A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə21/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   17   18   19   20   21   22   23   24   ...   226

 

44

Monqol alimi T.



 

A.

 



Bertaqayev yazır ki, xan sözü kaqan terminin-

dən kaqan//kağan 

>

 kaan 


kan/xan fonetik dəyişməsi ilə yaranmışdır.

111

 

Doğrudur, belə fonetik dəyişmə mümkündür,



 

lakin «Monqolların gizli 

tarixi» adlı əsərin elə özündə hər iki terminin yanaşı işlənməsi (Çingiz 

kaqan kan boldu) bu yozumun yanlış olduğunu göstərir. Həm də diqqətə 

almaq lazımdır ki, qan//kan sözünün işlənmə tarixi çox qədim yazılarda 

əks olunmuşdur: qut elbəyi Tirikan (m.ö.XXII), etrusk teonimi Tarkan. 

Əslində,


 

xan

 

sözü



 

xaqan sanından daha

 

qədimdir və



 

onun qədim

 

so-


sial qurumda ata-baba anlamı ilə «qam-qan»

 

(qam-ata) inanc terminində 



işlənməsi

 

(Qamqan oğlu



 

Bayındır xan) bunu

 

aydın


 

göstərir.

112

  İlkin  ərəb 



qaynaqları İbrahim peyğəmbərin Kan-tura soyundan olan arvadından törə-

yənləri türk saydığından azər türklərinə bəni-qantura demişlər. Bu

 

baxım-


dan, ilkin praforması *qañ şəklində bərpa olunan bu söz xaqan (ka-qan) 

sanı tərkibində də görünür. Kore dilində kan və kaqan sözləri kwan və 



ke-kwan şəklində işlənir.

113


 Güman etmək olar ki, xaqan sanı redublika-

siya ilə xan sanınından yaranmışdır: *qa-qañ 

*qagañ 


>

 qagan//kagan.  



Kaqan (xaqan // kağan). Türklər xan sanından yuxarı olan kaqan 

sanını «imperator» anlamında işlətmişlər. Kağan sanını Çin qaynaqları 



kexan şəklində verir.

114


 Bu titulun hunlarda m.ö.

 

işlənməsi bəllidir.



115

 K. 


Şiratori bu sanın 394-402-ci illər arasında yarandığını yazır.

116


 Halbuki 

xaqan titulu 293-cü ilə aid pəhləvi yazısında qeyd olunmuşdur:



 

 

«Türk 



xaqanı  və başqa ölkələrin başçıları ehtiramlı salamlarla onun sarayına 

gəldilər».

117

  

Xaqan sanı hun boyları vasitəsilə Çindən tutmuş Skandinav ölkələ-



rinə qədər yayılmışdır. Belə ki, Skandinav saqalarında xakon formasında 

işlənən bu titul «Xakon oğlu Xakon haqqında saqa» epik əsərinin adında 

da əks olunmuş, hətta, Xakon Maqnussonun adında olduğu kimi, XIV

 

əsrə 



qədər davam etmişdir.

118


 İlk rus hökmdarı (839-da) kaqan ünvanı daşıyırdı. 

                                                 

111 

Бертагаев, 1976, 45.



 

112


 Bu, qut adlarında

 

da görünür:



 

Ulu-kan (hu-lu-uk-ka-an), Tiri/Tirig-qan (Balkan, 1992).  

113

 Togan, 1981, 16. 



114

 Бичурин, I. XLVIII-L. 

115

 Kafesoğlu, 1989, 255. 



116

 Shiratori 1945, 504. 

117

 Turk (ī) xākān ud abārīg gil-xwadāyān ī kustag kustag pad drōd (ī) šīrēnag ō dar 



āmad hēnd (Karnamak, XVIII, 22). 

118


 ДГС, 1986, 89-92, 147. 


 

45 


İ. Hassan yazır ki, xan sözünün işləndiyi ən əski deyimlər inanc sisteminə 

ilişkin bəlgələrdir.

119

 Yazarın bu doğru müşahidəsi kan sözülə yaranan ka-



qan sanının tarixini də m.ö. XIII-XII əsrlərə, yəni Əfrasiyab çağına qədər 

qədimə çəkir. Türklərin ən böyük sanı xan olduğunu yazan

 

M.

 



Kaşğari 

əlavə edir: «Əfrasiyab oğullarına

 

da xan deyilir; Əfrasiyab isə Xakan'dır. 



Bu adın verilməsi tarixinə aid uzunca bir hekayə vardır».

120


 

Katun (xatun). Türk dillərində qadın sözünün titula çevrilməsi qut 

alıb


 

başçı seçilən kağanın xanımı ilə bağlı ortaya

 

çıxmışdır.



 

Törəyə görə, 

xatun bəlli soydan olmalı idi. O, dövlət məclisində iştirak edir və xarici 

elçiləri ayrılıqda qəbul edə bilirdi. Bu gələnək İslamdan

 

sonrakı


 

çağlarda


 

da görünür. Qaraxanlı İlig xanın nəvəsi və Sultan Məlikşahın (1072-1092) 

xanımı olan Türkan xatun dövlətdə böyük nüfuz sahibi olan vəzir Nizam-

ülmülkü vəzifədən saldıra bilmişdi. Sultan

 

Toğrul bəyin (1040-1063) 



xanımı Altuntac xatun isə  Səlcuqlu dövlətini xilas etmək üçün doğma 

oğlunu zəncirə vurdurmuşdu. 

Görünür,

 

türk



 

elində


 

başçı ölərkən yeni başçı

 

seçilənə  qədər



 

xatunu 


bir

 

müddət onun yerini tuta bilirdi. Alban eli çağında (527-də) sasanilərə 



yardım etmək istəyən «iç hun» boyundan 20 minlik qoşunu Azərbaycanda 

məhv edən «kişi kimi təpərli və ağıllı» Buğarıq//Boğarıq 

(βωαρήξ)

 xatun 

Balaq 

(βαλάχ)


 

adlı subar

 

başbuğu


 

öləndən


 

sonra onun

 

dul


 

qalmış


 

xanımı 


idi. Buğarıq xatundan minil öncə massaqet (başsaqet) çarının dul qalmış 

xanımı Tomiris də m.ö. 530-da Pers şahı Kuruşu (Kiri) öldürmüşdü.

121

  



Qədim Azərbaycanda yayğın olan Araz,

 

Kuər, Qut



 

(

 



Xutu-ini),

 

Turan 



iyə adları Urartu yazılarında teonim (dingir) determinatıvilə verildiyi kimi, 

Arubanı adı

 

da teonim kimi



 

təqdim


 

olunmuşdur.

 

Burada «təmiz-saf xanım» 



anlamı

 

aru-banı tərkibi ilə verilmişdir.

 

Görünür,


 

xanım


 

adlarının

 

tərkibində 



işlənən banu sözü qədim inancla bağlı termin olmuşdur, lakin katun titulu 

ilə paralel işlənən yincu sanının «inci» sözündən yaranması mümkündür. 

Bəzi boylarda xatunlarla bağlı el-bilgə və tərkən sanı da işlənmişdir.

122


 

İnal. M. Kaşğarinin yazdığına görə, anası xatun soyundan, atası isə 

adi adam olan gənclər inal adlanır.

123

 Törəyə görə, inallar müxtəlif sanlar 



                                                 

119


 Hassan, 2000, 229. 

120


 MK, III. 157. 

121


 Herodot, I. 205. 

122


 İltəriş xaqanın xatunu (Kültegin və Bilgə xaqanın anası) kimi Uyğur xaqanı Moyun 

Çorun xatunu da elbilgə sanı daşıyırdı. 

123

 MK, I. 122. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə