A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə3/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   2   3   4   5   6   7   8   9   ...   226

 

əlaqə-münasibət etnosdan-etnosa fərqlənir və bu fərq hökmdar ilə xalq 



arasında olan münasibətdə və dövlət düzənində özünü göstərir: 

Çoxtanrılı Sumerdə ensi xalqın «çobanı» (toplumun sahibi) idi. 

Çoxtanrılı Misirdə fironun özü «tanrı» idi. 

Təktanrılı Türklərdə isə bəy (elbəy) azad fərdlərin başçısı idi. 

Sumer inanışına görə, yerdəki dövlət gələnəyi göydəki tanrıların 

siyasi qurumunu əks etdirir və tanrı insanları yaradıb ki, onlara qulluq et-

sin. Sırasına görə, tanrılar iyerarxiyasında göy tanrısı Anu, sonra ildırım 

və tufan tanrısı Enlil, sonra yer, su tanrısı Enki gəlir, «yüksək şuraya» da-

xil olan yeddi tanrı toplanıb, hər hansı bir məsələyə aid qərar qəbul edir 

və onun icrasına nəzarət Enlilə tapşırılır. Anu tanrının təsvirində çar atri-

butlarının hamısı vardır; əlində əsa, çoban çomağı, başında tac görkəmi 

onun tanrıların çarı olduğunu bildirir. Sumerlər yerdə, göydə, bütöv kos-

mosda hər  şeyin özəl tanrısı olduğuna inanırdılar; Kosmosdakı bütün 

canlı və cansızlar baş tanrı Anunun iradəsi ilə təbiət qanunları düzənində 

idarə olunur. Məsələn, qamış adi bitki olsa da, göz görə-görə böyüyür; 

qamış tütəkdən xoş musiqi çıxır; ondan düzələn qələmlə hikmətli yazılar 

yazılır və əlbəttə, bütün bu olaylar «qamış tanrısı Nidaba tərəfindən tən-

zimlənir».  

Tanrılar yığıncağında protokol qaydalarına əməl olunur,

 

burada qə-



bul

 

olunmuş



 

qərarların

 

icrası


 

Yerdəki şəhər-məbəd tanrılarına tapşırılırdı.  

Bu məbudların heykəlcikləri də adətən çar qiyafəsində olurdu. Belə ki, 

tac, skipetr, çoban çomağı, baş çalması kimi

 

çar atributlarının əksəri 



D

Api 


adlı məbudun görkəmində vardı

.

6



 

 

Hər yeni il başlananda tanrılar yığılıb, insanların bu il üçün taleyini 



müəyyənləşdirir, qərar qəbul edirdilər, çünki özünə qulluq etmək üçün 

«tanrı bu insanları yaratmışdı». Bu, məbəd hakimiyətinin devizi idi: tanrı 

insanı yaradıb ki, ona qulluq etsin.

7

  



                                                 

6

 ВПФ,133. 



7

 

Sumer inancında dörd əsas tanrı bunlar idi: 1. Anu baş tanrı (ata) sayılırdı. Sumer di-



lində An sözünün «göy» anlamı olduğu kimi, qədim türklər də tanrı sözünün kökündə 

duran Tan sözü «göy» anlamı daşıyırdı; 2. Enlin (Anunun oğlu) baş tanrının qərarlarını 

icra edən və tufan ağası sayılırdı. Epitetləri belə idi: böyük hökmdar, Göydəki tanrıların 

müşaviri, Yerdə tanrılara yol göstərən, rifahı düşünən bəy, dediyi sözə heç bir tanrı qarşı 

çıxa bilməz və sairə; 3. Enki Yerin tanrısı sayılırdı, epiteti isə Ninmax «ulu xatun» idi;  

4. Ninxursaq «Ana Torpaq» erkək olub, Nin-tu «doğan» epiteti ilə işlənirdi. Türk inan 

cında isə «Ana torpaq» Yer-Sub adı ilə verilirdi. 



 

8

Misirdə stabilliyin təminatçısı kimi firon «tanrının oğlu» sayılırdı. 



Sumerdə isə ensi (çar) tanrıların qərarı ilə təyin olunmuş sadə adam idi, 

əlinə çoban çomağı, hakimiyət simvolu (skipetr) verilən bu adam istəni-

lən vaxt dəyişdirilə bilirdi. Ensi tanrıların qulu sayılan xalqı («sürünü») 

saxlamaq üçün təyin edilmiş «tanrı çobanı» idi. Misirdə astrologiya uz-

manları fironun qərarını yerinə yetirirdi, Sumerdə isə ensi astroloji fala 

baxmaq ilə  hərəkət edirdi. Özünü tanrı sayan Misir fironlarından fərqli 

olaraq, Sumerdə tanrının yerdə təyin etdiyi baş kahin, baş nazir, baş ko-

mandan vəzifələrini daşıyan ensi (çar) hər addımını tanrılarla məsləhət-

ləşirdi. 

                     

 

Sumerlərin «Kosmik dövlət» modelindən fərqlənən türk dövlətinin 



dünyəvi modeli sosial-siyasi quruma kökləndiyi üçün burada tanrı ilə insa-

noğlu


 

arasındakı

 

münasibətlər də fərqlidir.



 

Belə ki,


 

Göyü «tək tanrı» sayan 

türklər digər varlıqların tanrısı yox, iyəsi (yiyəsi) «hami ruhu» olduğunu 

düşünmüşlər. Doğrudur,

 

vaxtilə


 

İkiçayarası  mədəniyətilə

 

sıx


 

əlaqədə


 

ol-


muş bəzi türk boyunda sumer teonimləri ilə müəyyən paralellik görünür, 

lakin bunlar lokal xarakter daşıdığı üçün ümumtürk mahiyəti qazana bil-

məmişdir.

8

 Göy (



=

tanrı) yalnız dövlət başçısı seçimində insanların işinə 

qarışır, həmin vəzifəyə layiq olana qut verir. 

Qədim türklər teokratik dövlət deyil, dünyəvi (sivil) dövlət qurmuş-

lar, çünki «kosmik dövlət» düzənini yerdə tətbiq edən sumerlərdən fərqli 

olaraq, türklər sosial qurumdakı düzəni siyasi quruma transfer etmişlər. 

Dağlardan enib Sumer ölkəsinə gələn türklər (qutlar) sumerlərin gözündə 

«dindar» deyildi. Ona görə də, sumer yazısında qutlar «ibadətə öyrənmə-

miş», «dini qayda-qanunlara düzgün əməl etməyi bilməyən adamlar» ki-

mi verilir.

9

 

                                                 



8

 Belə ki, Arattada tanrıca İnanna tapınağı, V əsr yazarı Pomponi Melanın qeyd etdiyi 

«günaykokratumen» (Gün-Ay-Gök yaratu men) boyadı, hun elbəyi (şanyu) məktubunun 

«Göy-Yer doğan, Gün-Ay hunlara şanyu seçən» sözlərilə başlaması və ya Göytürk yazı-

larında «ölkə iyəsi»

 

anlamında işlənən Yer-Sub kultu kimi tanrı



 

 



iyə

 

adları haqqında 



«V Bitik»də geniş bilgi verilmişdir. 

9

 Mirzəyev, 2003, 7. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə