A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə7/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   2   3   4   5   6   7   8   9   10   ...   226

 

15 


Türklərdə isə sosial təbəqələşmə III-II minillərdə  fərqli idi. Əgər 

qonşu xalqların əksərində yüksək mənsəb əldə etmək üçün bəlli soydan 

olma şərti vardısa, türk toplumunda hər kəs xidmət və bacarığına görə 

cəmiyətdə mövqe qazana bilirdi. Bunun örnəyi «Kutadğu Bilik» abidə-

sində aydın  əks olunmuşdur.

21

  Belə ki, azad fərdlərdən ibarət olan türk 

toplumunda sadə xalqın hamısı (türk kara kamuğ budun)

 

bərabərhüqüqlu 



idi.

22

 Qara budunun



 

əməyi böyük

 

kanal çəkilişinə,



 

məbədlərin salınmasına 

deyil, boy daxilində fərdlərin təsərrüfatına yönəlik idi. Əli silah tutan hər 

bir fərd həm  əsgər, həm də heyvandar və ya əkinçi, sənətkar idi. Belə 

əmək bölgüsü ayrıca məmurlar ordusunun yaranmasına imkan vermirdi. 

Misir, Sumer və Elam dövlətlərindən fərqli olaraq, III-II minillər 

boyu Güney-Doğu Anadolu və Azərbaycanda qurulan dövlətlər daha çox 

hərbi birləşmələr şəklində ortaya çıxır və müəyyən müddətdən sonra belə 

birliklər dağılırdı. Qonşu ölkələrdən bac-xərac və ya vergi almaq türklər 

üçün böyük önəm daşıyırdı və bu, bəzi yarımköçəri türk boylarının həyat 

amalına çevrilmişdi.

 

Qonşu xalq bac-xəracı vaxtında verməyəndə, yaxud 



vermək istəməyəndə belə boylar yağma üsuluna əl atırdılar, sosial quru-

mun verdiyi təpərə görə isə onların gücü qarşısında heç kim dayana bil-

mirdi.

 

II



 

minilin başlarında

 

Turuk bəyliyinin,



 

ortalarında isə subar (mitan) 

və qafqazdilli hurri boylarının hərbi ittifaqı ilə qurulmuş Mitan dövləti-

nin örnəyində bunu açıq görmək olur. Bu gələnəyi Altaya köçən saqa və 

hun boyları da saxlamışdı. 

Ön Asiyada II minilin ortalarında Elam, Babil-Kassi, Hurri, Het və 

Misir dövlətləri öz qüdrətinə görə seçilirdisə, artıq həmin minilin sonunda 

bunlardan yalnız Misir dövləti gücünü bir müddət saxlaya bilmişdi, o bi-

riləri isə dağılıb siyasi meydandan çıxmışdı. Ön Asiyada I minilin əvvə-

lində Asur, Urartu, Friqiya kimi dövlətlər, Azaq dənizi yaxalarında isə 

Saqa boyları konfederasiyası yeni güc mərkəzinə çevrilməkdə idilər.  

                                                 

21

 KB, Metin, 1991, 408-410; ÃÁ, 1994, 302-304: tapuğçı tetig erse qılqı bütün ötügke 



yarar bu qopar terk qutun «Xidmətçi ağıllı və dürüst təbiətli olsa, hökmdara ərzi-halçı 

olar» (4045); atım ersiq erse bolur oq yaçı köni erse qılqı bolur tamğası «Yaxşı nişançı 

 

cəsur isə



 

ox-yayçı olar,

 

doğru təbiətli isə damğaçı



 

olar» (4046); bitig



 

bilse

 

saqış

 

ağıçı 

bolur «Yazı və hesabı bilsə, xəzinədar olar» (4048); qayuqa ögelik tegir ög bolur qayu 

kök ayuqluq öze at alur «Kimi ağlı ilə ögəliyə yüksəlir, kimi gök-ayuqluq ilə  şöhrət 

tapır» (4067); qayu yawğu yuğruş bolur ilbegi qayu atı teñsiz bolur er ögi «Kimi yabqu, 

kimi yuğruş, elbəyi, kimi də ünvanının tayı-bərabəri olmayan ər-ögi olur» (4069). 

22

 Валитова, 1963, 113. 




 

16

I minilin əvvəlində Ön Asiya dövlətlərinin iqtisadi 



yüksəlişi

 

dəmirin



 

ortaya çıxması ilə başlayır.

 

Ölkə-


lərarası siyasi,

 

diplomatik  əlaqələrin



 

genişlənməsi, 

karvan

 

yolları



 

işləkliyinin

 

artması


 

ilə


 

ticarətin önəm 

qazanması yeni geosiyasi durumların yaranmasına 

səbəb olurdu. Əgər I minilə  qədər qurulmuş türk 

dövlətlərinin özəlliyini Sumer, Akad-Asur, Elam, 

Kassi və Hurri kimi qonşu dövlətlər və türklərin təmasda olduğu uzaq 

Misir dövləti ilə müqayisə etmək lazım gəlirsə, artıq sonrakı İslamaqədər 

çağları  əhatə edən dövrdə  ətrafda mövcud olan Asur, Urartu, Əhəməni, 

Yunan, Roma, Bizans, Selevki, Sasani və Çin dövlətləri və yaranmaqda 

olan Xilafət ilə müqayisə etmək lazım gəlir. Həm də diqqətə alınmalıdır 

ki, atlı türk dövrü II minilin ortalarından başlansa da, bozqır atlı türkləri 

yalnız I minilin başlarından Avrasiyanın hegemon xalqına çevrilmişlər. 

I minilin başlarında İkiçayarasının quzeyində qurulmuş Subar bəy-

liyi, Azərbaycanın batı bölgəsi Mosuldan quzeydə davam edən Kuman 

bəyliyi və  mərkəz bölgələrdə ortaya çıxan çoxlu kiçik bəyliklər, Mana, 

Mada dövlətləri, həmin minilliyin ortalarından sonra yaranan Azərbiqan 

(Atropaten) və  İslamaqədər davam edən Alban (Aran) dövlətləri yerli 

oturaq türklərin qurduğu siyasi qurumlar idi. Azərbaycanda yarımköçəri 

bozqır atlı türklərin m.ö.VII əsrdə qurduğu dövlət yalnız sonrakı İrəvan 

xanlığının  ərazilərini və Borçalını  əhatə edib, Alazan (Ala-üzən) çayı 

yaxalarına qədər uzanan Saqa çarlığı idi. 

İnsanoğlunun keçmişə münasibəti «indi» və «o vaxtlar» deyimi ilə 

hər zaman qarşılaşdırılmışdır və həmişə keçmiş daha ədalətli durumu ilə 

dəyərləndirilmişdir.  Əlbəttə, bütün insanlığa xas olan bu hal kerçəkliyi 

əks etdirmir, sadəcə, nəsillər arasında nostalgiya hissi yaşlılara məxsus 

olduğu kimi, bütövlükdə keçmişi ideallaşdırmaq hissi də insanoğlu üçün 

xarakterikdir. Mifoloji baxımdan, keçmiş zamanın özü də dövrlərə bölü-

nur. Qədim hind düşüncəsinə görə, insanlar dörd dövrdə yaşamışlar. 

Güya bərabərlik, xoşbəxtlik və dövlətsiz olub, «mükəmməl» sayılan ilk 

dövrdən fərqlənən sonrakı dövrlərdə insanların rifahı get-gedə pisləşir, 

nəhayət «günahlı», «qaranlıq» dövr (m.ö. I minilin əvvəli) adlanan çağ 

başlayır.

23

  Bu dövrlər yunan mifologiyasında qızılgümüşmis və dəmir 



dövrü kimi yer alır.  

                                                 

23

 Hind mifologiyasında bu dövrlər Krita, Treta, Dvapara, Kali adlanır (ИДМ, I. 337). 



 

 

M.ö. I minildən 

İslamaqədərki 

qurumlar 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə