A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə18/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   14   15   16   17   18   19   20   21   ...   226

 

38

də «ruh» anlamında işlənən qut sözü qədim qaynaqda əks olunmuşdur



.

89

 



Abidələrdə seçim ilə bağlı geniş işlənən tanrı qutu deyiminin ilkin sim-

volik hakimiyət anlamı sonralar «gerçəklik» kimi qəbul edilmişdir. 

Hakimiyətin

 

qutlu sayılması tanrı sözünün ilkin anlamı ilə bağlıdır. 



Belə ki, türklərdə göy//səma anlamı

 

tañ (teñ, dan, tanq) sözü ilə, göyün 

sahibi, iyəsi isə *tañ-eri (tanqeri, tenqer, tanrı) deyimi ilə bildirilmişdir. 

Bu türk sözü sumer dilində dingir, çin dilində t’ien şəklində işlənmişdir. 

Etrusklar isə bunu Tin teonimi formasında İtaliyaya aparmışlar. 

Qut (kut).

 

Göydən tanrının işıq (nur) vasitəsilə insanlara göndərdiyi 



uğurlu ruha (cana) inanan qədim türklər bu

 

olayı



 

qut (kut)

 

adlandırmışlar. 



Qutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, 

bu,


 

toyda seçilən xaqanın tanrı qutu alması kimi dəyərləndirilirdi.

 

Sonralar 



qut sözü «ruh» anlamında şamanizm termini kimi işlənmişdir 

Qut sözü türk onomastikası üçün də doğmadır.

90

 Belə ki, Kut Tənri 

xatunı, Kutan, Kutluğ, Qutqan, Kutlu//Qutlu, Kutadmış, Qutalmış kimi 

türk şəxs adlarında görünən bu sözün ruh, can, uğur, müqəddəs anlamları 

türk


 

dillərində bugün də işlənir. Azər

 

dilində qut sözü «matı-qutu



 

qurudu»,  

«ye, ürəyində qutun olsun»

 

deyimlərində qalmışdır.



 

KDQ-da


 

«Bu


 

ad,


 

bu 


yigidə

 

qutlu

 

olsun»


 

 



Manas eposunda

 

«Kuyruğuna



 

kut

 

düşmüş,



 

kutlu kula 

at kiminki» deyimləri

 

qut sözünün qutsal

 

anlamını yaşadır.



 

Güney Azər-

baycanda

 

qutların



 

birbaşa


 

davamçısı

 

olan


 

qaşqaylar

 

içində


 

qutlu

 

boyu var-



dır.

91

 Təsadüfi deyil ki, ilk türk dövlətlərindən biri Qut (Quti) adlanır. 



Çin yazılarında 

quduxeu 

şəklində verilən hun titulunun bütövlükdə 

forma

 



 

mənası bəlli olmasa da,

 

onun kökündə



 

qut


 

sözünün durması

 

şüb-


hə doğurmur, çünki qutluq titulu da çincə qu-du-lu şəklində verilir.

92

 Çin 



                                                 

89

 ДА, 1985, 44. 



90

 

Qut sözünü Xotan



,

 

Kotanlı tipli toponimlərlə; doğu-german boyadı qot

 

 

ilə; türk-ger-



man  Qut/Qud/Qod  və türk-iran Kuday/Xudu teonim paralelləri ilə; qohumluq termini 

quda və yağış çağırmaq üçün oxunan Qodu-Qodu nəğməsilə də müqayisə edib, müəyyən 

yozum vermək olar. Lakin bunların bir qismi osetlərə keçən Kutiyev soyadı kimi, yuxa-

rıda göstərilən qutsal anlamlı qut sözü ilə bağlıdır. Osmanlı dönəmi arxivlərində Kutlu, 

Kutlubəyli, Kutlucalı, Kutlulu, Kutluoba, Kutluyurd (ÎÀÚ, 556-557) etnonim və topo-

nimləri aydın göstərir kiqut sözü boyadı kimi geniş işlənmişdir. 

91

 Èáðàùèìîâ, 1988, 42; Qədim türk inanc sistemində yaranmış qut sözü vaxtilə türk-



lərlə kontaktda olmuş hat və hetlərin (kut), sami xalqlardan yəhudilərin (qod, qodeş), 

arameylərin (qodh), ərəblərin (qüds, qüdrət), germanların (qod,



 

qud)

 

dilinə keçmişdir.  



92

 ßñýÿð-Ãûï÷àã, 1996, 59. 




 

39 


qaynağında qut 

 

titul kimi qeyd olunub.



93

 

«Hökmdarlar iqtidarı tanrıdan 



alırlar»

 

deyimini bizə çatdıran «Kutadğu Bilig»



 

abidəsinin adında

 

işlənən 


kutadğu sözünün özü də hakimiyət, iqtidar anlamı ilə bağlıdır.

 

Seçim. Qut alıb başçı seçilən şəxs dağınıq boyları toplayıb xalqın 

gücünü artırmalı, acı doyurub, çılpağı geyindirməli, xalqın iqtisadi duru-

munu yüksəltməli, ədaləti, törəni, asayişi təmin etməli idi. Əks təqdirdə, 

başçıya verilən tanrı qutu geri alınırdı. Göründüyü kimi, çoxlu problem 

üzrə sorumlu olan başçı (bəy,

 

elbəy,


 

xaqan)


 

vəzifəsinin məsuliyəti böyük 

idi, üstəlik, başçı onu seçən xalq qarşısında hesabat verməyə borclu idi. 

Bu

 



səbəblə,

 

türklər hər kəsi deyil, problemləri çözməyə qadir



 

olan təcrü-

bəli kişilərdən başçı seçirdilər, çünki «Təcrübəli insan elin-günün işini 

bilir» (Kutadğu Bilig). Beləliklə, türk dövlətçilik gələnəyində qut o kəsə 

verilir ki, o, ədalətli, cəsur və ağıllı olsun, toplumun qəbul etdiyi törəyə 

uyğun gələnəksəl dəyərləri,

 

qanunları qoruya bilsin,



 

bir sözlə,

 

tanrı verən 



qüdrətlə başqalarından fərqlənən xarizmatik tip olsun.

 94


 

Çin


 

salnamələrində

 

hun hökmdarlarının



 

epiteti


 

«Gün


 

 



Ayın

 

verdiyi 



Göy (tanrı) qutu» ifadələri ilə verilməsi və İşbara kağanın məktubundakı 

«Atam kağan ilə anam xatunu Tanrı taxta oturtdu» deyimi aydın göstərir 

ki,

 

türklər xaqan



 

seçimini tanrı qutu

 

saymışlar.



 

Türk toplumunda hər kəs 

bacarığına görə ünvan alır: Qayusi alur xil bolur xilbaşı, qayusi at-adğır 

öze ilbaşı «kimisi manqa

 

alıb manqabaşı olur,



 

kimisi at-ayqır

 

üstə


 

elbaşı».


95

 

Doğu türklərlə



 

iç-içə


 

yaşayan bəzi monqol uruq və boylarında da başçı 

seçimi irsi olmamışdır.

 96


 

                                                 

93

 Çin dilində işlənən türkizmlərdən biri də hun məmur titulu olan kūti terminidir (HWC, 



1984, 122); «Qutadğu Bilig»də qut sözü üçün bax: Əskər, 2003, 34-41.

 

94



 Qədim türk tarixindən danışan bəzi çağdaş tarixçilər dövlətin başında iki hökmdarın 

bulunduğunu yazırlar. Türkiyə tarixçiləri buna «cifte krallıq» deyir.

 

Lakin diqqətə almaq 



lazımdır ki, Xəzər elində olduğu kimi, qədim türklərdə dövlət başçısı «ulu xaqan» törə 

və dini məsələlər üzrə sorumlu olub, hökumət işlərinə qarışmırdı, «xaqan» isə dövlətin 

deyil, hökumətin başçısı idi; bugünkü terminlərlə desək, biri prezident, digəri baş nazir 

idi. Döğrudur,  İtaliyada reks (çar) vəzifəsini təkhakimiyətli duruma çevirən uzurpator 

Məğrur Tarkvini qovulduqdan sonra reks vəzifəsi iki bərabərhüquqlu konsulla əvəz edil-

mişdir.


 

İrokez toplumunda da iki başçı olmuşdur.

 

Qədim yunan və latın dövlətlərinin 



tarixində belə ikihakimiyətlik görünsə də, bunu türklərə şamil etməyə əsas yoxdur. Döv-

lət başçısı seçimindən fərqlənən dini rəhbər seçimindən isə «V Bitik»də bilgi verilir. 

95

 KB (Metin), 1991, 410; ГБ, 1994, 303. 



96

 Miladdan öncəki əsrdə hunlara tabe olan tatar-xan soyundan uxuan uruqlarının başçı 

seçimi haqqında Çin qaynağı yazır: «Kim güclü, cəsurdursa, mübahisəli problemləri həll 

edə bilirsə, onu başçı seçirlər; onlarda irsi əvəzlənmə yoxdur» (Бичурин, 1950, I. 142). 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə