A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə2/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   2   3   4   5   6   7   8   9   ...   226

 

Ön



 

Asiyada neolitin son çağları  və eneolit boyunca ibtidai icma 

quruluşunun dağılması prosesi

 

gerçəkləşdikcə



 

sosial durumda istehsal və

 

mülkiyət diferensiallaşması baş verirdi; ilkəl toplum üçün xarakterik olan 



kollektiv əməklə «yalnız ehtiyacı təmin etmək həddində» ümumi bölün-

məz qida məhsulunun  əldə olunması prinsipləri pozulurdu.

2

 Artıq təbii 



coğrafi şəraitdən asılı olaraq, əkinçilik və maldarlığın yaranması, peşə və 

sənətlərin ayrılması, demoqrafik və sosial səbəblər, dini-ritual tədbirlər 

dövlət qurumlarının yaranmasına səbəb olurdu. 

Hələ


 

erkən


 

eneolit çağında birinin

 

başqası hesabına yaşaması müm-



kün deyildi, çünki eyni Ata kultuna tapınan soy-uruq sosial qurumunda 

kollektiv əməklə əldə olunan hər şey ümumi mülkiyət sayılırdı. Hətta iki 

və daha artıq soyun siyasi quruma çevrilən ərazi birliyi də hələ ilkin döv-

lət forması ala bilməmişdi. Gündəlik tələbatdan artıq məhsul yığımı  və 

istehsalı ilə ortaya çıxan sosial təbəqələşmə, qohum və qonşu soyların 

qovuşmasından yaranmış  ərazi birliyinin sosial-iqtisadi problemlərini 

nizamlamaq üçün soy, dini və  hərbi başçılara verilən görəvlər get-gedə

 

siyasi



 

mahiyət qazanıb, dövlətin yaranmasına təkan vermişdir.  

Qədim dövlət qurumlarının yaranması sivilizasiyanın inkişaf mərhə-

lələrilə bağlı olmuşdur. Müasir Nepal, Banqladeş, Hindistan və Pakistan 

ölkələrini  əhatə edən Hind yarımadasında mədəniyət Sumer və Misirdən 

sonra yaransa da, III minilin ortalarına aid Harappa

 



 



Moxenco-Daro şə-

hərlərinin nümunəsində görünən qədim  Harappa mədəniyəti Çindən  ən 

azı minil öncə başlanmışdı.

3

 Batıda Misir, doğuda Hind-Çin mədəniyətlə-



rindən xeyli fərqlənən Ön Asiya mədəniyəti ilə bağlı olan ilk türk dövlət-

lərinin yaranması isə daha qədim idi, çünki prototürklər İkiçayarası, Azər-

baycan, Güney-Doğu Anadolu ərazilərində yaşayırdılar.  

İlk


 

siyasi qurumlar məhz mədəni inkişaf yoluna çıxan bölgələrdə 

görünməyə başlayır. Dağlıq bölgələrdən fərqli olaraq, toplumda varlı və 

yoxsul təbəqələşməsi özünü Sumer və Misir kimi ölkələrdə daha qabarıq 

göstərirdi, çünki əsl gerçək mədəniyət IV-III minillərdə daha çox böyük 

çayların yaxasında yaranırdı. Belə ki, Elam mədəniyəti Kerxe və Karun 

çayları, Sumer mədəniyəti  İkiçayarası (Mesopotamiya) adlanan Dəclə-

Fərat çayları arasında, Misir mədəniyəti Nil çayı və Pakistan mədəniyəti 

Hind çayı yaxasında ortaya çıxmış, Çin mədəniyəti isə II minilin ortasında 

Xuanxe çayı yaxasında inkişaf etmişdir.  

                                                 

2

 ИПО, 1988. 



3

 ИДМ, I, 169. 




 

6

Misirdə Nilin stabil daşma dövrü olması suvarma işini yaxşı təşkil 



etməyə imkan verirdi, İkiçayarasında isə  Fərat və  Dəclə stabil olmayan 

daşqınları ilə vaxtaşırı kanal və  bəndləri dağıtdığı üçün insan əməyinə 

burada daha böyük tələbat vardı.

 

İkiçayarasında ilk məskunlaşma VI-V



 

minillərdə başlansa da, artıq IV minildə burada böyük arx və kanalların 

çəkilməsilə müşayiət olunan mədəniyət formalaşırdı. Kanal çəkmək bir 

soyun gücü daxilində deyildi, bunun üçün qonşu qəbilələrin birliyi və 

yaxın bölgələrdən  əsir alınmış adamların qul əməyi lazım idi.

4

 Bu isə 



siyasi qurumun yaranmasına aparan təşkilatlanma, təşkilatçı zümrənin 

ortaya çıxması şəklində gerçəkləşirdi.

 

Qədim dövlətlərin yaranması üçün toplumun mifoloji dünyagörü-



şündə tanrıya və ya tanrılara inamla bağlı din, toplumun mədəni-iqtisadi 

səviyəsi və doğal durumu ilə bağlı etnik ərazi olan ölkə və real güc kimi 



ordu faktoru önəmli rol oynayırdı. Türk etnosunun dövlətçilik gələnəyi 

başqa xalqların dövlət qurma prinsiplərindən fərqlənir, çünki sadalanan 

hər üç faktorun türklərdə özünəməxsus özəlliyi vardı. Üstəlik,

 

sosial qu-



rum təməli üzərində formalaşan ədalətli türk dövlət qurumunun əsasında 

yazılmamış qanunlar, toplumun inamla qoruduğu törə dururdu. 

Bir çox xalqlarda dini inanc, mifik dünyagörüş tanrıların vəzifələri, 

iyerarxiyası fonunda Kosmik dövlət inamı yaratmışdır. Belə «dövlətlər» 

məkan baxımından Göydə

 



 

ya

 



«tanrıların yurdu» sayılan

 

Asər ölkəsində, 



Baqastan, Sumeru, Olimp kimi yüksək yerlərdə olsa da, tanrılar buradan 

insanların gündəlik yaşamına müdaxilə edirdi. Yerdə öz dövlətini quran 

xalqların çoxu Kosmik dövlət modelindən istifadə etmiş və müxtəlif ölkə-

lərdə teokratik dövlət sistemləri yaranmışdır. Misirə nisbətən astrologiya 

ilə daha çox ilgilənən Sumerdə uzmanların Kosmik dövlət adlandırdığı ilk 

Sumer dövlətçilik gələnəyi məbəd hakimiyətini önə çıxarmışdır.

5

  

Fərd tanrısal gerçəkliyi  əks etdirən doğal çevrə içində yer almış 



cəmiyətin bir hissəsidir. Lakin bu iyerarxiya həlqələri arasında mövcud 

                                                 

4

 Minlərlə əsir və qul əməyilə yaranan tarixi abidələr coğrafi durumdan və istifadə olu-



nan materialdan asılı olaraq, uzun və ya qısa ömürlü olur. Belə ki, daş və ya daşlaşan 

özəl məhluldan qurulan Piramidalar günümüzə qədər qaldı, İkiçayarasında gün altında 

qurudulmuş kərpicdən tikilən məbədlər (zikkurat) isə dağıldı.  

5

 Bütün dəyərlərin yalnız tanrının keyfiyəti olduğunu düşünən yəhudilərdə isə tanrının 



(Yahve) özəl adı yoxdur, çünki onların inancında kosmos tanrıda deyil, tanrı kosmosda 

əks olunur. Musa tanrıdan soruşur: İsrailoğulları məndən soruşsa ki, tanrının adı nədir, 



nə deyim? Tanrı Musaya deyir: -Varlıq Mənəm (Çıxış, 3.13-14). 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə