A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə27/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   23   24   25   26   27   28   29   30   ...   226
    Bu səhifədəki naviqasiya:
  • Yarqu

 

56

Qədim Misirdə  mərkəzləşmiş hakimiyət bürokratiya institutuna 



əsaslanırdı. Nil suyundan səmərəli istifadə etmək üçün ekonomik və tex-

niki işləri yürüdən mirzələrdən ibarət katiblər ordusu yaranmışdı. Qədim 

Çin səddinin tikilməsində də çoxlu bürokrat iştirak edirdi. Burada katib-

lərin irsi sülaləsi (vərəsəlik) yaranmışdı, məmurlar imtahanla işə götürü-

lürdü. İkiçayarası dövlətlərdə də bürokratlar çox idi. Araphada (Kərkük) 

hurri kaloniyasının arxivi bir ailədən olan mirzələrin bir neçə nəslini da-

vamlı əks etdirir. Qədim türklərdə isə ilk dönəmlərdə bürokratik institut 

zəif inkişaf etmişdi. Bu, daha çox yaşam tərzi, özünəməxsus dövlətçilik 

gələnəyi ilə bağlı idi. Lakin sonralar, III minilin sonlarından başlayaraq, 

sumer-akad yazılarında bəzi titulların türkcə olduğunu və getdikcə bu 

terminlərin sayca artdığını görmək olur. Çin qaynaqlarına görə, əski türk 

elində


 

28 çeşiddə  məmur (çinovnik)

 

vardı.


176

  Əlbəttə, titulların bu sayı 

çinlilərə məlum olanları idi və batı türklərdə işlənən titulları da nəzərə 

alanda artıq türklərdə böyük məmur ordusu olduğunu görmək olur.  

Ayrıca çarı (ensi) olan Subar, Aratta və Qut eli çağında elçi, bilgə, 

şat, damğaçı (tamkar) kimi bir neçə titul bildirən söz görünsə də, bu türk 

ellərində bürokratlar az idi. Qutlar İmperiyanı saxlamaq üçün zəbt etdiyi 

Sumer,


 

Akad


 

 



Elamda

 

yerli çinovniklərdən istifadə



 

edirdilər.

 

Mana


   

eli 


çağında isə artıq bürokratların sayı çoxalmışdı. Hunlar m.ö. 220-də qur-

duğu dövləti  əraziyə görə öncə12, sonra 24 bölgəyə ayırmışdı.  Əlbəttə, 

bu ərazilərin idarə olunmasında məmurların əməyi böyük idi.  

Məmur titullarının leksik təhlili göstərir ki, dərəbəyliyin

 

qarşısını



 

alan


 

bürokratiya

 

institutu m.ö.



 

I

 



minilin

 

əvvəlindən başlayaraq, dövlət qu-



rumunda sistem halına düşür. Göytürk və Uyğur ellərində 9 nazir vardı 

və bunlar buyuruq adlanırdı. Buyuruq bəglər «buyuran, buyuruq verən» 

anlamında yozulur. Bunlardan bəzisi ölkədaxili işlərlə  məşğul olduğu 

üçün  İç-Buyuruq ünvanı daşıyırdı.  Buyuruq-çor ünvanı daşıyanlar isə, 

güman ki, ordu və savaş  işinə baxırmış. Bilgə Kağan Türk dövlətinin 

yıxılmasında fərsiz, biliksiz «yablak buyurukları» qınayır. 

Dövlətə bağlı bölgə və şəhərlərdən toplanan vergi üzərində nəzarəti 

tudun həyata keçirirdi.

177


  Batı Göytürk elində doğu və batı sınır bölgə-

lərdə oturan iki tudun vardı. Üzüm vergisi yığan borçı, baş xəzinədar isə 

                                                 

176


  Koça, 2002, 834. 

177


 

«Bilqamıs» eposunda Şuruppak şəhərinin prinsi Ubar-tutu adlanırdı.  




 

57 


ağıcı-ulugı adlanırdı.

178


 Elin sınırlarının və ordugahın qorunmasından so-

rumlu olanlara bəkçi, qaravul, karağu, çavuş, gözətçi deyilirdi.

179

 Türk 

elində ədalət, qanun-qayda törə ilə yürüdülürdü. Ciddi və önəmli qanun 

pozuntusu olaylarına xaqanın başqanlığı ilə baxılsa da, Yarqu (yüksək 

dövlət məhkəməsi) qurumu, yarquçi  və  yarqan  titulu daşıyan məmur 

bu işlə məşğul olurdu. Peşə-sənət terminləri

 

sırasında «həkim-loğman»



 

anlamında olan emçiotaçı, sagun sözləri vardır. Kam//qam institutunda 

bəzi qamların (şamanların) da loğmanlıq etdiyini görmək olur. Təbii ki, 

bugün tibb elminin yenidən üz tutduğu «türkəçarə» üsulları ilə toplumun 

sağlıq durumu ilə məşğul olan bu həkimlərdən bəzisi dövlət qurumunda 

rəsmi görəv daşıyırdı. 

Qədim türklərdə

 

«Dövlət



 

qılıncla


 

qurulur,


 

qələmlə


 

idarə


 

olunur»


 

ata-


sözü dövlət dəftərxanasında yazı  işlərinin mühüm əhəmiyət daşıdığını 

aydın göstərir. «Kutadğu Bilig»də bitikçi ılımğa titulunu daşıyan məmu-

run xarici işlər naziri statusu vardır. Xaqan ən gizli fikrini, dövlət sirrini 

ona açmalı olurdu. Uyğur elində bitikçinin fəaliyəti genişlənmişdi, çünki 

şəhərlərdə yaşayan uyğurlar yazı-pozu ilə daha çox məşğul olurdu. Görü-

nür, uluğ bitikçi titulu «baş katib» imiş. Türk bitikçilərinin sırasında şə-

rəfli yer tutan Ulu xan Ata bitikçi isə Oğuznamələri toplayaraq yazıya 

almışdır.

180

 Saraylarda müxtəlif



 

dillərdə


 

yazıb-oxuya bilən

 

çoxlu  dilmanc 



«tərcüməçi» olurdu. Saqa elbəyinin 7 dilmancı vardı. Bu titul rus dilində 

tolmaç forması aldığı kimi, tarquman da samilərdə tərcüman olmuşdur. 

Batı-Göytürk elbəyi Sulu kağan Kültekinin yas törəninə Makaraç-



tamğaçı və Oğuz Bilgə-tamğaçı adlı kişiləri təmsilçi kimi göndərmişdi.

181


 

Buradan görünür ki, xaqanın tuğra(q) - fərmanını yerlərə ötürən, xaqanın 

yarlıq və buyruqlarını hazırlayan tamğaçı (pres-sekretar) yüksək rütbə idi. 

Qaynaqlar yazığçı titulunu da «katib» və «qasid» kimi verir. 

                                                 

178


   Donuk, 1988, 66, 73. 

179


  Bəzən belə titul daşıyanlar ondan soyadı kimi istifadə edir və sonralar belə titullar 

boy adına çevrilirdi. Belə ki, çin qaynağı tszyüy-tsyüy (gözətçi) Mensun barədə qeyd 

edir ki, onun əcdadları syünnularda nəsildən-nəsilə gözətçi vəzifəsi daşıdığı üçün o, 

daşıdığı tütulu özünün soyadına çevirdi (МПИКНК, 1989, 114).  

180

  «Ulu xan



 

Ata bitikçinin sözü»

 

adlı


 

Oğuznamənin orta fars dilinə hələ

 

VI əsrdə tərcümə 



edildiyi «Dürər üt-tican və təvarix qürər əz-zəman» əsərində verilir 

 

(Короглы, 1976, 38). 



181

  «On-ok oğlum türgiş Kağanda Makaraç-tamğaçı,

 

Oğuz Bilge-tamğaçı kelti» (Orkun, 



1994, 52); Damğa sözünün sumer, akad və slav dillərinə keçməsi, Part elində işlənməsi 

haqqında «Qonşu xalqlar» bölməsində geniş bilgi verilmişdir. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə