A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə13/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   9   10   11   12   13   14   15   16   ...   226

 

28

Nəcati Gültəpe doğru olaraq, türklərdə ailə  təşkilatı ilə ilgili apa 



sözünün dövlətdə ünvan şəklində işlənməsini ən əski nümunə kimi qeyd 

edir.


50

 Apa



 

tarkan (baş

 

komandan) titulunu Tonyukuk, İni İl kağan,



 

Külte-


gin kimi tarixi şəxslər daşımışlar. Göytürk yazısındakı Apa tarkanın Çin 

qaynağında (Apa ta-kan) «baş komandan» kimi verilməsi diqqəti çəkir.

51

  

Ata. Qandaş terminləri sırasında ata sözünün özəl yeri vardır. Belə 



ki, hələ ilkəl toplumda ailə başçısının hər hansı bir adla fərqləndirilməsi 

lazım idi və çox güman ki, bu anlamda elə ata sözü işlənmişdir. Sonralar 

inancla bağlı törəyə nəzarət

dini törənə başçılıq edənlərin də ata termini ilə 



bildirilməsi bəllidir: mada boylarında  Qam-ata, hunlarda isə  Ata-qam 

adları işlənirdi. Karaim mifologiyasında isə Karğal-ata adı teonimdir.

52

  

Ən qədim çağlardan işlənib, forma və mənasına görə adam sözünə 



və Adəm adına bənzəyən Ada //Ata sözü Ön Asiyada bir neçə hökmdarın 

adında görünür. Bunun türkcə qandaş ata sözü olub, sonralar başçı titulu 

kimi işlənməsinə şübhə yoxdur. Hətta lulu boylarının Arzizu bölgəsində 

adı çəkilən başçıların m.ö. IX əsrin əvvəlində Ata, VIII əsrin sonuna ya-

xın Dada (Dədə) adlanması bəllidir.

53

 Saqa türklərinin də m.ö. IV əsrdə 



Ata (yunanca Atey) adlı hökmdarı vardı. 

Beləliklə, qan qohumluğu ilə bağlı  işlənən qədim  apa  və  ata ter-

minlərinin sonralar dövlət qurumunda titul anlamı ilə  işləndiyini görmək 

olur və bu prinsip təkcə həmin sözlərdə deyil, baba, dədə, qaqa sözlə-

rində  də özünü göstərir. Qan qohumluğu (qandaş) terminologiyasından 

Tanrıçılıq dinində qam inancına transfer olunan atadədə sözləri Qorqud 

Ata və Dədə Qorqud deyimlərində göründüyü kimi, baba sözü də «Baban 

yeri uçmaq olsun» (KDQ) alqış-duasında və Baba-dağ kimi qutsal dağla-

rın adında  əks olunmuşdur. Bu qandaş sözlərin bölgə-ölkə başçılarının 

adı kimi işlənməsi isə artıq onun dövlətçilik ünvanı (termini) olduğunu 

göstərir. Belə ki, m.ö. II-I minilliklərdə subar boylarının yayıldığı bölgə-

lərdə  Dədə (Dada) adının işlənməsini diqqətə alan yazarlar onun subar 

sözü olduğunu yazmışlar.

54

 Eyni durumu bir neçə bölgə  bəyinin adında 



görünən Kaka//Kaki adına da aid etmək olar. Belə şəxs adının Mada ölkə-

                                                 

50

 Gültepe,  2002, 896. 



51

 Donuk, 1988, 2. 

52

 Azər xalqı, 2000, 135-143. 



53

 Грантовский, 1970, 124. 

54

 Меликишвили, 1954, 92. 




 

29 


sində yayılması da bəllidir: Ka-ki-ia 

LU

ma-da-a.

55

  Sonralar kaka (qağa) 



sözü «qardaş», «dayı», «əmi» anlamı ilə fars, əfqan dillərinə keçmişdir. 

Oğuş (ailə, soy). Qədim türk dövlətində toplumun özəyi sayılan və 

ilk sosial birlik olan ailə qurumunun önəmli yeri vardır. Ailə tipinin dəyiş-

məsi sosial modelin dəyişməsinə səbəb olduğu kimi, belə dəyişmə dövlət 

yapısında da müəyyən fərq yarada bilir.  

Göytürk yazılarında «soy», «ailə» anlamında işlənən oğuş sözündə 

gördüyümüz   (oq) kökünün oğul «evlad» sözündə  də  təkrar olunması 

onun prototürk dilində «ailə» anlamı daşımasına şübhə yeri qoymur. Belə 

ki, həmin kökdən oquş (ailə) sözü yaranana qədər oq sözü «ailə» anlamı 

bildirmiş, sonralar isə ümumiləşdirici termin kimi «soy, qəbilə» anlamı 

daşımışdır.

56

 Daha sonralar isə bir siyasi təşkilata bağlı olan qəbiləyə «oq» 



deyilmişdir. Qeyd edək ki, sumer dilində də

 

ùğ sözü «qəbilə» anlamında 

işlənmişdir.

57

 Oğlan

 

sözü


 

 



etrusklardan

 

klan

 

(oklan)



 

şəklində


 

latın


 

dilinə, 


oradan da başqa Avropa dillərinə keçmişdir. 

Oğuş qurumunda evlənmə olayı önəm daşıyır, belə ki, evlənmənin 

dövlətçilik gələnəyinə özəl təsiri vardır.  Əgər qədim fars hökmdarı öz 

ana-bacısı ilə evlənə bilirdisə, türklərdə belə adət yox idi. Türk ailəsində 

boyük oğul evlənib

 

ailədən çıxır (ev-lən-ir),



 

ata evi kiçik oğula qalır.

 

Qız-


gəlin isə  ər evinə köçürülür. Qohumlaşan valideyinlərin  quda adlanması 

gələnəyi azərlərdə olduğu kimi, bəzi doğu türklərdə də görünür. Soyların 

qohumlaşması xaotik deyil, müəyyən ənənəyə dayanırdı. Məsələn, Xəzər 

xaqanının arvadı (xatun) barsil boyundan olurdu.

58

 Deməli, xaqan xəzər, 



xatun isə barsil soyundan olanda bunların oğlu xaqan seçilə bilərdi. 

İqtisadi və

 

demoqrafik



 

amillərdən asılı olaraq,

 

bəzi


 

xalqlarda tək

 

ər-


arvad (monoqami), çoxarvadlıq (poligine) və ya çoxərlik gələnəyi yaran-

mışdır. Türk törəsi ədalətsiz sosial quruma yol vermədiyi üçün toplumda 

cütlük

 

əsasına



 

dayanan ailələr mövcud olmuşdur.

 

«Oğuz


 

çağı»


 

gələnəyini 

sərgiləyən Dədə Qorqud boyları bunu aydın  əks etdirir. Yalnız sonralar 

                                                 

55

 Грантовский, 1970, 130-131. 



56

 Nağıllarda işlənən «az getdi, uz getdi» deyimində görünən uz sözünün us//uş variant-

ları da «çox» anlamında ulus//ülüş sözlərində vardır. Bu baxımdan, oğuş sözünün eti-

mologiyası oq «ailə» 

us «çox», yəni qandaş ailələrin soyu, klanı kimi yozula bilər. 



Görünür, fonetik cəhətdən  oq sözündən fərqlənən və  ög «ana», ögey (ata-ana), ögə 

«üzv» sözlərindəki *ög kökü isə kənardan ailə üzvlərinə qatılanları bildirmişdir. 

57

 Дьяконов, 1967, 50. 



58

 Kırzıoğlu, 1992, 42. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə