A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə12/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   8   9   10   11   12   13   14   15   ...   226

 

25 


Türk dövlətçilik sistemində termin və titul (ünvan) 

məsələsi haqqında türkologiyada müəyyən araşdır-

malar vardır, lakin bunlarda türk termin və titulları 

m.ö. III əsrdən (Mete çağından) başlanaraq tədqiq 

olunur.

39

 Halbuki bu dövlətçilik terminlərinin çoxu 



hələ dövlət yaranmamışdan xeyli əvvəl sosial ter-

min kimi işlənmiş və m.ö. III əsrdə yox, III minilliyin ortalarından sonra 

yaranmaqda olan türk dövlətlərində ikinci anlam qazanmışdır. Hətta qan 

qohumluğu ilə bağlı bəzi terminlərdə, yuxarıda ata sözülə əlaqədar qeyd 

etdiyimiz kimi, dini inanc kontekstində üçüncü bir dini anlam çaları da 

formalaşmışdır.   

Dövlətin təşkil olunması üçün vacib olan şərtlər sırasında öncə xalq, 

ərazi, güc faktoru önəm daşıyır və bunlar siyasi təşkilatlanma ilə birlikdə 

dövlətin əsasını təşkil edir. Güc (erklik) haqqında ordu ilə bağlı bölmədə 

danışacağıq, lakin nəzərə almaq lazımdır ki, bu klassik üçayaq üzərində 

duran türk dövlət düzənində ordu ilə xalq ayrılmaz bir bütövlük mahiyə-

tindədir.   

Türk dövlət düzənində siyasi qurumun sosial quruma dayandığını 

söyləmişdik. Buna görə siyasi qurumun (dövlətin) sosial bazasını  təşkil 

edən insan və ailədən tutmuş, xalq və millətə qədər müxtəlif varlığı bildi-

rən terminləri nəzərə almaq

 

lazım gəlir.



 

Türk


 

dillərində

 

işlənən minlərlə 



qohumluq termini üzərində tədqiqat aparan Yong-Söng Li bunu özəlliklə 

vurğulayır ki, qohumluq terminlərinin zənginliyilə türk dilləri başqa dil-

lərdən fərqlənir.

40

 Hər



 

türk


 

öz soykökündə yeddiarxa dönəni tanımalı,

 

7-ci 


babasınacan adlarını bilməli idi. Azər türkləri nəvə-nəticə sistemində 7-ci 

nəsili təmsil edənə qədərki törəmələri də fərqləndirmişlər.

41

 

Dövlət düzəninin yarandığı  məkan (ölkə) və bu düzəni gerçəkləş-



dirən siyasi təşkilatlanma, hakimiyət seçimi və bürokratiya məsələlərilə 

bağlı türk dövlətçilik tarixində

 

işlənmiş terminologiya olduqca



 

zəngindir. 

İslamaqədər bu terminlərin əksəri türkcədir və hətta bunlardan bəzisi qə-

                                                 

39

 Donuk, 1988; Kafesoğlu, 1989; Ögel, VII, 1991; ßñýÿð-Ãûï÷àã, 1996; Əsgər, 2003. 



40

 «Əqrəbalık adları baxımından türk dilləri dünyanın ən zəngin dillərindən biridir. Bir 

çox dillərdə, örnəyin hindavropa dillərində iki, hətta üç əqrəbalık adı tək bir sözcüklə 

ifadə edildiyi halda, əski və orta türkcədə və günümüz türk dillərində hər türlü əqrəbalık 

üçün ayrı terminlər qullanılmış və qullanılmaqdadır» (Li, 1999, 319).

 

41



 

Belə ki, azər dilində 2-ci nəvə (torun), 3-cü nəticə  və 4-cü ilə 7-ci nəsil arasında 



kötücə

 

(kötükcə), yadıca, yeticə, xədicə, cücüxcə, ötücə



 

terminlərinin işlənməsi qeyd 

olunmuşdur (Джафаров, 1971, 38-40). 

 

 

Dövlət düzəni 

və atributları 



 

26

dim çağlarda başqa xalqların dilinə  də keçmişdir. Lakin Azərbaycanda 



dövlətçilik terminlərinin bir qismi Ərsaq, Sasani və  Səlcuq dövlətləri 

çağında fars, islamlaşma dövründə isə ərəb sözləri ilə əvəz olundu. 

Beləliklə, türk dövlət düzənini təşkil edən dörd əsas ünsür - sosial

inzibati, siyasi və  hərbi qurumlardır. El sözünün bildirdiyi üç qurumu 

şərti olaraq el

1

 (xalq), el



2

 (ölkə), el

3

 (dövlət) şəklində nömrələyib, sxemlə 



göstərsək, qurumların bir-birilə bağlı olduğunu görərik:   

Buradakı hər qurumun özünəməxsus özəl atributları vardır ki, on-

ları qurumun fərqləndirici və ya təşkiledici əlamətləri saymaq olar. Məsə-

lən, türk dövlətçilik törəsinə görə el

3

 qurumunun əlamətləri belədir: 



1)

  Sosial qurum 

İnsan (adam) və apa, ata, dədə, baba, kañ, qağa, ana, oğul, qız kimi 

ailə daxilində qan qohumluğu ilə seçilən qandaşlar və oğuş, soy, oq, uruq, 

boy, budun və el qurumları ilə bağlı terminlərin hamısından geniş danış-

maq imkanı olmasa da, hər halda, bəzilərini burada gözdən keçirmək 

mümkündür.  



 

27 


Kişi (insan). Türkcə cins fərqi qoymadan, hər fərdin, insanoğlunun 

kişi adlanması bəllidir. Başqa türk dillərindən fərqli olaraq, azər dilində bu

 

sözün ilkin anlamından



 

uzaqlaşıb

 

yalnız


 

«ər»


 

(erkək)


 

bildirməsinə baxma-

yaraq, bəzi dialekt və yazılı abidələrdə ilkin anlamını saxlamışdır.

 

Belə ki, 



Dədə Qorqud boylarında «qız kişi», «xatun kişi» deyimləri vardır.

42

 



Kişi sözünün «insan» anlamı və boyadına qoşula bilməsi (ku-kişi, 

az-kişi, altay-kişi) onun prototürk çağında yaranmış sözlərdən olduğunu 

göstərir. Sumercə

 

titul bildirən



  

luqal-kişi dəqiq tərcümə

 

olunmasa



 

da,


 

onun 


akad dilinə keçmiş şarkişşatum (insanların çarı) forması «toplumun çarı» 

anlamında işlənir.

43

  Hələ  nəşr olunmamış «Enki və Ninxursaq» mifində 



isə Turkiş ölkəsi deyimi vardır.

44

  



Apa. Prototürk çağından işlənən apa//aba sözünün soydaxili termin 

kimi, ailədə böyüklərə müraciət bildirən qohumluq termini olması şübhə 

doğurmur.

 

Ə.



 

Əsgər və M.

 

Qıpçaq bu terminin «böyük» anlamı daşıdığını 



qeyd etmişlər.

45

 Müxtəlif türk dillərində xeyli fonetik formaları yaranmış 



bu termin hələ də ailədə böyüklərə şamil edilir və qədimə getdikcə onun 

həm «baba», həm də «nənə» anlamı bildirməsi aydınlaşır.

46

 Göytürk yazı-



larında ecüm-apam deyimi «əcdad» anlamını aydın göstərir.

47

  

Sumer yazısında da aba sözü «əcdad», «ata», «qoca» anlamında iş-

lənmişdir.

48

 Bu sözün sumer-akad dillərində  işlənməsi göstərir ki, aba 



qədim Ön Asiya izoqlosudur.

49

  Əfrasiyab adında olduğu kimi, bəzi qut 



elbəylərinin (İnim-aba-keş,

 

Yarlaq-ab) adında da görünən -aba, -ab mor-

femi çox güman ki, həmin aba sözüdür, çünki qohumluq bildirən apa/aba 

sözü mifoloji kontektsdə yeni çalar qazandığı kimi, sonralar türk dövlət 

qurumunda da titul kimi işlənmişdir. 

                                                 

42

 KDQ, 1962, 59, 115. 



43

 ИДВ, 1983, 241. 

44

 Крамер 2002, 310;  Ola bilər ki, bu Turkiş adı sonralar Tukriş forması almışdır. 



45

 ßñýÿð-Ãûï÷àã, 1996, 55; Vedidə bəzi soylar əbə sözünü «ata» anlamında işlədirdi. 

46

 Rёsёnen, 1969, 1; ЭСТЯ, I. 1974, 54-57;  ДТС, 1, 47.  



47

 Saqa soykökü əfsanəsini qələmə alan Herodot qeyd edir ki, saqalar (skitlər) Papayın 

(Babanın) arvadına «ulu ana» anlamında Api deyir.  

48

 Дьяконов, 1967, 430. 



49

 

Sumer dilindən akad dilinə keçən abkallu «müdrik» sözü ilə yanaşı, akad dilində abu 



«əcdad», «ata» və  abi «baba» sözləri də vardır (Липин, ÛÛ, 1957, 14);

 

d



 

Enlil luqal kur-

kura  aba dingiréneke

4

 (Tanrıların abası, ölkələrin ağası Enlil) sumer cümləsində  aba 



«predok» kimi verilir (Дьяконов, 1967, 429);

 

Akad şəhərinin məbudu da 



d

Aba idi. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə