A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə10/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   6   7   8   9   10   11   12   13   ...   226

 

21 


munu öyrənən etnoqraflar da bunu boy qurumu ilə izah edir. Tarixdə bəlli 

türk dövlətlərinin çoxu məhz boyadı ilə tanınır. 

Dövlətin xarakterik cəhətlərinə təsir edən boy-soy qurumları kimi, 

ailə, evlənmə və toplumda qadının statusu və ona münasibət məsələləri, 

həmçinin irsi hakimiyət gələnəyi olan dövlətlərdə kimin varis ola bilməsi 

də dövlət qurumunda müəyyən rol oynayır. Etnik mentalitet ilə bağlı olan 

bu məsələlər ayrı-ayrı xalqlarda müxtəlif xarakter daşıyır. Məsələn, türk 

xalqlarında olduğu kimi, germanlar da qadına hörmət edirdilər, lakin çin, 

yunan və semit xalqlarında qadına belə münasibət yox idi. Soylu, sənət-

kar, əkinçi və ya çoban olmasından asılı olmayaraq, hər bir türk potensial 

əsgər idi və orduda özəl yeri vardı. Qazandığı  nüfuz və bacarığına görə 

hər kəsin hakimiyətə iddialı ola bildiyi türk toplumuna irsi hakimiyət yad 

idi. Mana dövləti çağında isə artıq bu gələnək pozulmuşdu.  

Dəmir


 

dövrü dövlətlərində pulun

 

ortaya çıxması da xarakterik



 

haldır. 


Yunan və Kiçik Asiya şəhərlərində qızıl və gümüşdən kəsilmiş sikkələr 

m.ö.


 

VII  əsrdən işə düşür.  İkiçayarasında pul (sikkə) Selevki çağından 

işləndi. Əvvəllər isə mübadilə və ödəniş üçün müxtəlif həcmli qəlibdən 

çıxmış gümüş  işlənirdi. Bəzi çağlarda gümüşlə  bərabər, qızıl və qurğu-

şundan da istifadə olunurdu.

35

 



IV-II minillərdə ticarət alış-verişi mal mübadiləsi (barter üsulu) ilə 

aparılırdı.  Əvvəllər  əmtəə mübadiləsi xırdabuynuzlu heyvan, davar sayı 

ilə tənzimlənirdisə, sonralar mal dəyişmə ticarəti pulu ortaya çıxardı,

 

ilk 



pul tacirin silahı idi. Pul istehsalçının istehsal etdiyi malın, ümumiyətlə 

istehsalın «ağası» oldu. Pulu icad edənlər düşünmürdü ki, pul kulta çev-

riləcək. Kağız puldan öncə türklərdə çek işləndiyini qeyd edən Z.V. To-

gan, ümumiyətlə ticarətdə  işlənən müxtəlif ölçülü metal külçə, sonralar 

isə pul-sikkə ölçü vahidlərinin Ön Asiyadan Hind və Çin ölkələrinə keç-

diyini yazır.

36

 İlk sikkə Lidiyada Krez (m.ö. 560-546) çağında basılmışdır. 



Müxtəlif dillərdə pul anlamlı sözlərin heyvan dərisi ilə bağlı olması 

anlaşılır. Belə ki, latın dilində pekus «qaramal», pekuniya «pul»; qədim 

hindcə rupa «qaramal», rupi «pul» mənalı sözlərdir. Türkcənin dəri sözü 

qədim pers pulu darik (yunanca draxm) sözündə görünürsə, davar//tavar 

və tənqə sözləri rus dilində tovar, denqi sözlərində təkrar olunur. Tənqə 

sözünə Persopol yazılarında da danaka şəklində rast gəlmək olur.

37

  

                                                 



35

 Оппенхейм, 1990, 69. 

36

 Togan, 1981, 121-123; 



37

 İtil bulqarlarında belə ölçü vahidi tiyin (sincab dərisi) olmuşdur. 




 

22

2. TÜRKLƏRİN  DÖVLƏT QURUMU 



 

Müxtəlif ölkələrdə dövlət qurumları əsasən oxşar səbəbdən ortaya 

çıxsa da, dövlət qurma yolunu zaman fərqi ilə keçən ölkələrdə formalaşan 

qurumların yerli gələnək cizgisi də özünü göstərir. Bu xüsusiyəti nəzərə 

almadan qədim mətnlərdəki məlumatı düzgün şərh etmək mümkün deyil-

dir.


 

Tekstoloji araşdırmanı haqqında danışılan

 

etnosun zaman-məkan mü-



hiti prizmasından baxmaqla aparmaq və irəli sürülən fikirləri onun dili

folkloru, dünyagörüşü və etnik gələnəkləri süzgəcindən keçirmək lazım 

gəlir. Bu baxımdan qədim Azərbaycanda siyasi qurumların yaradıcıları 

olan prototürklərin tarixi onların yaşadıqları zaman kəsiyi,  ətraf mühit, 

həyat tərzi, qonşularla əlaqəsi

 



 

sonrakı


 

durumların retrospektiv proyek-

siyasında aydın seçilən tarixi gələnəkləri kontekstində üzə çıxır. 

İlkəl toplum (ibtidai icma) quruluşunda qohum oğuş (ailə) birlikləri 

şəklində formalaşan soylar

 

(nəsillər) toplumu olaraq



 

uruq (qəbilə)

 

ayrıca 



soyadı, başçısı, bəlli ərazisi, inanc və tapınaq törəni, törəsi olan qurumlar 

idi.


 

Burada


 

soy


 

böyükləri

 

mühüm məsələləri çözmək



 

üçün


 

başçı ilə gənə-

şirdilər. Yurd yerlərini nadir hallarda tərk edən uruqlar qapalı mühitdə 

yaşayırdılar, evlənmə ilə qohumlaşan yaxın uruqlar arasında törən, köç, 

müdafiə məsələləri və digər problemlər müştərək həll edilirdi. 

Vahid etnoqrafik mühitdə yaşayıb, eyni dialektdə danışan bir neçə 

uruğun birliyi boy (tayfa) qurumunu formalaşdırırdı. Boyların birliyi isə 

budun (

bodun) adlanırdı. Buduna daxil olan uruqlara ayrılıqda ok, ərazi-

ləri ilə birlikdə isə boy deyilirdi. Boyun damğası, onqonu, gənəşmə yeri 

(dərnək), soylu bəylərdən seçilən başçısı (bəy), inanc və törənlə məşğul 

olan kahini (qam), yaylaq-qışlaq yerləri, yurd və obaları, böyük və kiçik 

kəndləri, qalaları olurdu. Budun qurumunda isə inanc gələnəyinə və tapı-

naqlara böyük qam (başqam, qamata) nəzarət edirdi, boy ağsaqqalları və 

soylu bəylər, alp-ərənlər (bahadırlar) mühüm məsələlər barədə  gənəşib 

qərar qəbul etmək üçün qurultay formasında toy adlanan toplantıya yığı-

lırdılar.  

İlk

 

dövlət özəyi



 

olan budunun

 

başında


 

seçki


 

ilə


 

boy bəylərindən biri 

dururdu. Lakin seçilmiş böyükbəy hakimi-mütləq deyildi, mühüm qərar-

ları yalnız boyları təmsil edən bəylərin, kahinlərin rəhbəri böyük qamın, 

ağsaqqallar şurasının, ərən başçıları və digər dövlət adamlarının razılığını 

toyda alandan sonra qəbul edə bilirdi. Müəyyən müddətə seçilən böyük-

bəy hərbi-demokratik qurumun bu törəsini pozanda dərhal hakimiyətdən 



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə