A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə19/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   15   16   17   18   19   20   21   22   ...   226
    Bu səhifədəki naviqasiya:
  • Bəy.

 

40

Başçı.

 

Türk


 

dövlətçilik

 

tarixində bəy,



 

elbəy,


 

yabğu, tanhu//şanyü,

 

yanzi, xaqan, xan, sultan və sair başçı ünvanları vardır. Bu sırada geniş 



yer tutan baş

 

//

 

başı sözləri daha çox dini və hərbi rütbələrlə bağlı termin-

lərdə görünür: baş-qam, baş-qan, baş-buğ, on/yüz/min-başı

 



 



sairə.

 

Son 



vaxtlar Turkmən elinin başçısı anlamında türkmənbaşı ünvanının rəsmən 

işlənməsi

 

baş sözünün yenidən turk

 

dövlətçilik terminologiyasına qayıtma-



sını sərgiləyir. KDQ-da «altı başı»,

 

«doqquz qoca başı»



 

ünvan


 

vardır.  

Baş sözünün leksik anlamı və fonetik variantları bir neçə tarixi bəl-

gənin yozulmasına yardım edir. Belə ki, azər dilində başlıq sözü başdığ



 

şəklində tələffüz oluna bildiyi kimi, başlaq, başluq

 

sözlərinin də başdaq 



(maşdak), başduq (maşduk) deyimləri

 

mümkündür.



 

Bu baxımdan, Mana 

çağında bəzi bölgəbəyi adının mixi yazıda Maşdaku və Maşduku şəklində 

yazılması təbiidir.

97

 Burada asur dilindəki adlıq



 

hal


 

 -u

 

şəkilçisini çıxanda 



yerdə maşdak (başlaq) və maşduk (başluq) sözləri aydın görünür.  

Rus dilinə keçib başka («baş») şəklində işlənən baş sözü yunanlara 

da keçmişdir.

 

Avestada ev,



 

ailə,


 

uruq və boy başçılarını bildirən sözlərin 

sonuna pati sözü qoşulduğu kimi, hindavropa

 

dillərində başçı anlamında 



pater, patrik sözlərinin işləndiyi bəllidir.

 

Mütəxəssislərin



 

yazdığına

 

görə, 


basileus yunan dilinə başqa xalqların dilindən keçmişdir.

98

 Qədim türk 



dövlətçilik terminologiyasına aid olan elbaşı (il-başı) ünvanı yunan dilində 

bas-il (baş-il) formasında ortaya çıxmış, «başçı» anlamında basileus şək-

lində işlənmişdir. Basileus yunan xalqı və ya xalqın seçdiyi bir qurum 

tərəfindən seçilirdi.

99

 F.



 

Engels qeyd edir ki, basil ilkin tutumunu dövlət 

qurulandan sonra itirdi, dövlət başına soylu arxontlar seçildi

.

100



 

Bağa. Göytürk yazılarında «kanım baqa tenrikən» deyimi və yazılı 

bəngü daşların bağa üzərində dikəldilməsi, Azərbaycanda isə basırıqlara 

                                                 

97

 Дьяконов, 1956, 221. 



98

 «Güman ki, Asur çarları adətən yunan dilindəki basileus kimi, akad dili üçün yad söz 

olan şarru terminini könülsüz qəbul edirdilər» (Оппенхейм, 1960, 79). 

99

 



Basiley sözünü patriê adlandıran Fukidid onun soy qurumunda yarandığını və bu titu-

lu daşıyanın sınırlı imtiyazları olduğunu qeyd edir. Aristotelə görə, alplıq (bahadırlıq) 

çağlarında basileya azad insanların öndərliyi idi, basiley isə hərbi başçı, hakim və baş 

kahin idi; bu sözdə sonrakı hakimiyət çaları hələ yox idi. Herodot Saqa çarlığını quran 

boyu  «οι βασιλειοι Σκυθαι» (bas-il saqalar) adlandırır.

 

100



 F.

 

Engels alman dilində «uruq başçısı» anlamını bildirən köniq (kuninq) termininin 



kuni//künne sözündən törədiyini və çağdaş  köniq sözündəki «korol» (kral) anlamının 

qədim yunanlarda işlənən  basiley (basil) ilə uyğun gəlmədiyini vurğulasa da, basiley 

sözünün köniq ilə tərcüməsini mümkün sayır (Энгельс, 120, 125). 



 

41 


bağa (tısbağa) qoyulması, m.ö. I minilin başlarından yazılı qaynaqlar baq 

və baqa

 

sözünü


 

teonim


 

(Baq-Maştu,

 

Baq-Bartu) kimi qeyd etməsi,



 

burada 


Arbaq (ər-baq) və Subar bəyliyində Baq-Teşub (m.ö.VII əsr) adları, tanrı 

yurdu anlamında işlənən Baqa dağadı (Baqastan 

>

Bisutun) aydın göstərir 



ki,

 

öncə teonim (iyəadı), totem, kahin, etnonim və etnotoponim kimi



 

işlə-


nən baq

 

//

 

baqa sözü sonradan titula çevrilmişdir.

 

Göytürklərdə



 

Kutluq 

bağa

 

tarkan,

 

Tonyukuk boyla bağa tarkan, uyğurlarda xaqan olan Tun 

bağa tarkan (779-789), türkişlərdə bağa tarkan, bulqarlarda

 

baqan titulu

 

vardı. Beləliklə,



 

dövlət


 

adamlarının

 

ünvanında «baqa tarkan» deyimi-



nin işlənməsi dövlətçilikdə bağa sanının önəm daşıdığını göstərir. 

 

Qədim türk yazılarındakı bağa titulu qədim türk inanc sistemindən 



qalma söz idi

.

101



 

Sonralar onun bayat variantı da türk yazılarında teonim 

anlamında işlənmişdir. Ön Asiyadan baqa teonimini doğu və quzey yön-

lərə aparan türk boylarından bu sözü alan slavlar onu boq (tanrı) şəklində 

işlətdiyi kimi,

 

bu



 

sözdən törəyən  baqatur

 

(bahadır),



 

bayan,

 

boyla,

 

boyar 

(bayər), boyarin sözləri də bir çox xalqın dilinə keçmişdir.

  

Bəy. Başçı ünvanları sırasında bəy sözünün özəl yeri vardır. Belə 

ki, prototürk çağından *baq sözü ilə homogen olan beq sözünün sonralar 

dialektlər üzrə bay, bəy, bey, biy fonetik variantları və «başçı», «varlı», 

«kübar» anlamları ortaya çıxmışdır. Görünür, bu sözün ilk başçı anlamı 



boy (bod) sosial qurumunda yaranmışdır.  

Türk dövlətçilik terminologiyasında bəy sözünün iştirakı ilə elbəyi 

(elbeq), atabəybəylərbəyi kimi xeyli başçı titulu bildirən söz yaranmış-

dır. KDQ-da Qazan xan «bəylərbəyi»,

 

Yegnək isə «bəylərbaşı» titulu ilə 



verilir. Elxanilər dövlətində bəylərbəyi ən böyük vəzir rütbəsi idi.

 

Öğuz, 



Alp Ər Tunqa kimi türk böyükləri acun bəyi (dünya hökmdarı) titulu ilə 

yaddaşlarda yaşayırdı. Böyükbəy, kiçikbəy, qalabəyi kimi titullarda da 

görünən

 

bəy sözü həm də siyasi qurumun adında (bəylik)



 

iştirak


 

edir,


 

heç 


kimə tabe olmayan «siyasi qurumsuz» bölgə isə dərəbəylik adlanır.  

                                                 

101

 İlk forması baq olan bu söz öncə teonim (baqa), totem (bağa), kahin (bağıçı, maq), 



etnonim (baq//maq) kimi işlənmiş, sonralar onun bayatbaxşı, bahadır, baxıcı, mağ, bəg,  

kimi çoxlu fonetik və semantik variantları yaranmışdır (Azər xalqı, 2000, 241-242). 

İranşünas

 

E.



 

A.

 



Qrantovski yazır:

 

«(Ümumiyətlə)



 

tanrılar

 

anlamını



 

verən qədim

 

fars


 

for-


mulu

 

baqaha idi.

 

Lakin daha qədim çağda



 

yaranan baqa- sözü

 

(irandilli)



 

midiyalıların 

və perslərin İrana gəlişindən öncə işlənmişdir» (Грантовский, 1970, 156). 



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə