A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə35/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   31   32   33   34   35   36   37   38   ...   226

 

74

Metedən sonra Ki-ok (m.ö.174-160) çin geyim və mətbəx kulturuna 



meyl edirdi, bunu duyan vəziri deyir: «Bütün hunların sayı Çinin bir sınır 

əyalətinin sayı  qədər deyil. Əlbisə  və yeməkləri bizdən fərqlənən çinli-

lərin sayı olduqca çoxdur. İndi hun hökmdarı çin adətini qəbul etsə, onda 

hun


 

əriyəcək».

234

 Çindən asılı



 

duruma


 

düşən İşbara

 

kağan


 

585-də


 

Çin


 

impe-


ratoruna hər

 

il cins



 

atlar göndərəcəyini,

 

oğlunu girov



 

verəcəyini vəd

 

edir, 


lakin çinsayağı geyimin qəbul olunmasını, çiynində dalğalanan saç hörü-

yünün çözülməsini, dilini dəyişməsini, çin qanun və adətlərinin qəbulunu 

mümkünsüz sayır, çünki bütün türk milləti törəsini pozmaz - deyir.

235


 

Bilgə kağan (716-734) Çini örnək alıb,  şəhərləşmə yaşamına keçməyə, 

buddizm, taoizm kimi dinlərə meyl göstərəndə  bilgə Tonyukuk törənin 

pozulmasına yol verməmişdir.

236

  

Türklərdə torpağı qorumaq, yurda qayğı, sahib olduğu əraziyə bağ-



lılıq gələnəyi tarixi olaylarda aydın görünür. Çin qaynağında Meteyə aid 

ilginc bir pritça vardır. Burada qeyd olunur ki, Çin elçisinin hunların qü-

ruruna toxunan bir neçə tələbinə dözümlü yanaşan Mete ondan hunların 

istifadə etmədiyi bir parça yararsız səhranı istəyəndə «torpaq verilməz» 

deyib, müharibəyə başlayır. Qaynaqlarda keçən «İlteriş atalarının törəsinə 

görə budunu təşkilatlandırdı», «törə  gərəyincə taxtda oturdu» deyimləri 

də göstərir ki, türklər törəyə böyük önəm vermiş, «dövlət dağılar, lakin 

törə yaşayar» inamı ilə yaşamışlar. 

Beləliklə,

 

türk



 

dövlətçilik gələnəyinin türk törə normalarına uyğun 

davam etdiyini görmək olur.

 237


 Törə dəyişməz doqmalar və gerçəkliklə, 

mövcud durumla uyğunlaşa bilən yeniləşmə normalarından ibarət idi.

 

Bu 


baxımdan, milli-etnik dəyərlərdən yoğrulmuş doqmalar dəyişməz qanun-

lar, coğrafi, iqtisadi və sosial-siyasi durumla bağlı normalar isə dəyişə bi-



lən qanunlar idi. Dövlətin teoriya ilə deyil, gerçək durumun tələblərinə 

uyğun idarə olunmasında fayda görən türklər törə  dəyişikliyinə ehtiyac 

olanda məsələni toya çıxardırdılar. Dəyişiklik toyda gənəşib razılıq əldə 

                                                 

234

  De Groot, 1921, 80. 



235

  Danişmend, 1966, 19.

 

236


  Tonyukuk demişdir: «Qalalar tikib içində otursaq, qədim gələnəklərimizi dəyişsək, 

günün birində çinlilərə məğlub olub, işğal olunan ölkəmizi itirə bilərik.

 

Əsasən, taoist, 



buddist tapınaqlarda sadəcə uyumluluq və itaətkarlıq təlqin olunur.

 

Təpərli və



 

savaşçıl 

olmanın yolu bu deyil, bu səbəblə tapınaqlar qurmamalıyıq» (Liu-Mau-tsai, 1958, 172). 

237


  Musa peyğəmbərin beş kitabı

 

da «qanun» anlamında torá adlanır.



 

Törə


 

sözü monqol, 

macar dillərinə də keçmişdir.  



 

75 


edəndən sonra keçərli olurdu. Tarixi qaynaqlarda bəzi təkliflərin toyda 

qəbul olunması, bəzilərinin isə  rədd olunması haqqında bəlgələr vardır. 

Hunlarda Mete, göytürklərdə Bumın kağan, bulqarlarda Kurum xan bəzi 

törə dəyişikliyi edə bilmiş elbəylərdir.

238

 

Beləliklə, tarixi və arxeoloji qaynaqların verdiyi bilgiyə görə, Kür-



Araz kulturu ömrünü başa vurduğu III minilliyin sonları istehsal formala-

rının və  mənbələrinin artım çağıdır.  Əhali arasında təbəqələşməyə yol 

açan belə artım sosial durumdakı yeni münasibətlərin ortaya çıxmasına 

səbəb olmuş və bu gəlişmələr yeni siyasi qurumların formalaşmasına tə-

kan vermişdir.

 

III-II minillərdə Urmu gölü hövzəsində



 

Aratta, Lulu,

 

Qut, 


Turuk və yaxın bölgələrdə Subar, Kuman eli və bəyliklərinə aid yazılı 

tutalqalar vardır.

 

I minilin başlarından isə onlarla



 

bəylik, sonra Mana, Mada 

və Atropaten elləri ortaya çıxmışdır. Urmu gölündən yuxarı Qafqaz dağla-

rınacan Saqa eli, sonralar isə İslamaqədər varlığını qoruyan

 

Alban



 

(Aran) 


eli qurulmuşdur. Doğu Anadoluda Saqa eli ilə eyni çağda Qamər bəyliyi 

vardı. 


Sadalanan dövlətlərin qonşu bölgələrdə yaranmış dövlətlərlə müəy-

yən ilişkiləri olmuşdur. Bu əlaqələr bəzən dostluq, müttəfiqlik, bəzən də 

bir-birinə basqın etmə, düşmənçilik münasibətləri ilə davam etmişdir.

239


 

Barış durumu vaxtaşırı savaş durumu ilə  əvəzlənmişdir.  Əgər doğuya 

gedib orada yeni Atayurdu salan türklərin tarixi Çin qaynaqlarında əks 

olunmuşdursa, batıda qalan yerli türklərin tarixi də  məhz Sumer, Akad, 

Elam, Kassi, Hurri, Asur, Urartu, Yunan, Roma, Əhəməni dövlətləri ilə 

olan əlaqələri əks etdirən yazılı qaynaqlarda yatır. Bu yatmış bəlgələri 

oyadıb danışdırmaqla qədim türk boylarının,

 

o cümlədən azər türklərinin 



tarixini öyrənmək olar.   

 

 

  

                                                 



238

 Ramiz bəy Əskərin «Qutadğu bilig» (B. 2003) adlı əsərində türk dövlətçilik sistemi, 

dövlətçilik terminologiyası haqqında gərəkli fikirlər vardır. Təəssüf ki, bu dəyərli əsər 

III Bitik yazılandan sonra nəşr edildiyindən ondan yararlana bilmədik. 

239

 Türk dövlətçilik terminologiyasında ailə ilə bağlı bəzi sözlərin, inanc-mifologiya ilə 



bağlı  və sosial-siyasi qurumlara aid terminlərin Ön Asiyada qədim sumer, akad-asur, 

hat, het, urartu, etrusk dillərində, o cümlədən batı türklərlə kontaktda olmuş yəhudi, 

latın, yunan dillərindəki qədim yazılarda  əks olunması  həmin  əlaqələri aydın göstərir: 

aba, ata, dədə, baba, klan (oqlan, dingir (tanrı), qut, ilanqız (pəri), oq, kişi, kun, uruq, 

oba, elat, baş-el, bilgə, şad, el-təbər, tarkan, tarkun, törə, damğa və sair. 



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə