A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə9/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   5   6   7   8   9   10   11   12   ...   226

 

19 


dəki künne, kuni (qotlarda), kona/kuna (qədim skandinavlarda) formaları 

da

 



*gen

 

kökü ilə bağlıdır və «başçı»



 

anlamlı köniq sözü də bu yuvaya girir. 

Lakin burqund, lanqobard german boylarında soy fara, soy üzvü isə fara-

manni adlanırdı. Diqqəti çəkən məqamlardan biri də budur ki, həmin fara 

sözü «getmək, köçmək» anlamlı  bara (fara



<

*bara) ilə izah olunur.

29

 Bu 


da türkcə bar- (varıb-getmək) feilinə uyğun gəlir.  

Roma dövlətinin m.ö.

 

VI  əsrin sonuna qədər «çar dövrü» adlanan 



çağlarında sosial-siyasi qurumlar bəzi terminlərdə əks olunmuşdur: patri-

arxal yönlü familiya adlanan soyların başında pater-familias və ya domi-



nus «sahib» dururdu, «uruqbaşı» və «uruq» anlamlı patrisi termini böyük 

familiyaların birliyini göstərir, demokratik seçimlə hərbi başçı, baş kahin 

və hakim vəzifəsini daşıyan reks çar sayılırdı. Bəlli soylara daxil olmayan 

gəlmələr (plebs) və kasıblar çox vaxt sahibkardan (patron) asılı olurdu. 

Sonrakı monarxsız Respublika (res-publica «xalq işi») çağında isə senat 

(senex «qoca») adlanan 300 nəfərlik ağsaqqallar şurası, komisiy adlanan 

xalq məclisi və iqtidarın başında konsul vardı.

 

Beləliklə, Roma şəhərini 



quran etrusklarda hakimiyət seçimlə idi, latınlar da bu ənənəni respublika 

çağında saxladılar; konsullar seçki ilə senat və xalq məclisində seçilirdilər. 

İlk Roma dövlətində etrusk gələnəyi kimi «imperium», hökmdar 

üzərində xalq nəzarəti vardısa, artıq Roma imperiyası vaxtında bu dövlətə 

tabe olan ərazilər o qədər genişləndi ki, Avropa, Afrika və Asiyanın bir 

çox bölgəsi bu imperiyanın idarə olunmasına vergi verməli oldu. Təbii 

ki, belə imperiyanın başında duran konsul demokratik institutlardan vaz 

keçməli idi və belə də oldu.  

Yunan toplumunda isə «soy» anlamında genos, «uruq» anlamında 

fratri (qardaşlıq), «boy» anlamında fili, «bodun» anlamında demos termini 

işlənirdi.

30

 

Eyni atadan



 

törəyənlərin

 

genos


 

qurumunda

 

daxili evlənməsi 



qadağan idi, burada oğulluğa götürmə, soydaşların vərəsəlik hüququ, baş-

çının seçimi, ərazi, iş və qəbiristanlıq ümumiliyi, hərbi və dini başçı filo-



basiley vardı. Fili qurumunda demos mühüm məsələləri  aqora adlanan 

toplantıda müzakirə edirdi, ağsaqqallar şurası bule adlanırdı. Yunanlarda 

soy-boy bölgüsü dövlət yaranandan sonra sosial təbəqə bölgüsü ilə əvəz-

lənir; xalq soylulara və əkinçi, sənətkar, əsgər zümrəsinə ayrılır. 

                                                 

29

 Энгельс, 1982, 156. 



30

 Sonra «xalq» anlamı qazanan demos qabaqlar damos şəklində idi (ИДМ, 1982, 293).  




 

20

Afinada  şura yaranandan sonra soy-uruq qurumu boy təşkilatında 



pozuldu. Əvvəlki qonşu boyların ittifaqı indi mərkəzi şura ilə idarə olu-

nurdu. Görünür, bu çağlarda aparıcı mövqeyə Afina əhalisi çıxıb baş el 

olmuşdur və latınların reks sözündən fərqlənən el-başı anlamındakı basil 

(basiley) sözü patrike sözünü əvəz etmişdir. Soylu, əkinçi, sənətkar və 

əsgər kimi müxtəlif təbəqəyə ayrılan cəmiyətdə yalnız soylular hakimi-

yətə iddia edə bilərdi. 

 Avropa xalqları  mərkəzləşmiş dövlət yaradana qədər boylar birliyi 

(Confederation de tribus) mərhələsini

 

yaşamışlar.



 

Belə ki,


 

Sezarın german-

ları boy-soy bölgüsü ilə məskunlaşdırması bəllidir. Boy bölgüsü Şotlandi-

yada XVIII əsrin ortalarına qədər davam etmişdir. Avropada dövlətçilik 

boy qurumu 

>

  ərazi təşkilatı 



>

 dövlət mərhələlərini ayrı-ayrı bölgələrdə 

müxtəlif çağlarda keçirmişdir.

 

 



Yunan toplumunda boy qurumunun dağılmasına səbəb olan dövlət 

qurumunun yaranması ilə kəndlinin öz torpağında arendatora çevrilməsi 

prosesini dəqiq  şərh edən F. Engels yazır: «Əvəllər, soy-uruq qurumlu 

toplumda belə çevriliş mümkün deyildi».

31

 Yunanıstanda m.ö.



 

VI  əsrdə 

müəyyən reformalar həyata keçirildi və

 

varlı-kasıb qarşıdurması bir az



 

səngidi.


32

 «İntellekt dövrü»

 

adlanan bu çağlarda xeyli alim, yazar, filosof 



yetişdi, «7 müdrik»dən biri də atası türk (saqa), anası yunan olan Anaxars 

idi.


33

 Yunanıstanda dövlət qulları müxtəlif ərazilərdə yerləşdirilir və on-

lara xüsusi təsərrüfat yaratmağa imkan verilirdi. Bu növ qulların istehsalı 

dövlətdə hakim təbəqənin məhsulla təmin olunmasına yönəlmişdi. Belə 

təsərrüfatla məşğul olanlar ilot adlanırdı.

34

 Bu termin, yəqin ki, türklərin 



elat  sözü ilə bağlıdır. 

Əgər Afina dövlətinin yarandığı çağlardan başlayaraq davam edən 

varlı-kasıb qarşıdurmasına səbəb aşağı təbəqənin müflisləşməsi ilə mülki-

yət hüququnu itirmək idisə, türk toplumunda istehsalçı öz istehsal etdiyi 

məhsulun sahibi idi. Boy qurumu bu adil düzəni yaşadırdı. İrokez toplu-

                                                 

31

 Энгельс, 1982, 126. 



32

 

Afinada m.ö.594-də Solonun reforması ilə torpağı icarəyə götürənlərin borcu ləğv 



olundu, 509-da isə zadəganlara böyük təpki göstərildi. 4 boylu Afina dövlətində 400 

nəfərdən ibarət  şura yarandı (4x100). Əhali varına-mülkünə (gəlirə!) görə  gəliri çox, 

orta, az olanlar və kasıblar üzrə 4 növə bölündü və 3 bölgəyə ayrılmış Yunanıstanın 

(Attika) ayrıca başçısı (demarx), hesabdarı, 30 hakimi və kahini olan hər bölgəsində  

özünüidarə üsulu tətbiq edildi.  

33

 Azər xalqı, 2000, 98-102. 



34

 ИДМ, Û, 41. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə