A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə17/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   13   14   15   16   17   18   19   20   ...   226

 

36

Hər hansı bir bölgə və ya ölkədə boy və budunların siyasi təşkilat-



lanması sosial qurumların siyasi yük altına girməsi ilə gerçəkləşir və bu 

prosesdə dövlətçiliyə xas olan törə, seçim, hakimiyət, bürokratiya, proto-

kol kimi elementlər hərəkətə gəlir. Ayrılıqda oq sosial qurumu siyasi təş-

kilata çevrilə bilmir, yalnız  boy qurumu daxilində asılı  tərəf statusunda 

iştirak edir.  Göytürk yazılarında  «təşkilatsız» anlamında  oqsız sözünün 

işlənməsi də göstərir ki, üç-oq, boz-oq kimi deyimlər artıq dövlətdaxili 

siyasi qurumlardır. Boy qurumu ilə yaranan dövlət təbii ki, bölgə bəyliyi 

şəklində olub, budun qurumu ilə yaranan böyük dövlətdən fərqlənirdi. 

Budun qurumlu dövlət əski çağlardan el adlanmış və bu termin işləndiyi 

kontekstdən asılı olaraq, bəylik, xanlıq, xaqanlıq kimi dövlət və imperiya 

tutumlu anlamlar daşımışdır.  

El. Qədim türk dilində el~il dialekt fərqi ilə görünən el

3

 sözü türk 

dövlətçilik sistemində geniş işləndiyindən müəyyən məna çalarları qazan-

mışdır.


 

Ümumiyətlə,  el sözünün daşıdığı  mənalarda «xalq-ölkə-dövlət» 

sintezi (el

1

- el



2

- el


3

) təkcə türk dövlətçilik gələnəyində deyil, dünya döv-

lətçilik tarixində unikal haldır. 

Bugün azər dilində el-oba, el-gün deyimləri işləndiyi kimi, keçmiş 

çağlara aid yazılarda da el-bodun, el-kün, el-kün bodun, el törü ifadələrinə 

rast gəlmək olur.

 

Ümumiyətlə, el sözü hər üç mənası ilə türk dövlətçilik 



terminologiyasında geniş işlənir. Belə ki, müxtəlif ranqlı hökmdarları 

(elbəy, elbəyi, eliq, elçi), yüksək rütbəli məmurları (elşad, elxan, eltəbər

və müxtəlif qurumları (elat, eltut, eltüz, el-uluş, ellig) bildirən sözlərin 

kökündə el sözü durur və bu sözün daşıdığı anlamlara sevgisi olan türk-

lər uşaqlarına Elsevər, Elxan, Elçin, Elşad, Elbəy, Günel, Elgün adlarını 

qoyur.


82

 Göytürk elində dövləti itirib, elsiz olmaq

 

-

 



ilsirəmək  ən böyük 

bədbəxtlik sayılırdı.  



Törə. Türk inanc, sosial və ərazi qurumlarında formalaşmış əxlaq 

normaları, qanun

 

və qaydalar dövlət qurumuna transfer olunmuşdur.



 

Törə 


(el-törə, törü) adlanan bu «yazılmamış qanunlar» qədim türk dövlətçilik 

gələnəyinin

 

özəyini təşkil edirdi.



 

Türk


 

törələrinin müəyyən

 

çağlarda


 

yazıya 


köçürülə bilməsini də istisna etmək olmaz. Belə ki, Qut elbəyi Kurum ilə 

adaş olan bulqar hökmdarı Kurum xan törələri yazıya almış, Bizanslı 

                                                 

82

 Çox güman ki, m.ö.



 

I minilin ilk yarısında Asur qaynaqlarının Mana ölkəsinin güne-

yində qeyd etdiyi Ellipi bəyliyinin adında «siyasi təşkilatı olan» anlamında elli sözü və 

lulu-bi, kas-pi adlarında olduğu kimi, cəmlik bildirən -pi şəkilçisi vardı. 




 

37 


tarixçinin dediyi kimi, ortaya «yazılı qanunlar» çıxarmışdır.

83

 Müəyyən 



çağlarda

 

iqtisadi,



 

sosial-siyasi

 



 



coğrafi durumla

 

bağlı törədə



 

bəzi


 

dəyi-


şikliklər

 

özünü göstərsə də,



 

etnik dəyərlərdən yoğrulmuş qanunlar dəyiş-

məmişdir. Bu durumu dəyərləndirən M. Kaşğari yazırdı: «Dövlət dağılsa 

da, törə qalar».

84

  

Hər bir fərdin inanc, iqtisadi, sosial və siyasi hüquqlarını  cəmiyət 



və dövlət daxilində qoruyan törə türk etnosunun mentalitetində qabarıq 

görünən  ədalət prinsiplərinə söykənir. Bu səbəbdəndir ki, qaynaqlar törə 

sözündəki «ədalət

 



 

qanun» anlamını önə çəkir («Kutadğu Bilig»). Törə 

ilə yanaşı, türk dillərində yasa

 

sözü də vardır.



 

Bəzi uzmanlar



 

yasa

 

sözünü 



monqol dilindən türklərə XIII əsrdən keçdiyini yazırlar.

85

 Əslində isə, bu 



sözü türklərdən alan monqollar onu çasa şəklində işlətmişlər.

86

  



Hakimiyət. Çox vaxt dövlət anlayışı ilə hakimiyət anlayışı qarışıq 

salınır. Halbuki hakimiyəti təmsil edən  hökumət dövləti yönətən siyasi 

iqtidar kimi, dövlətdə mövcud olan çoxsaylı atributlardan biridir. Siyasi 

təşkilat sayılan hakimiyət hökm edənlə itaət edən arasındakı münasibətdə 

özünü göstərir. Bu münasibət isə hər

 

iki tərəfin törəyə uyğun qarşılıqlı 



anlaşma şəraitində mümkün olur.  

Törəyə görə, hökmdara tanrı tərəfindən verilən

 

qut (kut)

 

qutsal sa-



yılmış və

 

başçı seçimində siyasi hakimiyət simvolu



 

olan qut tanrı vergisi 

kimi dəyərləndirilmişdir. Bu baxımdan, sözün qutsal anlamı onun qədim 

çağlarda


 

teonim kimi işləndiyini ortaya çıxardır ki,

 

bu

 



da

 

qədim türk yazı-



sında özünü göstərir.

87

 Qut teoniminin (iyəadı) qud, quday, xuda fonetik 



variantları da vardır.

 88


 Bu sözün qədimliyi onun hat dilində işlənməsində 

görünür. Belə ki, Qut eli çağında Orta Anadoluda yaşayan hatların dilin-

                                                 

83

 



Moravçik, 1983, I. 320. 

84

 MK, II. 25.  



85

 Kafesoğlu, 1989, 234 (175-ci qeyd). 

86

 

Türkcə yasaq sözü, yasavul termini, «alın yazısı», «yazıya pozu yoxdur» kimi deyim-



lərdə «yasaq» anlamı Kültegin yazısındakı «tengri yasar, kişi oğlu kop öliğli töremis» 

deyimində əks olunmuş,

 

burada «insanoğlu ölmək üzrə törəmişdir» deyimi tanrı



 

yasası

tanrı yazısı

 

kimi


 

verilmişdır.

 

Belə


 

tanrı yasasını şairimiz də

 

«Ölüm haqdır,



 

çıxmaq


 

olmaz


 

əmrdən» misrası ilə ifadə etmişdir. 

87

 Orkun, 1994, I. D. 29. 



88

 KDQ-da qoca sözü titul bildirən termin kimi işlənir. Görünür,

 

sonralar sosial-siyasi



 

qurumlarda terminoloji

 

səciyə daşıyan qoca//xoca sözü də qod kökündəndir. Bu sözün 



türkmənşəli olduğunu özəlliklə vurğulayan F.

 

Rəşidəddin yazır: «Türkcə yaşlılara xoca 



deyirlər, bu söz fars və ərəbcə deyil, türkcədir» (Ряшидяддин, 1992,15). 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə