A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə24/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   20   21   22   23   24   25   26   27   ...   226

 

50

çəkilmişdir. Anadolu və Qafqazdakı  şadili,  şadiyan,  şadan boylarından 



danışan F. Kırzıoğlu bu etnonimləri Araz çayı yaxalarına hakim olan xə-

zərlərin başbuğ ünvanı  şad ilə bağlayır.

145

 Burada etnonimlərin  şadsoyu 



(şadı) yozumu doğrudur, lakin bu bölgələrdə şad sanının və

 

şadı, şadılı 

etnoniminin

 

işlənmə tarixi



 

Xəzər


 

elinin


 

tarixindən çox

 

qədimdir.



 

Hələ su-


mer yazılarında

 

şatammu titulu «idarə edən» anlamında işlənmişdir.

146

  

Göründüyü kimi, sumer yazısında qeyd olunmuş



 

Aratta


 

elində şat-



am sanından başlamış, Asur-Urartu qaynaqlarında verilən qamər boyuna 

aid  Sandak-Şatər, qızıl boyuna aid Piri-Şat, Persopol yazısında  Yamak-



Şad adları, Şadeli,

 

Bit-Şedi və sair etnotoponimlər qeyd olunmuşdur.

147


 

Çin qaynaqlarında Şato eli haqqında geniş bəlgə olduğu kimi, Ərbək-şad 

şəxsadı da vardır.

148


 Fars boyları türk onomastikasında geniş yayılan şad 

sözünü alıb, şəxs adlarında işlətmişlər.  



Tegin. Türklərin

 

«prins» (şahzadə)



 

anlamında

 

işlətdiyi



 

tegin

 

sanının 



tigin, tekin, təkin fonetik variantları vardır.

 

Yuxarıda



 

qeyd


 

etdiyimiz

 

kimi, 


teginlər vəzifəyə təyin olunanda onlara şad sanı verilirdi. Necə ki, Kül-

tegin


 

16

 



yaşından şad olub, orduda və savaşlarda

 

iştirak edirdi.



 

Bilgə kağan 

isə kağan olana qədər 19 il türk budunu uğrunda şad sanı ilə çalışmışdır. 

Qaraxanlı elində

 

böyük xaqanın



 

Arslan-xan sanı

 

ilə



 

dövləti idarə

 

etdi-


yini və tegin sanının yınal-tegin, yığan-tegin çeşidləri olduğunu

 

qeyd



 

edən 


İ. Kafesoğlu yazır ki, vəzifəcə yüksəlmə tegin 

>

 ilig 



buğra-xan 

>

arslan-


xan xətti ilə gedirdi.

149


 Bu sanın mənşəyi

 

haqqında



 

M.

 



Kaşğarinin

 

maraqlı 



şərhi vardır. O yazır ki, öncə «qul» anlamı olan tigin sözü sonralar xaqan 

oğullarına unqun (san) olmuşdur. Belə ki, Əfrasiyab oğullarının atalarına, 

böyüklərə öz sayqısını göstərmək üçün özləri haqqında

 

«qul (tigin) bunu 



etdi, onu etdi» deyimini işlətməsi getdikcə tigin sözünü titula çevirdi. Bu 

sözün «gözəl üzlü» anlamı daşıması isə  «Şəcəreyi-Tərakimə» kitabında 

verilmişdir.

 150


 

Tarkan. Azərbaycanda qədim çağlardan bəlli olan

 

tarkan sanı yazılı 

qaynaqlarda əks olunmuşdur.

 

Çin qaynağında ta-kan



 

şəklində keçən

 

tarkan 


titulu etrusklarda Tarkon, yunanlarda Tarxon adlarında görünür. Asur və 

Uratru yazılarında da bu sözə

 

rast gəlmək



 

olur.


 

Anadoluda Melid (müasir 

Malatya) çarının adı Tarxun-azi kimi verilir və bu bölgədən quzeydə isə 

                                                 

145

 Kırzıoğlu, 1968, 109. 



146

 «правитель, заведующий, смотритель» (Липин, 1957, 208); Çin qaynağında İstemi 

xaqan Şatemi adlanır (Гумилев, 1993, 26,  4-cü qeyd). 



 

51 


Tarxuna dağının adı çəkilir.

151


 Koman bölgəsində olan Tarxuna dağından 

doğuda bir Tarxan-abe dağı da vardı.

152

 Kuman, qaşqay və urmu boyları-



nın yaşadığı ərazidəki bu dağların adı I Tiqlat-palasar (1115-1077) yazı-

sında keçir. Oğuznamədə isə Turkun və Turkan dağadları qoşa çəkilir.

153

  

F.



 

Simokatta 589-da Hörmüzdün ətraf bölgələrdən topladığı qoşuna 

theroxanı başçı qoymasını yazır və qeyd edir ki, theroxan (tarxan) titulu 

rumlarda magistr sanına uyğun gəlir.

154

 Tarxan sözünün «bəy», «knyaz» 



və «elbəyin canişini» anlamı ilə işlənməsi də bəllidir. Bu ünvanın «tərkən 

katun  kutunğa» deyimində görünməsi isə onun hökmdar qadın üçün də 

keçərli olduğunu sərgiləyir.

155

 

Ön Asiyanın qədim çağ qaynaqlarında qeyd olunan tarkan sanının 



sonralar göytürk, bulqar, xəzər, oğuz, uyqur, qırğız, qaraqoyunlu, kuman 

və sair türk boyları içində geniş yayıldığını görmək olur. Protokola görə, 

xan və xaqanın sol tərəfində dayanan tarkanlar törəyə görə, vergidən azad 

olub, yağmadan pay alır,

 

hakim soydan olan qızla evlənə bilir,



 

ona suyur-



qal torpaq payı da verilirdi.

156


 Göründüyü kimi, sonralar monqollara da 

keçən bu titulun daşıyıcıları - tarxanlar böyük imtiyaz sahibi idilər.

157

 

 



Ayrı-ayrı kökdən törəyib, müxtəlif anlam daşıyan *diri-qan (tirikan), 

*turuq-an (turxan,



 

türkan) və

 

*darı-qa



 

(darğa)

 

>

 



daruqa

 

(fars)



 

sözlərindən 

fərqli olaraq, tarkan//tarkun sözlərinin kökü eynidir və bu kökə ayrı-ayrı 

anlamlı qan («xan»), qun («kun») sözlərinin qoşulması ilə yaranmışlar:  

*tar-qan (tarkan, tarxan, tərkən

>

 ta-kan (çin),  dargan, tarxan (monqol)  



*tar-qun (tarkun, tarxun

>

 tarquin, tarkon (etrusk), tarxon (yunan) 



                                                                                                                        

147


  Дьяконов, 1956, 160;  Грантовский, 1970, 195-198;  ТУ, 142;  ХПИДВ, II, 40; 

АВИИУ, №78.  

148

  ßñýÿð-Ãûï÷àã, 1996, 77. 



149

  Yazar buradakı xaqan//arslan-xan, yabğu//buğra-xan, şad//ilig-xan paralelliyini də 

qeyd etmişdir (Kafesoğlu, 1989, 343). 

150


  MK, I. 355, 413-414; Şəcərei-Tərakimə, 2000, 84. 

151


  Меликишвили, 1954, 169;  Арутюнян, 1970, 40-41, 314;  ТУ, 179-180. 

152


  ТУ, 179; Çeçen feodalları XVIII əsrə qədər turqan titulu daşımışdır (ТДЯК, 69-71). 

153


  Ряшидяддин, 1992, 14. 

154


  Симокатта, IV. II. 2. 

155


  MK, I. 376. 

156


  Donuk, 1988, 40-47. 

157


  Gültepe, 2002, 897. 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə