A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə15/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   11   12   13   14   15   16   17   18   ...   226

 

32

etmişdir.



69

 Beləliklə, qədim bod sözündən sonralar dövlətçilik termino-

logiyasında işlənən boy, bat, but kimi fonetik variantlar, bukun və budun 

sözləri törəmişdir.  



Bodun. Qədim türklərdə boyların birliyi bodun (budun) adlanırdı. 

Bu terminin mənasında «bütün» (bütöv) çaları vardır. Hindavropa xalqla-

rının doğu qolunda da analoji durum vardır. Belə ki, bu qanunauyğunluq 

qədim fars dilində patriarx, boy və bölgə başçısı anlamında vis-pati və 

soy

 

anlamında  vis



 

(Avesta)  şəklində

 

işlənən terminlərin rus dilindəki  ves 



«bütün» sözü ilə eyniliyində aydın görünür. 

Antik dövr qaynaqlarında bodun//budun sözü ayrıca boyadı kimi də 

verilmişdir.

 

Mada boyları sırasında ayrıca budi (bud) boyunun adını çəkən 



Herodot saqaların qonşuluğunda, Tanais çayından doğuda isə ayrıca budin 

boyunu qeyd edir.

70

 Tanais çayı yaxasında boyları sadalayan K. Ptolemey  



də hunlarla qonşuluqda bodin boyunun adını çəkir.

71

 Göytürk yazılarında 



bu söz NduB  z (az budun) NduB  Xrút (türk budun), NuDuB  sgrút 

(türgiş budun), kimi etnonimlərə qoşulub «xalq» anlamında geniş  iş-

lənir.

72

 



Kün // kun. Türk dövlətçilik terminologiyasında kün sözünün də 

«xalq», «millət» anlamı vardır. İndi azər dilində bu söz ayrılıqda işlən-

məsə də, el-gün deyiminin tərkibində qalmışdır. Çin qaynağı (m.ö.176) 

müxtəlif boyları toparlayan Meteyə aid bir deyimi belə verir: «Ox və yay 

çəkə bilən bir ailə kimi birləşdirə bildim. İndi onlar kun (hun) oldular».

73

 



Sonralar xun//hun kimi xatırlanan bu boylar bəzi qaynaqlarda orta əsrlərə-

cən kun adlanmışdır:

 

«türklərdən digər



 

bir qisminə kun deyilir» (Mərvəzi).  



El. Yuxarıda bu sözün sosial qurumda daşıdığı anlamı el

1

 ilə qeyd 



etmişdik. Sosial qurum sistemində  həmin sözdən törəyən  elat, ellik, el-

gün kimi sözlər də iştirak edir.

74

 El sosial qurumu ilə yaranan türk dövlət 



quruluşu boy və budun ilə yaranan siyasi quruluşdan ərazi və hakimiyət 

strukturlarına görə, daha əhatəli və böyük olur. El sözünün sonrakı inzi-

                                                 

69

 Аманжолов, 1978, 83. 



70

 Herodot, I. 101;  IV. 21. 

71

 АИОСК, 1990, 148. 



72

 Orkun, 1994. 

73 

De Groot, 1921, 76.



 

74

 Sosial



 

qurum müstəvisində işlənən

 

«Elin


 

sözü düz


 

olar»,


 

«Palaza bürün,

 

elnən sürün», 



«El gücü, sel gücü» kimi xalq deyimləri el sözünün geniş məna tutumunu sərgiləyir. 


 

33 


bati qurum (el

2

) və siyasi qurum (el



3

) anlamları el

1

 anlamından yaranmış 



və el sözü fərqli anlam daşıyan üç termin şəklində formalaşmışdır. 

2) İnzibati-ərazi qurumu  

Ərazisinin böyük və ya kiçik olmasından asılı olmayaraq, hər hansı 

bir dövlətin

 

formalaşdığı məkan onun



 

ayrılmaz


 

atributuna çevrilir.

 

Dövlə-


tin mövcud sınırları  bəzən genişlənib, bəzən darala bilər, lakin dövlətin 

inzibati-ərazi qurumları  kənd-şəhərdən tutmuş, bölgə, vilayət, ölkə, hətta 

tabe ölkələr də dövlətin torpağı sayılır. Dövlətlər arasında müharibələrin  

çoxu qədim çağlardan (elə indi də) məhz «torpaq» iddiası ilə başlanırdı.

75

 

Ümumiyətlə,



 

hələ


 

dövlətöncəsi

 

çağlardan



 

qutsal sayılan

 

Yerin


 

(torpağın) 

yaşam üçün gərəkliyi dövlət qurumunda daha böyük önəm daşıyırdı.

  

Yer-Sub.  Qədim türklər yaşadıqları coğrafi çevrədə  bəsləndikləri 

dağ, çay, örüş-otlaq, yaylaq-qışlaq yerlərini qutsallaşdırıbYer-Sub deyimi 

ilə bildirmişlər.



 

Öncə iyə adı

 

(Yerin, suyun iyəsi) kimi formalaşan bu söz 



Göytürk çağında həm də «ölkə» anlamının epiteti kimi işlənmişdir. 

Oğuş,


 

oq,


 

uruq,


 

boy, budun və el sosial qurumlarında ocaq, otaq,

 

ev, 


oba, yurd, yaylaq, qışlaq, bölgə, ölkə kimi «ərazilər» dövlətdə özəl status 

qazanır, hakimiyət bu məkanların qorunmasında sorumlu

 

olurdu.


 

Dövlətdə 

önəm daşıyan torpaqların sınırı (sərhədi) məfhumuna da əlavə məsuliyət 

yüklənirdi. Çox vaxt sınır məfhumu ağızyaxa, uc sözləri ilə də bildirilir 

və Uc bəyliyi, sınır bölgələr təpərli bəkçilərə (Bəkil - KDQ) tapşırılırdı. 

Sasani və Xilafət çağlarında şəhər, vilayət, vətən tipli onlarla sözün 

azər dilinə keçməsi bəllidir, lakin daha qədim çağlarda ev, oba və ur//or 

köklü sözlərin (uruurban, orbis, ordu) sumer, akad, urartu, latın, yunan, 

ərəb, fars və türklərlə kontaktı olan başqa xalqların dilinə keçdiyini də 

görmək olur.

76

 Ordu-Balıq, Altun Ordu, Ordubad adlarında işlənən ordu 



sözü uram, yurd sözləri kimi ur//or kökündən yaranmışdır və ilk çağlarda 

hərbi qarnizonun oturduğu yer,

 

yerləşdiyi qala anlamını daşımışdır.



 

Hərbi 


qarnizon üçün Urartu çarı Sardurinin Güney Azərbaycanda tikdirdiyi qala-

nın adına (Sardurix-urda) yerli azərlər məhz  ordu  sözünü hələ m.ö.VIII 

                                                 

75

 Məncə, türk dillərində torpaq//toprak şəklində işlənən bu sözün qədim forması *top-



ur-aq tərkibilə yaranmışdır: yuxarıda uruq sözündən danışarkən qeyd etdiyimiz ur- feili 

topatoplu sözlərilə eyni kökdən olan *top sözünə qoşulub, «artmaq» anlamına yaxın  

*topur- sözünü

 

yaratmış,



 

buradan da

 

feildən isim düzəldən -aq şəkilçisilə *topuraq



 

sözü 


yaranmışdır. Bu halda, topoqraf, toponim kimi sözlərin kökü də (*topo-) türkizm sayıla 

bilər. 


76

 Olsun ki, dilimizdəki koma və dam sözü qədimdə hindavropa xalqlarından alınmışdır. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə