A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə41/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   37   38   39   40   41   42   43   44   ...   226

 

86

bacarmalı idi.



 

Bozqır türk boylarında həm də hamı hər kəs üçün, hər kəs 

hamı üçün prinsipi vardı. Bu prinsip isə özlüyündə xalq və ordu birliyini 

ortaya çıxarmışdı. Ordu-xalq birliyi toplumun bütün sosial-siyası qurumla-

rını  əhatə edirdi. Bu mənada, köçünü arabalarda daşıyan köçəri türklərin 

arxa və ön cəbhə bölgüsü yox idi: belə toplumun özü bütovlükdə həm bir 

elat, həm də bir ordu idi. İstər yarımköçəri, istərsə oturaq türklərdə daima 

savaşa hazır durum vardı, çünki hər kəs dinc vaxtlarda gördüyü işə uyğun 

orduda yer tuturdu. Belə ki, dinc vaxtlarda ov etmək üçün lazım olan təd-

birləri görən ovçubaşı savaş vaxtı da ordunun ərzaq təminatı ilə məşğul 

olurdu. Savaşa gedən  əsgər  art-el adlanan arxa cəbhədən arxayın idi.

272


 

Çünki türk törəsinə görə, qazi və özəlliklə,  şəhid ailəsinə qayğı göstər-

məyə böyük önəm verilirdi. Əsgərlərin adı və azuqəsi yazılan dəftərə ay 

bitigi deyilirdi.

273


 

Hər an savaşa hazır olmaq üçün 

türklər müxtəlif idman yarışlarına və 

ovçuluğa böyük önəm verirdilər. «Av 

avlamaq» bir tərəfdən  ərzaq təminatı 

ilə bağlı idisə,

 

digər tərəfdən qarşıdakı 



savaşlar üçün bir məşq növü idi. Belə 

məşqlərdə silahlar da sınaqdan keçiri-

lirdi.

 

Azərbaycanda at üstündə ov etmə 



səhnələri hələ Qobustan qaya rəsmlə-

rində öz əksini tapmışdır. Maraqlıdır 

ki, bu rəsmlərdə yaba və nizəyə nisbə-

tən, yay-ox az yer tutur, həm də çox 

bəsit formada verilir:  

Savaşa hazırlıq güləş  və oxatma 

yarışlarında, cıdır meydanlarındakı at 

yarışlarında gedirdi. Hər bir təcrübəli 

əsgər bir neçə gəncə savaş fəndləri öyrədirdi. Türklər ovçuluq edəndə də 

savaş vaxtı

 

lazım olan uzaqdan oxatma bacarığını məşq



 

edirdilər. «Yata-

yata yanımız ağrıdı, dura-dura belimiz qurudu» deyərək, Qazan xan belə 

hərəkətsizlikdən bezən oğuz bəylərini ova çağırır: «Yürüyəlim, a bəylər! 

Av avlayalım».

274


 At üstündə dördnala çapan döyüşçü irəli, sağa, sola və 

                                                 

272

 Rus dilindəki «artel» sözü də buradandır (Шипова, 1976, 39). 



273

 Donuk, 1988, 94. 

274

 KDQ, 1962, 28. 




 

87 


hətta arxaya çevrilib ox atmağı bacarmalı idi. Bunu bacarmayanlar türk 

savaş taktikası üçün yaramırdı. Hər bir gənc həm də göstərdiyi müəyyən

 

igidliyə


 

görə


 

ər

 

adı alırdı. Uruzun onaltı ya-

şına çatmasına baxmayaraq, heç bir igidlik 

göstərməməsini özünə böyük dərd sayan 

Qazan xan oğlunu acı sözlərlə  qınayaraq 

utandırır.

 

Oturaq türklərdən fərqli olaraq, 



bozqır türkləri ata minib, ox atmağı  uşaq-

lara 3-4 yaşından öyrədirdilər. Qaynaqların 

verdiyi bilgiyə görə, azyaşlı  uşaqları qoça 

mindirib,

 

çöl siçanına ox



 

atdırırdılar. Dö-

yüş  məşqləri ilə böyüyən dəliqanlılar hər 

an  ər adını almaq yanğısı ilə savaşa can 

atırdı. Herodot mad gənclərinin savaşmağı saqalardan öyrəndiyini qeyd 

edir ki, bu da iç oğuz - dış oğuz boylarının qovuşduğu çağlar idi.   

Hər hansı bir dövlətin, ölkənin və ya bölgənin hərbi gücü savaşda 

düşmənə qarşı çıxarılan qoşundakı əsgərlərin sayı ilə ölçülürdü. Kseno-

fonta görə, Mada eli m.ö.VI əsrdə döyüşə 60 min piyada, 10 min süvari, 

Ərmən ölkəsinin əhalisi isə 20-40 min arasında piyada və 4-8 min süvari 

çıxara bilirdi.

275


 Strabonun vaxtında Atropaten ölkəsinin 40 min piyada, 

10 min atlı ordusu vardı.

276

 Təbəri, İbn əl-Əsir və Gevond qeyd edirdi ki, 



730-cu ildə  xəzərlər 300 minlik qoşunla Azərbaycanda  ərəblərə qarşı 

vuruşurdular.

277

 

Türk ordu sistemindəki özəlliklərdən biri də, dövlət adamlarının, 



məmurların orduda uyğun vəzifə daşıması idi. Belə ki, taleyüklü böyük 

savaşlarda dövlət başçısı özü orduya komandanlıq edirdi, ikinci dərəcəli 

                                                 

275


 Ксенофонт, 1976, II. I. 2-6; III. I. 33. 

276


  Strabon, XI. 13. 2. 

277


  Áöíéàäîâ, 1989, 108. 


 

88

savaşlarda isə dövlətdə yüksək vəzifə tutub, yüksək hərbi rütbəsi olanlar 



ordu və qoşuna komandan (başbuğ) olurdu.

278


 Dövlət məmurları da savaş 

vaxtı orduda uyğun vəzifə daşıyırdılar. Beləliklə, dövlət-ordu birliyində 

görünən bu özəlliyi təxminən belə təsəvvür etmək olar: 

Hakimiyətdə görəv  

Orduda görəv 

yanzi, xaqan, elbəy,  

yabğu, bilgə, atabəy  

tarkan, şad, eltəbər  

tiqin, inal   

buyuruq 


çavuş 

yasavul, qorçi 

baş komandan  

ordu başçısı (başbuğ) 

ordu//qoşun başçısı (başbuğ//sübaşı) 

qoşun, bölmə başçısı  

qvardiya başçısı  

qoşunun sıralanmasına məsul olan 

mühafizə, qaravul başçısı  

Türk ordularının çevik manevr imkanı, süvari alayları, savaşda isti-

fadə olunan hərbi taktika bu ordularla qarşılaşan dövlətlərin, xalqların da 

ordu sisteminə təsir etmişdir. Belə ki, hələ m.ö.

 

I minilliyin ortalarından 



sonra türk-monqol hərbi birliklərinin vaxtaşırı hücumlarının qarşısını al-

maq üçün dünyanın 7 möcüzəsindən biri sayılan Çin səddinin tikilməsi də 

bu türk-monqol qarışığı olan hunların akınlarını durdura bilmədi. Bunu 

görən çinlilər nə qədər mühafizəkar

 

 olsalar da, ordu



 

sistemində reforma

 

etməyə məcbur oldular və yeni ordu sistemində ilk dəyişiklik süvarilərə 



manevr

 

etmə imkanı verən türk



 

geyimlərinə keçmək

 

oldu.


 

Türklərin ordu 

sistemindən doğuda çinlilər yararlandığı kimi, batıda da Avropa xalqları 

bu ordunun bəzi özəlliklərini, xüsusilə süvari alayları sistemini öz ordu-

larında tətbiq etməyə çalışmışlar.  

Türk hərbi rütbələri sırasında onbaşı, yüzbaşı, minbaşı, tümənbaşı 

terminləri göstərir ki, qoşunlar onluq sistemi üzrə qurulmuşdur.

279


  Dədə 

Qorqud boylarında seçmə atlı alayı anlamında «bin bögdüz başı» deyimi 

işlənmişdir. Çin qaynaqlarına görə, Metenin ordusundakı atlar rənglərinə 

görə sıralanırdı.

 

Ümumiyətlə, türk ordu sistemində sıralanma və qoşun 



düzəni savaşın qələbə ilə bitməsində mühüm rol oynayırdı. 

Rəşidəddinin qələmə aldığı «Oğuznamə» variantını rus və azər 

dillərinə çevirən Rəhilə xanım  Şükürova Britaniya muzeyində saxlanan 

bir əlyazmada Oğuz ordusunun düzümü ilə bağlı bir parçanı da tərcümə 

                                                 

278


  «Kutadğu Bilig»də dövlət məmurları haqqında bilgi üçün bax: ßñêÿð, 2003, 92-94. 

279


 

«On min başı» və «on min» anlamında tümən sözü rus (témnik), pers (tūmān) və sair 

dillərə keçmişdir (Шипова, 1976, 318; Çÿðèíÿçàäÿ, 1962, 243); Elam çarının m.ö.VII 

əsrin ortalarında Teuman adlanması da diqqəti çəkir (АВИИУ, ¹76). 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə