A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə31/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   27   28   29   30   31   32   33   34   ...   226

 

65 


yoxsul xalqı doyurmaq, donatmaq, zənginləşdirmək, sayca az olan xalqı 

çoxaltmaq» idi. Halbuki, qonşu xalqlarda Urartu çarı Rusa kimi, xalqı 

sürü, özünü isə «xalqın çobanı» sayan çarlar vadı.

196


 Türk elbəyi xalqla 

yanaşı, tanrı qarşısında da türk törəsini qorumaqda sorumlu idi. Belə ki, 

törə pozuntusuna yol verən elbəylər  İnel kağan kimi, «qut taplamadı» 

deyə, taxtdan salınırdı.

197

  

Toplumda xalqın rifahı üçün bəlli boydan cəsur,



 

bilikli və

 

ədalətli 



bir bəyin demokratik qaydalarla elbəy seçilməsindən sonra o, yuxarı qal-

dırılaraq doqquz dəfə dövrə vurulur ki, Göyə (tanrıya) ulaşıb qutlu olsun. 

Törəni pozan elbəyin qutu alınır və ya törəyə uyğun gəlməyənlər qut ala 

bilmirdi. 581-də ölən Göytürk xaqanın vəsiyət etdiyi namizədi (vəliəhdi) 

törəyə uyğun gəlmədiyi üçün Toy onu rədd etmiş, başqa birini xaqan seç-

mişdi.


198

 

Türk toplumu ləyaqətli kişini elbəy seçərdi,  ləyaqət isə irsi sayıl-



mazdı.

 

İrsi keyfiyətin atadan oğula



 

ötürülməsi

 

qəbul


 

edilmirdi,

 

oğul cəmi-



yətdə yerini, hətta adını özü qazanmalı idi. KDQ-da bunun çoxlu örnəyi 

vardır. Qardaşlar, qohumlar arasında daima taxt davası, saray çevrilişi ilə 

müşayiət olunan irsi hakimiyəti yaxın buraxmayan türklər Qut elbəyləri 

üçün ayrılan hakimiyət illəri ilə bu gələnəyin əsasını qoymuşdular.

 

Lakin 


müəyyən çağlarda Asur dövlətindən asılı olan Mana elbəylərindən başla-

yaraq, bu törə pozulmuşdur. Ancaq sonrakı çağlarda da bir sıra türk boyu 

keçmiş gələnəyi yaşatmışdır.

199


  

Başqa xalqlardan fərqlənən türk dövlətçilik gələnəyini hakimiyət 

simvolu olan

 

yay haqqında qaynaqların verdiyi bəlgələrdə

 

aydın


 

izləmək 


olur. Belə ki, mixi yazılarda «şahlıq ağacı» (

GİŞ LUGAL

-tu-hi-ni)

 

yazılışı 



ilə verilir

200


 II Aşşurnasirapal (884-859) annalında qeyd olunur ki,

 

insanlar 



üzərində çobanlıq etmək üçün

 

Tanrı Şamaş ona skipetr



 

vermişdir.

201

 

Misir, 



Yunan, Roma və Ön Asiya ölkələrinin əksərində əsa gələnəyi vardı.

 

Ərəb 



Xəlifələri də  əlində  qızıl  əsa tuturdu.

202


 Hakimiyət simvolu əsanı  bəzən 

                                                 

196

  УКН, 276. 



197

  «Türklər», II. 828. 

198

  Kafesoğlu, 1989, 245. 



199

  Hətta, saqa türklərinin bir qolu olan partlar bir çox halda irandilli boyların idarəçilik 

gələnəyinə üstünlük versə də, yeni eraya keçid çağlarında seçki ilə şah seçirdilər. 

200


  УКН, ¹276. 

201


  АВИИУ, ¹23. 

202


  Abu’l-Farac, 311. 


 

66

türk hökmdarlarına  ərməğan kimi göndərmişlər. 740-da Çin imperatoru 



Taşkənd hökmdarı Baqatur Tuduna bəzəkli halqalı bir əsa göndərmişdi. 

Lakin Aratta elbəyi ona göndərilən bu ərməğanı rədd etmişdi, çünki türk 

dövlətçilik gələnəyinə görə, tanrı qutu olan hakimiyət simvolu əsa deyil, 

yaydır.


 

Oğuz xan - «Bizdən əvvəlkilər yayı padşah, oxu da elçi yerində 

bilirdilər» - deyir.

203


 Bu, Aratta elbəyinin Göy qübbəsi deyimi və tokuz-

oğuz boylarının tapındığı Göy qurşağı epitetlərilə verilən tanrı qutu sim-

volu «yay» ilə təsdiq olunur. Başqa bir Oğuznamədə deyilir: «Yay ver-

diklərinin yeri daha üstün olmalı və orduda sağ qolu (cinahı) tutmalıdır-

lar.

 

Ox



 

verdiklərinin yeri aşağı olub, sol cinahı tutmalıdırlar,

 

çünki yay 



padşah kimi hökmlüdür, ox isə ona tabe olan bir elçidir».

204


 

Voronej yaxınlığında kurqandan tapılan bu gümüş qab üzərindəki 

şəkildə «elbəyi saqalara» aid əfsanəyə görə, saqaların soybabası

 

Tarqitay 



hakimiyət simvolu kimi altun yayı 

kiçik oğluna verir:

205

  

«Oğuznamə»dəki Uluq-Turuq 



(«ulu-türk»)  altun yayı  Oğuz xana 

verilən hakimiyət simvolu kimi də-

yərləndirir.  Əbül Fərəcin  yay-oxla 

bağlı maraqlı müşahidələri vardır:  

«Toğrul bəy (taxtda oturmuş) 

önündə möhtəşəm bir yay vardı»

;

 

«Toğrul bəy möhürünün üzərinə bir 



yay rəsmi qazdırıb bu üç ünvanı təs-

bit etmiş, bu işarətə  tuğra deyilmiş-

dir». Əbül Fərəc yazır ki, Toğrul bə-

yin qardaşı, Xorasan əmiri İbrahimin 

Bağdada göndərdiyi «tabe olun» tə-

ləbli məktubunda yay-ox rəsmi çəkil-

mişdi.

206


  

                                                 

203

  «Bizdin burun ötkenler yaynı parişah ornında bilip tururlar, oqnı ilçi yerinde.



 

Anıñ 


üçün  yay oqnı qaysı tarafğa tartıp yiberse oq anğa barur» (Şecere-i Terākime, 1996,

 

149). 



204

  Ðÿøèäÿääèí, 1992, 38. 

205

  Мартынов, 1982, 129-130. 



206

  Abû’l-Farac,  298-299, 311; Arsakın sikkə üzərində rəsmi əlindəki yay ilə verilmiş-

dir (ИДВ, 1979, 332). 



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə