A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə33/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   29   30   31   32   33   34   35   36   ...   226

 

70

bəlgələrdən bəlli olur ki, İç və  Dış  oğuzların konfederasiyası 9 boyun 



birliyi ilə qurulmuşdu, çünki «9

 

qoca» qurumu olan dövlət divanında 



hər boy bir qoca ilə təmsil olunurdu. Eposda Qoñur, Yuñlu və Yapağulu

 

qocalarla bağlı olaylar göstərir ki, qoca titulunu təkcə bəylər deyil, sadə 



adamlar da ala bilirmiş. «İç-Oğuz, Tış-Oğuz bəyləri yığnaq oldu» deyimi 

«Oğuz zamanı»nın müxtəlif çağlarında boyların müxtəlif sayını (üç tuğlu, 

doqquz tuğlu) nəzərdə tutur.  

Türk dövlətçilik gələnəyində

 

12 və 24


 

boy bölgüsü diqqəti çəkir.

 

Üç 


oğul və dörd torun (nəvə) ilə ortaya çıxan 12 soy-uruq (3 

x

 4



=

12) gələnə-

yi Ön Asiyada geniş yayılmış miflərdən idi.

219


 12 boy bölgüsü motivi 

Homerdən tutmuş Strabona qədər müxtəlif yazarlara bəlli idi.

220

 Platon öz 



ideal dövlət qurumunu ayların sayına uyğun gələn bu onikilik sistemi 

üzərində qurmuşdu. Ön Asiyadan bu gələnəyi türklər doğu bozqırlarına 

apardıqları kimi, etrusklar da onu İtaliyaya daşımışdılar.

221


  Qədim aslar 

(az, azər boyu) isə bu gələnəyi Skandinaviyaya qədər aparmışdılar.

222

  

Ön Asiyadan m.ö. II minilin ortalarında atlı türklərin doğu və quzey 



yöndə böyük miqrasiyası «Batı türkləri» və «Doğu türkləri» bölgüsünü 

ortaya çıxarmışdır. Artıq sayları xeyli çoxalan türk boylarının Ön Asiya 

mənşəli «12 boy» bölgüsü «24 boy» əfsanəsilə əvəz olunduğundan oğul-

ların sayı üçdən altıya qalxmışdı. Görünür, bu yeni bölgünün yaranması 

monqollara qarışan türklərdə monqol gələnəyinin və Ay təqvimli Çin ili-

nin (24 ay) təsirilə olmuşdur, çünki sağ-sol bölgüsünün doğu-batı uyğun-

luğu çin-monqol mənşəlidir. Halbuki doğuya gedən türklərin dilində 

sağ-sol yönləri güney-quzey cəhətlərini bildirir. Bu olayın  əks-sədasını 

Oğuznamələrdə görmək olur. Əbülqazi Bahadır xan yazırdı ki, «ömrünü 

savaşlarda keçirmiş türkmənlərin yaxşıları və məşhur baxşıları bunu aytıp 

dururlar: Oğuz xanın 6 oğlunun qanuni arvadlarından doğulmuş 24 nəvəsi 

                                                 

219

 Bibliyada 12 boy bölgüsü mexaniki şəkildə müxtəlif xalqlara şamil edilir: 12 İsrail 



oğulları (XLIX); 12 İsmayıl oğulları (XVII, 20); 12 Aramey oğulları (XXII, 20-20) və 

12 Edem oğulları (XXXVI, 10-14); Solomon israillilər üzərində 12 hakim təyin edir (III.

 

IV,


 

1);


 

İrana gələndən sonra perslərə də bu bölgü şamil edilir

 

(Ксенофонт, 1976, 290). 



220

 Homer. Odisseya, VIII; Strabon, IX. 1. 2. 

221

 

Soykökü etrusk olan şair P.Vergili Maron (m.ö.



 

70-19) atayurdu Mantui (İtaliyanın 

quzeyində etrusk kaloniyası) haqqında yazırdı: «Ulu babaların eyni soydan olmasa da, on-

larla  şöhrət tapdın.  Üç soyun var, hərəsində  dörd uruq  (gens ille triplex, populi sub 



gente quaterni). Sənsə etrusk qanının gücülə onların başısan»

 

(Немировский,1983,



 

106).


 

222


 «(Odin) yarğıclıq etmək üçün şəhərə 12 hakim təyin etdi, öncə Troyada olan türk 

törəsinə uyğun qanunlar qoydu»

 

(М Э,


 

1970, 12; Azər xalqı, 2000,

 

13-14). 



 

71 


vardı. Gün xan onları iki-iki ayrıca çadırlara

 

oturtdu; onlar 12 bölüyü 



təşkil edir. Bu 12 bölükdən törəyənlər  üzlük, 24-dən törəyənlər oymaq 

adlanırdı. Oymaq monqol sözü olub uruq mənasında işlənir»

.

223


 

Beləliklə, türk elinin qədim 12 boy bölgüsü də Ön Asiya mənşəli 

idi və

 

bu gələnək «Oğuz zamanında» 24 (12



+

12) boy bölgüsü ilə sonralar 

əvəz olunmuşdur. Üç qardaşdan törəmə motivi Azaq yaxalarına köçən 

saqaların soykökü əfsanəsində m.ö.V əsrəcən davam etmiş  və Herodot 

bunu qələmə almışdır.

224


  

Türk toplumunda xalq-dövlət birliyi ordu qurumunu da əhatə edirdi, 

arxa cəbhədə boyların birliyi ordunun çevikliyini artırırdı. Bozqır türklə-

rində bu özəllik boylararası münasibətdə özünü göstərirdi və bu səbəblə 

türk eli istənilən durumda yarandığı kimi, parçalana bilir və yenisi yara-

nırdı. Plutarx saqa elbəyi Skilur (m.ö. II-I əsr) haqqında yazır ki, ölümqa-

bağı o, oğullarına bir dəst ox verib, hər birinin bu ox komunu sındırma-

sını istəyir, lakin qardaşlar bunu bacarmır. Skilur oxları bir-bir ayırıb 

asanca sındırır və nəsihəti belə olur ki, onlar o vaxt güclü olacaqlar ki, 

hamısı bir yerdə (birlikdə) olsun. Əgər, ayrılıqda qalsalar və ya bir-birilə 

savaşsalar gücsüz olacaqlar.

225


 Oğuz xan oğuz boylarının bir kökdən gəl-

diyini və onların ayrı-ayrı deyil, bir millət kimi bir dövlət qurmasını, iki 

elbəyi deyil, birini taxta çıxarmalarını oğullarına tövsiyə edir. 

Azadlığı  və müstəqilliyi hər  şeydən üstün tutan türk toplumunda 



ilsirəmək (elsizləmək) böyük ağrı-acı  gətirirdi. Ağır durum qarşısında 

qalan hunlar m.ö. 58-də toya toplanırlar, burada elbəy Ho-han-yeh Çinə 

tabe olmağı təklif edir, qardaşı Çi-çi və digər dövlət adamları isə qurtu-

luşu başqa dövlətə tabe olub, asılı duruma düşməkdə yox, öz güclərinə 

güvənməkdə görürlər. Herotod saqaların hücumu qarşısında itaət etmək 

və istiqlal istəyən qamər (kimmer) boylarının iki cəbhəyə ayrılmasını və 

bu səbəblə baş verən dəhşətli iç savaşı təsvir etmişdir.

226


 

 

                                                 



223

  Şecere-i Terākime, 1996, 157-159; 2002, 69. 

224

  

Qədim türklərdə boy və bölgələrin sayı ilə bağlı 70 sayına rast gəlmək olur. Hələ Lulu 



və Qut çağında elam çarı qədim Azərbaycanda 70 bölgəbəyinə qələbə çalması ilə fəxr 

edir; Partların köməyilə Ermən hökmdarı olan Tiqran onlara Azərbaycandan 70 bölgə 

(dərə) verəcəyini vəd edir. «Koroğlu» eposunda 70 və 777 sayı işlənir. Bu saylar Göy-

türk yazısında da təkrar olunur: Atam İlteriş kağan 17 ər ilə hərəkətə keçdi. Xəbəri eşi-

dən ormandakılar, ovadakılar toplanıb 70 kişi, sonra 700 kişi oldu (Orkun, 1994, 34-35).  

 

225



  Плутарх, 1990, 343. 

226


  Herodot, IV. 11. 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə