A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə4/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   2   3   4   5   6   7   8   9   ...   226

 

Oğuz xanın Ay-kağandan doğulması motivi, onun 6 oğlunun (3+3) 



Ay, Gün, Ulduz və Göy, Dəniz, Dağ adları daşıması diqqəti çəkir.

10

 



Türk 

dövlət sistemində 12 sayı müəyyən iz buraxmışdır.

11

 Belə ki, Ön Asiyada 



12 boydan təşkil olunmuş dövlət motivinin doğuya getmiş türklərdə artıq 

oğuz-türkman boylarının 12 sağ və 12 sol qollara ayrılması və Oğuzun 24 

nəvəsi (6

 

x



 

4)

 



ilə

 

ikiqat



 

artmış,


 

əslində ilkin motiv pozulmuşdur. Görünür, 

Mete çağında hunların 24 bəyliyə ayrılması fikri də bununla bağlıdır. Əl-

bəttə, bu rəqəm qədim mifoloji inama kökləndiyi üçün gerçəkliyi tam əks 

etdirmir

.

12



 

Misirdə olduğu kimi, Sumer,

 

Bizans dövlətlərində hökmdar



=

tanrı 


modeli

 

məqbul



 

sayılırdı,

 

türklərdəsə bu mümkün deyildi. Belə ki, 448-də 



Atillanın elçiləri Bizans imperatoru Theodorosun «tanrı» sayıldığını eşi-

dəndə gülmüş və «bir insanı necə tanrı saymaq olar?» demişdilər. Başqa 

xalqların qurduğu dövlətdə hakimiyət simvolu hökmdara verilən çoban 

çomağı skipetr idisə, türk hökmdarının hakimiyət-erklik simvolu yay idi. 

Türk dövlətləri tarixində yurda, vətənə bağlılıq və torpaq sevgisi 

böyük önəm daşıyan 



ölkə

 məfhumu ilə bağlı idi. Dilimizdə toparlanmaq 

sözü ilə eyni kökdən olan «torpaq» (

topraq) sözü el və elatın toparlan-

dığı məkanda qiymətli olurdu, yer və torpaq sözləri yurd, oba, ölkə və el 

tərkibində qutsallıq qazanırdı, istər dağda, yaylaqda, istərsə  şəhər-kənd, 

aranda torpağa (Yer-Sub) bağlılıq türkün yaşam atributu idi.  

Türklərin etnik tarixindən danışarkən onların yaşam tərzi diqqətə 

alınmalıdır. «Türk tarixi yalnız göçəbə gövmlərin tarixi olmayıb, ən fəal 

ünsür göçəbələr olmaqla bərabər, bu tarix göçəbə, yarıyerləşik və yerləşik 

gövmlərin münasibətləri tarixidir».

13

 Görkəmli tarixçi Z.V.Toğanın bu 



sözlərinə  əlavə etmək lazımdır ki, türk tarixi köçəri və oturaq boyların 

                                                 

10

 

Oğuzun ikinci arvadının göldəki ağacda olduğunu və Göy (Gök) sözünün burada Köl 



(göl) olması ehtimalını irəli sürən İ.

 

Kafesoğlu 6 oğulun adındakı semantik sistemi göz 



önünə alır (Kafesoğlu, 1989, 242);

 

Dədə-Qorqud abidəsində «altı bölük», «altı başı» və 



Göytürk yazılarında «altı bağ (bölük) budun» deyimləri, 6 boy bölgüsü Oğuzoğullarının 

sayı ilə bağlıdır (ßëèéàðîâ, 1991).

 

11

 



Qədim Ön Asiyada 12 boydan təşkil olunmuş dövlət motivi türk (həmçinin etrusk), 

yəhudi və başqa xalqlarda görünür. Bir ilin 12 aya və 365/366 günə bölünməsi ilə bağlı 

Dədə-Qorqud eposunun 12 qola (boya) ayrılması və burada «366 alp» deyiminin işlən-

məsi diqqəti çəkir. Sinoloq E. Şavan (Chavannes) də çinlilərin 12 heyvan təqvimini 

türklərdən aldığını qeyd etmişdir.

 

12



 Марков, 1976, 45. 

13

 Togan, 1981, 299. 




 

10

münasibətindən əlavə, həm də 



oturaq

 türklərin tarixidir. Azər türklərinin 

əksəri  ən qədim çağlardan oturaq idi. İlkin Atayurddan çıxıb quzey və 

doğu ölkələrdə özlərinə ikinci Atayurd quran digər türklərin də  əksəri 

yeni yurdda oturaq, uzaqbaşı, yarımoturaq yaşam tərzinə önəm vermişdir.  

Atlı türklər

 

Avrasiyanın



 

müxtəlif bölgələrində

 

oturaq


 

yaşama keçən 

yatuq, tat, oturaq, arançı dedikləri soydaşlarına nisbətən otlaqdan-otlağa 

keçərək 


bozqır

 yaşamına üstünlük verirdilər.

14

 

Bəzən bu



 

bozqırın sınırları 

bir neçə ölkənin hüdudlarını aşan böyük məkan, bəzən də yaxın yurdları 

əhatə


 

edən


 

bölgələr


 

olurdu.


 

Oturaq və

 

ya

 



bozqır yaşamından asılı olmaya-

raq, torpağa münasibət və yurd sevgisi türkün canında idi.  

Batı Hun və Doğu Hun dövlətlərində olduğu kimi, ayrı-ayrı ərazidə 

eyni xalq eyni vaxtda iki dövlət qura bilər, yaxud Ağqoyunlu və Qaraqo-

yunlu dövlətində

 

olduğu kimi,



 

eyni xalqın qurduğu dövlətdə siyasi

 

iqtidar 


çevriliş, hakim soyun dəyişməsi, sui-qəsd və sair səbəblərlə  dəyişə bilər. 

İkinci halda söhbət yeni dövlətin yaranmasından deyil, bir xalqın qurduğu 

dövlətdə hakimiyət

 

dəyişməsindən gedə bilər.



 

Belə ki,


 

ölkə


 

daxilində

 

baş 


verən hakimiyət dəyişmələri dövlətin davam etməsini dayandırmırsa, bu 

dəyişmə həmin dövlətin tarixində «filan sülalənin hakimiyət illəri» şək-

lində təsbit edilir. Əksər ölkə və xalqların tarixində bunun örnəyi vardır. 

Dövlətin qurulması üçün

 

vacib


 

olan şərtlərdən biri də gücə,

 

qüvvəyə 


dayanan 

ordu

 amilidir. Ordu müharibə (savaş) üçün lazım idi, savaşlarsa 

müxtəlif məqsəd və səbəbdən yaranırdı. Belə ki, qonşu dövlətlər, siyasi 

qurumlar arasında savaş çox vaxt hegemoniya uğrunda olurdu. Məsələn, 

Umma

 



 

Laqaş şəhər-dövlətləri arasında hegemonluq üzrə münaqişə iki 

əsr davam etmişdi.

15

 Hegemoniya uğrunda savaşda bir tərəfin qalib gəl-



məsi isə mərkəzləşmiş dövlətin yaranmasına səbəb olurdu. Bəzi savaşlar 

isə ərazi konfliktindən və bəziləri

 



 



yağma məqsədilə baş verirdi.

 

Tarix 



boyu savaşdan-savaşa

 

bərkiyən türk əsgəri,



 

özəlliklə,

 

bozqır atlı türklərin 



döyüşçüləri bacarıqlı hərbiçi kimi yetişirdi.

 

Türklərdə formalaşan savaşçı 



boylar qurumu birlikdə böyük dövlət və imperiyalar qura bilirdi. Sumer 

şəhər-dövlətlərində  əsas qüvvələri təmsil edən xalq kütləsi (qara camaat) 

deyil, luqal və ona tabe olan qoşun, kahinlər, məmurlar və oliqarxlar idi-

sə, türk toplumunda qüvvə xalq-ordu-dövlət birliyində idi.  

                                                 

14

 «Bozqır türk dövləti hər hansı bir ailənin qılınc zoru ilə meydana gətirdiyi yığınlar top-



luluğu deyil,

 

fəqət idarəçilərlə işbirliyi yapan geniş xalq kütlələrinin (sosio-politik kümə-



lərin) qeyrətləri, iştirakı ilə gerçəkləşən bir siyasi təşəkküldür» (Kafesoğlu, 1989, 233). 

15

 Cooper, 1983. 48-49. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə