55 


Ayquçi.

 

Parlamenti (toy) və millət vəkili - deputatı (toyqu) olan bir 



siyasi qurumda spiker

 

titulu da



 

olmalıdır.

 

Bəzi araşdırıcılar türk dövlətçilik 



terminologiyasında yer tutan ayquçi titulunun

 

məsləhətçi,



 

vəzir, başbakan, 

başmüşavir

 

və ya məclis başqanı



 

anlamı daşıdığını söyləmişlər.

173

  

Göytürk yazısında keçən ayukı sözünün də «hökumət» anlamı daşı-



dığı ehtimal olunur.

174


 Göytürk elində Kutluğ adlı birinin ayrıca  ayquçi 

vəzifəsi daşıması, Tonyukukun isə ayquçi ilə bərabər, həm də bilgə sanı 

daşıması  bəllidir. «Onda ayquçi yenə  mən idim» deyən Tonyukuka aid 

yazıda 


 (ayquçisi bilgə idi) deyimi göstərir ki, türk 

elində ayquçi mühüm vəzifədir. Bu sözün leksik anlamı onun morfoloji 

tərkibində (ayqu-çi) çox

 

aydın görünür: KDQ-dakı aydur



 

«dedi» sözünün 

kökü olan ay- feili türk dillərində

 

danışmaq, söyləmək,



 

izah etmək, bəlli 

etmək anlamlarında işlənmişdir.

175


 Deməli, ayquçi titulu «sözçü» anla-

mında (müşavir, vəzir) yox, məhz «söyləyən», «danışan» anlamında bir 

termindir və bunun ingiliscəyə hərfi tərcüməsi elə spiker sözü ilə verilə 

bilir, çünki ayquçi və spiker eyni modellə yaranmışdır. Fərq bundadır ki, 

birinci termin çox-çox əvvəllər, ikincisi isə çox sonralar ortayı çıxıb. 

Tonyukuk yazısından bəlli olur ki, ayquçi bilikli adam olanda elin 

işləri

 

yaxşı gedir.



 

Qaynaqların tekstoloji təhlili göstərir ki,

 

elbəyin, xaqanın 



verdiyi qərarı ayquçi toyda səsə qoyub, rədd edə bilir. Özəlliklə, türk törə 

qanunlarının dəyişməsi məsələsi gündəmə gəldiyi hallarda belə sərt qərar 

qəbul olunurdu. Beləliklə, türk dövlətçilik tarixində «parlament» gələnəyi 

vardı və onun başında

 

elbəy deyil, ayquçi dururdu.



 

Ola bilsin ki,

 

ayuki

 

sanı 



toyqulardan fərqli olaraq, «millət vəkili» kimi sarayda daimi fəaliyət göstə-

rənlərə aiddir, bu halda ayquçi həm də ayukilərin başqanı sayıla bilər.  



Bürokratiya.

 

Türk



 

dövlətçilik

 

sistemində



 

san (titul) ilə

 

vəzifə məf-



humunu ayırmaq lazım gəlir;

 

eyni sanı olan



 

adamlar müxtəlif

 

vəzifələrdə 



işləyə bildiyi

 

kimi,



 

eyni


 

vəzifəyə


 

müxtəlif san almış adamların təyin

 

olun-


duğunu da görmək olur. Bu baxımdan, qədim abidələrdə rast gəldiyimiz 

«iç buyuruq başı inançu bağa tarkan» kimi deyimlərdə san (bağa-tarkan), 

özəl şəxsadı (İnançu) və onun tutduğu vəzifə (iç buyuruq-başı) asanlıqla 

seçilir.  

                                                 

173


  Donuk, 1988, 2-3; ßñýÿð-Ãûï÷àã, 1996, 54. 

174


  Kafesoğlu, 1989, 251. 

175


  ЭСТЯ, I. 99-100; Bu kökə feildən isim düzəldən (vurğu, asqı) -qu şəkilçisi və peşə-

sənət bildirən -çi

 

şəkilçisi qoşulmuşdur (ay-qu-çi).



 

Aytmaq


 

feilini


 

azər


 

türklərindən alan 

Qafqaz avarları «atalar sözü» anlamında aytıv sözünü işlədirlər (ТДЯК, 1982, 139).  



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə