A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə6/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   2   3   4   5   6   7   8   9   ...   226

 

13 


İslamaqədərki çağlarda Azər türklərinin iştirakı və ya öndərliyi ilə 

qurulan qədim dövlətlərin mahiyətini anlamaq üçün protoazər boylarının 

və bütövlükdə Türk etnosunun dövlətçilik gələnəyi ilə tanış olmaq lazım 

gəlir. III-II minlillərdə yaranmış türk dövlətlərinin mahiyəti o çağlarda 

mövcud olmuş qonşu dövlətlərlə müqayisədə açıla bilir. Türklərin ilkin 

Atayurdunu da içinə alan Ön Asiyada ilk dövlətlər yaxın yaşayış məskən-

lərini  əhatə edən  şəhərə aid olub, «şəhər-dövlət» kimi tanınırdı. Bunun 

örnəyi regionda qonşu xalqların qurduğu Sumer, Akad, Elam, Het və sair 

dövlətlərin ilk mərhələsində aydın görünür. Sonralar yaxın şəhər-dövlət-

lərin birliyi bölgə dövləti, bunların da birliyi ölkə dövləti, müəyyən tarixi 

şəraitdə qonşu ölkələri tutub, öz sınırına salan dövlətin də imperiya atribut-

ları yaranırdı. Lakin Ön Asiyada yranan bu sistemlə paralel dağlıq bölgə 

və ölkələrdə yaşayan yarımköçəri boyların qalabəylik, dərəbəylik, bəylik, 

ellik və imperiya xarakterli hakimiyətləri olmuşdur.  

Ön Asiyada yaranmış hər iki dövlət sisteminin  oxşar cəhətləri var: 

şəhər-qala, bölgə-ölkə əhalisi baş kahin və hökmdar tərəfindən idarə olu-

nur və çox vaxt eyni adam həm baş kahin, həm də hökmdar vəzifəsini 

daşıyırdı, bölgə başçılarının da daxil olduğu tayfa və soy başçılarından 

ibarət ağsaqqallar şurası ilə birlikdə dövləti idarə edən hökmdarın çıxar-

dığı qərar toplumun iradəsini əks etdirirdi. Əslində, uruq-boy birləşməsi 

(ittifaqı) ilə ortaya çıxan bu qədim siyasi quruma sonralar irokez, german 

və keltlərin tarixində rast

 

gəldiyimiz kimi,



 

əksər xalqlar

 

öz tarixində hərbi, 



daha

 

doğrusu,



 

primitiv


 

demokratiya adlanan bu siyasi qurumu yaşamışdır. 

Ön Asiyada sumerlər siyasi hakimiyətdə primitiv demokratiya mər-

hələsini yaşayandan sonra irsi və mərkəzləşmiş dövlət qurumuna keçmiş-

lər. Lakin sumerlərin quzey-doğu qonşuluğunda prototürk boyları irsi və 

mərkəzləşmiş siyasi hakimiyətə gec keçdiyindən, onların qurduğu ilkin 

primitiv demokratiya uzun müddət davam etmiş və təkmilləşərək sağlam 

demokratiya halına çata

 

bilmişdir.



 

Məhz


 

m.ö.


 

III və II minillərdə

 

yaranan 


Aratta, Subar, Turuk, Kuman kimi türk dövlətləri, özəlliklə, Qut dövləti 

(m.ö. 2200-2109) bu durumu çox aydın sərgiləyir. 

İstehsal vasitələrinin bütöv icmaya, yaxud azad fərdlərə, feodala, 

quldara və ya məbədə məxsus olmasından asılı olaraq, istehsal gücünün 

səviyəsi ilə ortaya çıxan fərqlərin sosial xarakteri formalaşır. Toplumda 

bu xususi mülkiyət formalarının yaratdığı sosial xarakterli istehsal tipləri 

dövlət qurumunda müəyyən formada əks olunur. Çin və Hind ölkələrində 

III-II minilliyə aid yazılı bəlgələr olmadığı üçün orada dövlət qurumunun 




 

14

keçdiyi təkamül formaları haqqında bilgi olduqca azdır.



18

 Yalnız arxeoloji 

kultur və mifoloji ədəbiyatın verə biləcəyi məlumatla kifayətlənmək olur 

ki, bu da qədim dövlət tarixinin hələ tam öyrənilməmiş sahəsi kimi qalır. 

Sumer və Misir

 

dövlətlərinin ilkin mərhələsilə qədim Türk



 

dövlətinin il-

kin mərhələsi arasında

 

isə



 

oxşar cəhətlər olsa da,

 

etnik dünyagörüş,



 

yaşam


 

tərzilə bağlı

 

yaranan dövlət atributlarında köklü fərqlər



 

vardır. Belə ki, 

möhtəşəm məbədləri, çoxlu qulları və yazı kulturu ilə seçilən Sumer və 

Misir dövlətlərindən fərqli olaraq, türklərin qurduğu dövlətlərdə bunlar 

görünmür və əksinə, Türk dövlətlərində olan insan azadlığı, mülkiyət hü-

ququ, demokratik seçim və toplumda fərdlərin hüquq bərabərliyi Sumer 

və Misir dövlətlərində yoxdur.  

Hər il eyni vaxtda Nil çayının daşıb,

 

əkin üçün münbit şərait yarat-



ması Misir xalqının yaşamında stabil rifah durumu, normal inkişaf xətti 

formalaşdırmışdı. III minilliyin son əsrlərində başlanan və m.ö. II minilin 

ilk yarısında Ön Asiyadan savaşcıl boyların Misirə gəlişi ilə yerlərdə güc-

lənən separatizmə qədər davam edən dövlət quruculuğu məbəd və möhtə-

şəm piramidaların tikilməsinə imkan vermiş, burada qul əməyindən mak-

simum istifadə olunmuşdur. Misirdə  mərkəzləşmiş hakimiyətə keçidin 

daha tez gerçəkləşməsi nəticəsində fironu «tanrı» sayan misirlilər onun 

hər bir qərarını icra etməyi qutsal vəzifə hesab edir və yerlərdə

 

fironu


 

əvəz edən məmurlar

 

onun adıyla iş görürdülər.



19

 Çünki toplumda hökm-

dar (firon) Ra tanrının oğlu və müqəddəs varlıq sayılırdı. 

Misir dövlətində xeyli məmur vardı və bunların çoxu mirzələr idi. 

Sonrakı bürokratik aparatın xarakterik cəhətləri o çağlardan formalaşma-

ğa başlamışdı. Hətta məmura tövsiyə xarakterli bir yazıda belə deyilir: 

«Rəis

 

ilə



 

bir stol arxasında oturanda sifətinə  təvazökar görkəm verməli

yalnız ona təklif olunanı götürməli, ancaq rəis güləndə gülməlidir, onda 

rəis məmnun olub, onu qiymətləndirər» və yaxud: «şikayətçini dinləyər-

kən məmur sakit və  təmkinlə dinləməlidir,

 

çünki



 

şikayətə  gələn istədiyi 

məsələnin düzəlməsindən daha çox öz sözlərinə diqqətlə qulaq asılması-

na önəm verir».

20

  

                                                 



18

 ИДМ, I. 44. 

19

 

Çoxtanrılı Misirdə tanrıları onların məbəddə qoyulan tapınaq simvolu quş, inək, öküz, 



adam və sair fiqurlar təmsil edirsə, sosiumda firon əvəz edir. Çünki fironun anası adi 

insan olsa da, o, Ra tanrının oğlu sayılır. Tanrının yerdə baş kahini olan firona hakimi-

yət simvolu skipetr verilmiş və o, Misir xalqının üzərində çoban təyin edilmişdir.  

20

 ВПФ, 102 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə