A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə16/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   12   13   14   15   16   17   18   19   ...   226

 

34

əsrdə qoşmuşdu.



 

Beləliklə,  ordu

 

sözünün türk dövlətçilik tarixində



 

həm 


ərazi-inzibati

 

qurum, həm də hərbi qurum (qoşun)



 

anlamları yaranmışdır. 

Qədim çağlarda ocaq

 

evin içində



 

olurdu.


 

Bu baxımdan,

 

otaq və ocaq 

sözlərinin kökündə «od»

 

(ot) sözünün durması



 

(*od-aq) mümkündür.

 

Bu 


sözlərdən sonralar ocaq inanc, otaq isə dövlətçilik

 

terminləri sırasında 



yer tutmuşdur.

 

«Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq 



qurdurmuşdu» (KDQ). 

Akad, sumer, elam dövlətçilik gələnəyində m.ö.

 

III minilin son 



əsrlərindən başlayaraq ortaya çıxan «dünyanın dörd tərəfinin hökmdarı» 

ünvan-titulu həmin çağlarda (arxaik

 

«Oğuz zamanı»)



 

türk hökmdarlarının 

da acun (cahan) dövlətini qurmaq istəyinə təkan vermişdir. Bu istəyi ilk 

dəfə


 

Akad,


 

Sumer və


 

Elam dövlətlərini də idarəsi altına alan qut elbəyi 

Elolmuş (m.ö. 2179-2174) gerçəkləşdirə bilmişdir.

77

 Sonralar Oğuz-xan, 



Əfrasiyab, Atilla, daha sonralar isə Əmir Teymur acun bəyi sanını almaq 

üçün saysız ölkələr fəth etmişlər.  

Dövlətçilik terminologiyasında öncə tört bulunq adlanan 4 bucaq, 

sonralar isə 8 bucaq atributları dövlətin ərazi tutumluluğuna işarə edir və 

Günəş çıxan yerdən batan yerə qədər hökmü keçən Oğuz-xanın «Günəş 

bayrağımız, Göy üzü otağımızdır» deməsi, Batı Göytürk xaqanının 598-də 

Bizansa göndərdiyi məktubunu «7

 

iqlimin, 7



 

irqin hökmdarından Roma 

imperatoruna» sözlərilə başlaması imperiyanın ərazi genişliyinə işarədir. 

Öncə 4 bölgədən təşkil olunan Hun dövlətinin Mete çağında 8 bölgəyə 

ayrılması və yaxud «24 sancaq bəyi» (KDQ) deyimi türk boy qurumunun 

inzibati-ərazi bölgüləri üzrə təşkilatlanmasıdır.

78

 

Ev. Qədim türkcə *eb formasında işlənən bu söz ilkin çağlarda bir 



oğuşun (ailənin) yaşadığı məkandır. Ev sözünün sumer dilində qarşılığı 

sözüdür: E-qal «böyük ev» (məbəd, saray). Məncə, eb ilə eyni kökdən 

olan oba sözü sonralar oğuşların ümumi yurdu anlamı ilə işlənmişdir. Bu 

baxımdan, urartu dilinə keçən eb//oba sözü «bölgə» anlamında işlənən 

ebani (eba-ni) sözünün kökündə durur. 

Oba. Öncə bir oğuşun, soyun, uruğun yaşam məskənini bildirən və 

türk inanc sistemində ataların ruhu dolaşan

 

məkan kimi qəbul olunan



 

oba 

                                                 

77

 AT, 1994, 70-71;  Azər xalqı, 2000, 127. 



78

 

Oğuz-xan soyunun Gün-Ay-Yıldız və Gök-Dağ-Dəniz adlı oğlanlarının bozok və üçok 



qolları ilə ikiyə ayrılması 12+12 (6 oğul x 4 torun =24 boy) sistemini ortaya çıxarmışdır. 

İtaliyaya köçən etrusklar isə bu mifik bölgünün 12 boy sistemini saxlamışdı. 




 

35 


sözü həm də «qəbilə», «boy» anlamında işlənmişdir.

79

 Upa (Oba) adında 



məskən

 

yerləri



 

qədim


 

çağlardan

 

işlənir.


 

Ola bilər ki,

 

ova və

 

yuva sözləri

 

də 


bu kökdəndir. Kumanova (kuman-oba), Kemerova (qamər-oba) kimi yer 

adları bütöv Avrasiyada görünür. Yunan dilində m.ö.

 

I minildə uruq, boy 



və kənd anlamında işlənən oba sözü vardı və Sparta 5 obadan ibarət idi.

 80


 

Ulus. Qədim türkcə torpaq payı anlamında işlənən ülüş sözü ərazi 

ilə bağlıdır.

 81

 Monqol dilinə keçib,



 

ulus şəklini alan bu söz

 

türk dillərinə 



yeni

 

anlamda



 

(xalq,


 

vətən) qayıtmışdır.

 

Hətta


 

çağdaş


 

Anadolu


 

türkcəsində 

«millət»

 

mənasında



 

işlənən ulus

 

sözü artıq azər türkcəsində



 

də gündəliyə 

gəlməkdədir.  

Ölkə. Bəzi yazarlar bu sözün monqol mənşəli olduğunu söyləsələr 

də,


 

inandırıcı arqument gətirmirlər.

 

Sözün morfoloji quruluşu



 

 



monqol 

dilindən öncə saqa boyları içində Olkabas (ölkə-bas) kimi şəxsadlarının 

tərkibində  işlənməsi sözün türkmənşəli olduğunu göstərir.  Burada  ölkə 

sözünü dövlətin əhatə etdiyi ərazi anlamında, bəzi məqamlarda «region» 

anlamında istifadə olunan bölgə  sözünü isə  əsasən «rayon» anlamında 

işlədirik. Nəzərə almaq lazımdır ki, bölgə sözünün

 

inzibati-ərazi (rayon) 



anlamında

 

dövlətçilik termini kimi işlənməsi son illərdə gerçəkləşib.  



El. Yuxarıda el

2

 şəklində ayırdığımız bu sözdə



 

«ölkə» anlamı qədim

 

dövlət


 

qurumu ilə bağlı ortaya çıxmışdır. Dövləti dağılmış xalqın//ölkənin 

yenidən dövlət qurması Tonyukuk yazısındakı «El yenə el oldu» (D. 56) 

deyimində aydın əks olunmuşdur. Əgər xaqanlara verilən ünvanlar sıra-

sında «xalqı toplayan» anlamında İltəris adı işlənirsə, Elalmış, Eltutmuş 

titullarındakı el sözü də ərazi qurumu ilə bağlı «ölkə» anlamına dayanır. 



3)  Siyasi qurum  

Sosial və ərazi qurumlarına aid sözlərin dövlət qurumunda siyasi 

təşkilatlanma ilə yaranan yeni məna tutumu formalaşır. Belə ki, dövlət 

qurumunda artıq ordu sözünün «gərargah», «paytaxt» anlamı ilə yanaşı, 

«qoşun» anlamı da işə düşdüyü kimi, siyasi təşkilatlanmada inanc, törə, 

gənəşmə qurumları, seçim qaydaları, başçı statusu yeni ölçülərlə gerçək-

ləşir, hakimiyət və bürokratiya atributları ortaya çıxır.  

                                                 

79

 Orkun, 1994, 820. 



80

 Сергеев, 1948, 151; Oliva, 1971, 78; Яйленко, 1990, 11. 

81

 Z.


 

V.

 



Toğan  ülüş termini altında ayrı-ayrı boyların  yurdu, hakim sülalə üzvlərinə 

ayrılıb incu adlanan torpaq payı, ayrı-ayrı məmur və bəylərə verilən ərazi, orduya veri-

lən çerig yurdu anlamlarının olduğunu qeyd edir (Togan, 1981, 285).  



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə