A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə28/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   24   25   26   27   28   29   30   31   ...   226

 

58

Beləliklə, türk



 

dövlətçilik gələnəyində çoxlu məmur titulu

 

vardı və 



bunların sırasına qaynaqlarda qeyd olunmuş erkin, eşikağası, cikşi,

 

cuki,

 

köruk,

 

tutuq, yırçı, yuğruş, yula, üge, alumçı, ovçubaşı kimi onlarla titulu 

və məmurların savaş vaxtı hərbi titullarını da əlavə etmək lazım gəlir.

182

 

Bəzi tədqiqatçılar türk toplumunda işlənən dövlətçilik terminologi-



yasının, titulların başqa xalqlardan alındığını yazırlar, halbuki bu sözlərin 

türk dillərində şəffaf etimologiyası vardır. Doğrudur, Part, Sasani çağı və 

İslamdan sonrakı dövrlərdə türk dilinə çoxlu yabançı dövlətçilik termin-

ləri daxil olmuşdur.

 

Lakin yuxarıda gözdən keçirdiyimiz



 

qədim terminlər 

türkmənşəlidir, onların şəffaf morfoloji tərkibi və aydın leksik mənaları 

vardır:


 

1) Söz kökləri qohumluq terminlərindən (ata,

 

dədə,


 

aba,


 

kañ, inal, katun), 

bəlli isim və feillərdən (el, bod, bəy, şad, çor, ulu, alp, kül//köl, kün;  

ay-, bak-, bit-, bil-) ibarətdir.  

2) Peşə-sənət bildirən -cı şəkilçisi ilə yaranan terminlər: ayquçi, yarqucı, 

bəkçi, bitikçi, borçı, ağıcı, emçi, otaçı, gözətçi, yincu, qorçi, tamğaçı, 

yazığçı, elçi və s. 

3) Türk dillərinin sözyaradıcılığında aktiv iştirak edən -un, -uq, -qa, -qu, -



uş, -la, -al, -aq şəkilçiləri ilə yaranan terminlər: bodun, katun, tudun, 

tekin, erkin; uruq, tutuq, ayuk, buyuruq, bitik, çerik, böyük, ilig; bilgə, 

damğa; toyqu, ayqu(çi), yab-qu, yarqu; yuğruş, uluş, oğuş, alış(malıq), 

çavuş; boyla; inal; inaq və s. 

4)  İki sözün birləşməsi ilə yaranan terminlər: el-bəg, ata-bəy, şat-ər, el-

bilgə, kül-çor, ulukan və sair. Mixi yazılarda qeyd olunmuş ən qədim 

qut adlarında «kan//qan» sözü onların titul anlamını önə  çəkir: Ulu-

kan, Bin-qan, Teri-kan, Tiri-qan, Tiriq-kan.

183

 

Göründüyü kimi, ən qədim çağlardan İslamaqədər müxtəlif dillərdə 



yazılmış qaynaqlarda keçən, o cümlədən, Göytürk və başqa türk yazıla-

rında geniş işlənən türk dövlətçilik terminlərinin əksəriyəti türkcədir. Bu 

terminlərin bəzisi sosial qurumda bir, siyasi qurumda isə  əlavə  mənalar 

daşıyır. Türk dövlətçilik terminlərinin özəlliyi bundadır ki, dilçilik elminin 

müəyyən etdiyi «terminlər təkmənalı sözdür» ölçüsünə sığmır, çoxmənalı 

sözlər kimi işlənir.

 

Yuxarıda el (dövlət)



 

sözünün elə özündə xalq,

 

ölkə


 

və 


                                                 

182


  Erklik (güc),

 

alp,



 

alpağut, ərən, bahadır, çor, başbuğ,

 

qorçu, qorçubaşı, tuğ, tuğraq, 



bayraq, uran (parol), yelmə kimi termin və titullardan

 

«Ordu» bölməsində bəhs olunur. 



183

   Balkan, 1992, 40-47. 




 

59 


dövlət anlamları olduğunu söyləmişdik. Hətta bu sıraya el sözünün bəzi 

kontekstdə bildirdiyi təşkilat və hakimiyət (erkinlik, egemenlik) anlamını 

da əlavə etmək olar. Türk böyüklərinin daşıdığı şəxsadı 

titul modeli və 



bu modeldə titul (san) 

+

 titul (vəzifə) düzümü kimi, «Mən - Qutluq bağa 



tarkan ögə - buyuruq mən» tipli titulaturada özəl adı, sanı, vəzifəni və bu 

düzümə qoşula bilən tituldan yaranmış soy, boy adını seçmək çətin olur.  

Sonrakı bölmələrdə geniş işlətdiyimiz belə termin səciyəli sözlərin 

zaman, məkan və dövlət atributları kontekstində daşıdığı məna tutumunda 

ilkəl toplum quruluşundan sonrakı çağlarda cəmiyətin inkişafı  və siyasi 

qurumların təkmilləşməsilə bağlı, təbii olaraq, müəyyən fərqlər yaranmış-

dır. Ona görə də, aşağıda verilən bəzi sözlər kimi, hər terminin sosial və 

ya siyasi quruma aid olması işləndiyi mühit və kontekst daxilində aydın-

laşır:  

Sosial qurum                    Siyasi qurum 



kişi «adam» 

apa «əcdad» 

ağa-ini «böyük-kiçik» 

eb (ev), ocaq, oğuş (ailə) 

soy «nəsil, qandaş»  

oq, uruq «qəbilə» 

bod (boy) «tayfa» 

bodun «xalq»  

el (el-kün) «millət» 

bəy «boy-bodun başçısı» 

kün «adamlar», «toplum» 

apa «böyük», apa tarkan «baş komandan» 

ağa «böyük», ini «kiçik» ünvanları 

oba, otaq, bölgə, ölkə, ordugah  

soylu «seçimə qatılan»  

boz-oq, üç-oq, on-oq «uruqlar birliyi» (boy



bodun «boylar birliyi»  

bodun «dövlət quran el» 

el «dövlət», «ölkə» 

elbəy, elçibəy, kan, kağan «dövlət başçısı» 

Toplum, məkan və başçı məfhumu bildirən terminləri sosial-siyasi 

qurumların dinamikası fonunda təxmini zaman ardıcıllığı ilə horizontal və 

zaman yaxınlığı ilə vertikal xətlər üzrə düzsək, təxmini sıralanma belə 

görünər: 

Toplum: 


Məkan: 

Başçı:


 

oğuş 


ev  

ata 


oq, uruq 

ocaq 


baba 

bod (boy) 

yurd, oba 

dədə 


bodun 

bölgə 


bəy 

el, el-gün  

ölkə  

elbəy (xan, xaqan) 



Burada hər vertikal kəsik tarixin müəyyən çağına aid olsa da, döv-

lət qurumundan danışarkən zaman ölçülərini anaxronizm olayından xilas 

etmək olmur, çünki həmin terminlər yarandığı gündən başlayaraq, minil-

lər boyu davam etmiş, toplum və məkan iyerarxiyasında məfhumların hər 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə