A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə14/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   10   11   12   13   14   15   16   17   ...   226

 

30

varlı bəylər, feodallar, xan və xaqanlar çoxarvadlı ola bilirdi. Bu haldasa 



varis əsas xanımın böyük oğlu olurdu.

59

 



Elam, Misir, Het dövlətlərində hakimiyət varisi çarın oğlu yox, qız 

nəvəsi (qızının oğlu) olurdu. Bu isə bacı-qardaş, hətta ata-qız evlənməsi 

olayını ortaya çıxarmışdı. Hetlər bu gələnəyi yalnız m.ö.1500-cü illərdə 

dəyişdi, yeni qanuna görə, çarın oğlu onun yerini tuta bilərdi. Əhəməni 

çağında farslar arasında olan analoji evlənmə isə etnik özəlliyə dayanırdı.  

Soy.  Oğuşların böyüməsi və  nəsillərin dəyişməsilə qandaşların

 

da 



sayı artır. Belə qandaşları bir-birinə bağlayan xətt onların kötüyü sayılan 

ulu babanın adı olur. Belə ki, şəkilçiləşmiş sözlər familiya bildirən şəxs 

adına qoşulub,

 

Teymurlu,



 

Teymurgil,

 

Teymuruşağı,



 

Teymuroğlu şəklində 

işlənə bildiyi kimi, soy sözcüyü də həmin funksiyanı (Teymursoy) daşıya 

bilir. Azər dilində eyni soydan törəyən qandaşların  toxum adlanması  və 

toxumların toplumuna uruq-turuq deyilməsi bəllidir. 

Uruq.  Göytürk yazısında  uruqsırat, azər dilində  uruq-turuq  deyi-

mində qalan uruq (ur-uq) sözü ən qədim prototürk leksemi kimi diqqəti 

çəkir. Türk dillərində soy, nəsil, tayfa və qəbilə anlamında işlənən uruq 

sözü ilkəl sosial qurumda öğuşların (soyların) birliyi şəklində ortaya çıx-

mışdır. Belə ki, «qandaş» anlamında yaranan bu söz hamilə olmaq, doğ-

maq, törəmək anlamı bildirən ur- feilindən yaranmış və yaxın anlamları 

ilə bir çox türk dilində saxlanmışdır.

60

 Sumer dilində  kürü tökmək, art-



maq, qohumluq anlamında işlənən ur sözü də  qədim sumer-türk leksik 

paralellərindəndir.

61

 Sumer dilində uru sözünün də «icma», «kənd//şəhər» 

anlamında işlənməsi diqqəti çəkir.

62

 Bu dildəki  dumu-uru (oğul-icma) 



deyimi «icma oğlu» anlamında işlənir.  

Bod // Boy. Uruqların birləşməsi ilə ortaya çıxan bod sosial qurumu 

həm də ilk siyasi qurum idi.

63

 Boy qurumunda başçının böyük imtiyazları 



yox idi, lakin toplumda ona olan sayqı böyük idi. Mədəni ölkədə adi bir 

polisin avtoriteti boy qurumundakı bütün yetkililərdən çox olsa da,

 

indi 


                                                 

59

 



Ola bilsin ki, bəzi bozqır türk boylarında iqtisadi nədənlə leviratus (dul qalan ögey 

ana, qardaşarvadı ilə evlənmə olmuşdur (Kafesoğlu, 1989, 216). Lakin əsasən oturaq 

olan azər türklərində bu durum olmayıb. Oğuz toplumunda dölalma olayına da pis ba-

xırdılar, hətta dölalmanı söyüş, təhqir kimi işlədirdilər (KDQ, 1962, 39).

  

60

 ЭСТЯ, Û, 1974, 605. 



61

 Ìÿììÿäîâ, 1983, 9. 

62

 ИДВ, 1983, 171. 



63

 İ.


 

Kafesoğluna görə, siyasi birliyə girən boylar ok adlanırmış (Kafesoğlu, 1989, 215). 




 

31 


ən böyük dövlət xadimi, ən qüdrətli monarx boy qurumunda başçıya olan 

hörMete, sayqıya həsəd apara bilər. Hələ prototürk çağlarından bod//bud 

şəklində  işlənən bu sözün d~y və d~t dialekt fərqlərinə uyğun  boy//but 

fonetik variantları yaranmışdır.

64

 

Qədim çağlardan etnonim yaradan şəkilçiyə (-but, -pıt, -bit) çevrilən 



bud sözcüyü bəzi etnotoponimlərdə donuq şəkildə qalmışdır. Belə ki, 

m.ö. I minildə  Xəzərə axan Qızılbud çayadında və çağdaş Culfadakı 



Soltanbud dağadında qalmış bud sözcüyü Ağcabədi adında -bədi şəklini 

almışdır. Halbuki Klavdi Ptolemey (II əsr) Azaq yaxalarında Azar şəhəri 

ilə

 

yanaşı,



 

«ağca boyu»

 

adını əks etdirən toponimi Aksabit (ağca-bit) şək-



lində vermişdir.

65

 Qırğızların kırkoğul boyları içində uzunbut boyadında 



but fonetik variantı işlənirsə, Qarabağda Qasapet («qas boyu») kəndinin 

adında -pet fonetik variantı görünür.

66

 

 



Akad-asur mixi yazılarında  bod sözünün bat  şəklində verilməsi 

təbiidir:  Saqbat, Bit-Saqbat.

67

 

Lakin həmin yazılarda bəzi bölgəadının 



bit formantı ilə (Saqbit, Bit-Saqbit)

 

işlənməsinin müxtəlif səbəbləri ola 



bilər. Belə ki, bu sözcüyü türklərdən alıb, «filan boyun evi, yurdu» anla-

mında boyadlarının  əvvəlinə  Bit  şəklində qoşan (Bit-Sangi) akad-asur 

samiləri yerli türklərdə boyadlarının sonuna qoşulan but sözcüyünü də 

avtomatik olaraq, bit şəklində yazmışlar və yaxud bit formasının özü elə 

bəzi türk bölgələrinin  barsbit, saqbit  şəklində  işlənən dialekt xüsusiyəti 

imiş.


 

Bod sözündən sonralar -un şəkilçisilə daha böyük sosial-siyasi qu-

rumu bildirən  bodun//budun termini yarandığı kimi, boy variantına da 

«xalq» anlamına yaxın olan kun sözü qoşulub bokun (*boy-kun) sözünü 

yaratmışdır. Bəzi uzmanlar boqun//bukun sözünün soy, nəsil və ya ulusu, 

oymağı olan adam anlamı daşıdığını yazır.

68

 A. S. Amanjalov m.ö.



 

V əsrə 


aid runik yazıdan danışarkən budun sözünün boqun  variantını da qeyd 

                                                 

64

 Çoxmənalı bud sözünün anlamlarından biri də bədən üzvünə (qol-bud) aid «bud» məna-



sıdır ki, bu da altay dilində but şəklində dağ qollarının və tatar dilində botı şəklində çay 

qollarının adına qoşulur: Kök-but, Sarı-but, Kayınqdu-but (Молчанова, 1979, 33); 

Karayılqa-botı, Xəsən-botı, Akbaş-botı (Гарипова, 1991, 50).  

65

 АИОСК, 1990, 149. 



66

 Olsun ki, Lerik bölgəsində GirəvudCəngəvud adlarındakı vud elementi də bud sözü-

nün fonetik variantıdır. Etnonim yaradan bu sözcük qədim türk şəxs adlarına da qoşulub 

onun hansı soydan olduğunu əks etdirmişdir: saqa bəyi Sparqapit, xəzər xatunu Parspit

67

 Грантовский, 1972, 183. 



68

 Hassan, 2000, 36. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə