A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə39/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   35   36   37   38   39   40   41   42   ...   226

 

82

bir yaşam mücadiləsi idi.



 

Belə ki,


 

m.ö.


 

XIX-XVIII

 

əsrlərdə


 

indiki


 

Kərkük 


bölgəsinə

 

soxulan asurlara qarşı turuq boylarının savaşı, minil sonra pro-



toazər boylarının Mana elinə soxulan asur-urartu əsgərlərinə qarşı, daha 

sonralar Alban-Aran elinə yürüş edən rumlulara qarşı, hətta, yarımonqol 

olsa da, soydaşları hunlara qarşı apardığı müharibələr azadlıq savaşı idi. 

Bəzən «üsyan» dediyimiz olayların da çoxu azadlıq savaşının bir çaları-

dır. Belə ki, Mada elini əhəməni soyundan geri alan Qam-Ata, çinliləri 

vahiməyə salan Kür-şad, ərəblərə dirəniş göstərən Babək türklərin azad-

lıq uğrunda şəhid olan mücahidləri idi.  

Hürr yaşamı hər şeydən üstün tutan türklər

 

əsir və


 

ya asılı


 

duruma 


düşməyi böyük bədbəxtlik sayırdılar. V. Radlova görə, «bozqır türk top-

lumunda elə bir hürriyət ovqatı vardı ki, ən kiçik ailə belə, başlı-başına 

bir dövlət sayıla bilirdi».

262


 Oturaq türklər də azadlığı  hər  şeydən üstün 

tutur və müdafiə üçün qala və qalaçalar tikirdilər. Xalq arasında Oğuz və 

Koroğlu qalası adı ilə bəlli olan belə müdafiə istehkamları Azərbaycanın 

müxtəlif bölgələrində vardır. 

Böyük

 

qüvvə



 

ilə


 

hücum edən yağılarla savaşdan bozqır türklərinin 

qaçma imkanları vardı.

 

Oturaq türklər



 

isə


 

öz bölgələrini ətraf xalqların

 

və 


dövlətlərin hücumundan qorumaq üçün yüksəkliklərdə müdafiə qalaları 

və qaravul yerləri tikirdilər. Düşmən hücumu görünəndə belə yüksəklik-

lərdə od qalanır və tüstü ilə ətraf bölgələrə xəbər verilirdi. Azərbaycanda 

m.ö. II minilin ortalarından belə müdafiə qalalarının sayı get-gedə artır. 

Müdafiə yeri  koruq,  şəhər  ətrafında savaş üçün hazırlanmış bürc ükek 

(ükekliğ tam), qaravul qülləsi karğu (karğuy) adlanırdı. Çox güman ki, 

Orta əsrlərdə bütöv Abşeronu əhatə edən qalalarda da xəbər vermə tüs-

tüsündən istifadə olunmuş-

dur: 

Bozqır türk boylarının 



otlaq yeri və yaylaq-qışlaq 

bölgələri ümumi mülkiyət 

sayılırdı və yığılan vergi də 

ümumi


 

ehtiyaclara

 

yönəlirdi. 



Lakin bəzən daxili vergilər 

lazım olan ehtiyacları ödə-

məyəndə bu «büdcə» kəsiri 

qonşu və yaxın bölgələrdə 

                                                 

262


  İA, XII. (2),  224. 


 

83 


yaşayan xalqlardan, böyük dövlətlərdən alınan vergi ilə doldurulmağa ça-

lışılır və yağma savaşları təşkil edilirdi. Bunun üçün mobil ordu yaratmaq 

zərurəti ortaya çıxdığından yaxın boylar birlikdə belə ordunu qururdular. 

Tarixboyu belə birliklər vaxtaşırı yaranmış, müəyyən çağdan sonra isə da-

ğılmışdır. Mərkəzləşmiş hakimiyəti olan turk elləri də ətraf ölkələrdən

 



 

böyük dövlətlərdən bac-xərac ilə yanaşı vergi də alırdılar. Belə ki, ətraf 

xalqlardan bac-xərac və illik vergi alınması türk dövlətlərində Qut elindən 

tutmuş islamaqədər türk ellərində davam etmişdir. Azərbaycanda dövlət 

quran saqalar bütöv Ön Asiya xalqlarından vergi alırdı və verməyənlərin 

isə üzərinə akınlar edirdi.

263

  

F. Simokatta yazır ki, hun (avar) xaqanı 583-də Roma imperatoru-



nun göndərdiyi qızıl taxtı bəyənmədi və «öncə təyin etdiyi 80 min qızıl 

pul dəyərindəki vergiyə daha 20 min əlavə etdi».

264

 

Xəzər xaqanlığı qonşu 



dövlətlərdən aldığı vergi hesabına muzdlu qoşun saxlayırdı. Güclü ordusu 

olan türklər başqalarından vergi aldığı kimi, təbii ki, zəifləmiş türk elləri də 

başqa dövlətlərə illik bac-xərac, vergi verirdi. Ancaq Qut elinə sumerlərin 

vergi verməsi, turukların Asur dövlətilə sərhəd bölgələrdən vergi alması 

və bu bölgələrə akınlar yapması haqqında tarixi bəlgələr qalmışdır

.

265



 

Ata kultuna böyük önəm verildiyi türk toplumunda əcdadların uyu-

duğu qəbirlərin dağıdılması ən

 

böyük təhqir sayılır,



 

bu işi


 

görənlərə qarşı 



öcalma savaşı başlayırdı. Saqa elbəyi Daraya deyir ki, əgər atalarımızın 

qəbirlərini dağıtsaydınız, biz dərhal savaşa qatılacaqdıq.

266

  Eyni durum 



m.ö. 79-da bir monqol boyuna qarşı hunların apardığı öcalma savaşında 

görünür. Atillanın ikinci Balkan yürüşünə  səbəb də hun elbəylərinə aid 

basırıqların Bizansın Marqos yepiskopunun açıb talan etməsi idi.

267


  

Yeni otlaqlara ehtiyacı olan heyvandar türk boyları başqa ölkələrin 

torpağına girmək məcburiyətində idi və bu giriş çox vaxt qarşıdurma və 

otlaq savaşı ilə müşayiət olunurdu. Cəvahirləl Nehru qızı İndira Qandiyə 

məhbəsdən yazdığı  məktubda vaxtilə türk boylarından olan saqaların 

Hindistana gəlmə səbəbini belə izah edirdi: «Sən belə düşünmə ki, bu 

köçlərin məqsədi buraları tutmaq və ya yağmalamaq idi. Bu xalqlara yeni 

ərazilərdə məskunlaşmaq zəruri idi, çünki Mərkəzi Asiyada köçəri boy-

                                                 

263

  Herodot, I. 106. 



264

  Симокатта, I. III. 7-13. 

265

  Azər xalqı, 2000, 34-38, 124; Bu barədə geniş məlumat sonrakı bölmədə veriləcək. 



266

  Herodot, IV. 127. 

267

  İA, XII (2). 243;  Priskos, 24-25 (fraqment 2). 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə