A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə5/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   2   3   4   5   6   7   8   9   ...   226

 

11 


Müxtəlif xalqların qurduğu dövlətlərdə hakimiyətlə xalq arasında 

olan münasibətin xarakteri, dövlətin demokratiya və ya monarxiya insti-

tutları ilə idarə olunması, hakimiyətin yönətim üsulu da dövlətçilik tarixi 

baxımından diqqətə alınmalıdır. Belə ki, bir neçə uruğun  ərazi birliyini 

təmin etmək

 

üçün ümumi



 

yığıncaqda hərbi və

 

dini başçının seçilməsi ilə



 

formalaşan ilk dövlət qurumları ona görə  hərbi demokratiya adlanır ki, 

burada savaşlar və savaşa hazırlıq xalqın yaşamında davamlı funksiyaya 

çevrilir. Hərbi demokratiyanı savaşçı boylar qurumu formasında yaşayan 

qədim türk boylarının çoxu hələ m.ö. III minilin ortalarında demokrati-

yanın bəsit formasını sağlam demokratiyaya çevirə bilmişdilər.Tarixdə 

mövcud olmuş dövlətlərə baxsaq, görərik ki, bəziləri varlılarla kasıblar 

arasında bitərəf mövqe tutan monarxiya dövləti idi, bəziləri isə Afina, 

Roma və orta əsrlərin feodal dövlətlərində olduğu kimi, varlıları kasıblar-

dan qoruyan dövlət idi. Dünyada ilk dəfə ərazicə ən böyük əsl mərkəz-

ləşmiş monarxiya dövlətini I Sarqon yaratdı. Sarqonilər monarxiyası 

oliqarx hakimiyətinə böyük zərbə vurdu. Bu durum Misirdə də vardı. 

Ön Asiyada m.ö.

 

I minilə qədər türklərin monarxiya qurumuna keç-



məsi haqqında dəqiq bəlgə yoxdur, çünki sağlam demokratik qurumlu 

Qut elindən sonra Turuk, Kuman və Subar bəyliklərində dövlət

 

qurumu


 

haqqında


 

ötəri və


 

dolayı bəlgələr vardır,

 

lakin


 

artıq Mana

 

çağından monar-



xiya sistemilə qarşılaşırıq. Ancaq sonrakı dövrlərdə qurulan bəzi türk 

dövlətlərində monarxın hakimiyəti bölgələr üzrə paylaşdığını, yəni kon-

federativ sistemin tətbiq olunduğunu görürük. Turklərdə seçimli

 

monarx 

qurumu


 

olduğunu nəzərə alanda

 

onun etruskların 12 bəylik əsasında quru-



lan monarxiya ilə eyni xarakterdə olduğunu düşünmək olur. 

Dövlətin millət üçün olduğunu söyləyən mühafizəkar, sosial rifahı 

dəstəkləyən sosialist, insan azadlığını önə  çəkən liberal yanaşmalardan 

fərqli olaraq, çox vaxt imperialist siyasi yönümlü ideologiyada fanatizm 

önə çıxır.

16

 Dövlət əsasən ölkə, xalq və siyasi hakimiyət ilə gerçəkləşsə 



də, üzərində durduğu ayaqlardan biri ideologiyadır. Yazılmamış əxlaq və

 

dövlətçilik



 

qanunlarına sözsüz itaət etməsi ilə seçilən türk

 

toplumunda hər 



şeydən üstün tutulan 

törə

 dövlətin ideoloji əsasını təşkil edirdi. Beləliklə, 

qonşu xalqların dövlətçilik gələnəyindən fərqlənən etnik özəlliyi əsasında 

xalq, ölkə, tanrı qutu (seçim), siyasi hakimiyət, ordu və törə ilə qurulan 

türk dövlətləri mahiyətcə başqa dövlətlərdən xeyli fərqlənirdi. 

                                                 

16

 Komunist və ya faşist rejimlərində vicdan əzabı çəkmədən oğul atasının üzünə dura 



bilir, dövlət isə bunu hakim ideologiya naminə dəstəkləyib təbliğ edir.  


 

12

Yer üzərində 2 milyon illik yaşı olan İnsanoğlunun 



bugünkü  insan görkəmini aldığı çağlar o qədər də 

uzaq tarix deyil, insanların mağaradan çıxaraq, əkin-

biçin və heyvandarlıqla məşğul olduğu dönəmdən 

isə aşağı-yuxarı 10 minil vaxt keçmişdir. İlk tayfa-

qəbilə birliyi ilə qurulan «dövlət» qurumunun yaşı 

cəmi


 

5-6 minildən

 

artıq deyildir.



 

Keçən bu müddət 

ərzində müxtəlif etnoslar tərəfindən ayrı-ayrı bölgələrdə qurulmuş dövlət-

lərin fərqli özəllikləri olmasına baxmayaraq,

 

onların yaranma səbəbi eyni 



və ya oxşar ehtiyacdan doğmuşdur.  İbtidai icma quruluşunun dağılması 

ilə  bəlli ərazi daxilində yaşayan toplum üzvləri arasında iqtisadi,

 

sosial, 


mənəvi münasibətləri və qonşu bölgə insanları ilə barış, ya savaş olayla-

rını  tənzimləmək zərurətindən doğan bütöv siyasi qurum hakimiyət  və 



dövlət anlayışlarını ortaya çıxarmışdır.  

İlk çağlarda bəsit formalı bu qurumlar sınaqlardan çıxa-çıxa gəliş-

miş, zaman keçdikcə mükəmməl idarəetmə  təcrübəsi  əldə olunmuşdur. 

Müxtəlif etnosların ayrı-ayrı bölgələrdə qurduğu dövlətlərin fərqli idarə-

etmə qanunları və qurumları (institutları) formalaşmışdır. İcma quruluşun-

dan sonra ailə, nəsil, qəbilə və tayfa birlikləri yeni sosial-siyasi formalar 

alsa da,

 

bu qurumlar minillərlə davam edən yaşarı özəlliyini bugünəcən 



bəzi etnoslarda saxlaya bilmişdir. Dünyanın ayrı-ayrı regionunda siyasi-

ictimai qurumların təkmilləşmə axarı zaman fərqilə getmişdir, belə ki, bir 

sıra ölkədə tayfa-nəsil bölgüsü qədim çağlarda aradan çıxdığı halda, bəzi 

ölkələrdə hələ də davam edir. Özəlliklə, belə bölgü yarımköçəri yaşamı 

ilə seçilən boylarda daha qabarıq görünür.  

Boy qurumunda artıq soy-uruq sistemi pozulur; uruqlar, soylar bir-

birinə qarışır; yeni ərazi birliyi, bölgə (yerli-özgə) sistemi ortaya çıxır. 

Soy-uruq sistemindəki qanunlar burada işləkliyini itirir, yeni boy qurumu 

qanunu işləyir; müharibələr, yerdəyişmələr yeni-yeni qovuşma və ayrıl-

malarla müşahidə olunur. Sumerdə III minil boyu davam edən «kosmik 

dövlət» siyasi-iqtisadi baxımdan «milli» dövlət idi. Yeni yaranmaqda olan 

şəhər-dövlət idarəçiliyi yaşlı adamların iştirak etdiyi ümumxalq toplantısı 

ilə idarə olunurdu. Gündəlik yönətim ağsaqqallar şurasına aid idi, kritik 

dönəmdə bu şura üzvlərindən birinə müvəqqəti «çar» statusu verilirdi ki,

 

bu da primitiv demokratiyanın örnəyi idi.



 17

 

                                                 



17

 ВПФ, 124-125. 



 

M.ö. III-II 

minillərdəki 

 qurumlar 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə