A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə44/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   40   41   42   43   44   45   46   47   ...   226

 

93 


başına taxıldığı kimi, atları da onlarla bəzəyirdilər. Bayraq ucuna taxılan 

ipək-qumaş tanğuk, mızrağın ucundakı tuğ örpək adlanırdı. Son vaxtlara 

qədər türk toplumunda davam edən damğa gələnəyi bəzi bayraqlarda da 

görünür. Əvvəllər tuğların sayı dövlət və ordunu təşkil edən boy, bodun 

sayını bildirirdi. Sonralar isə bu say simvolik olaraq 3, 6, 9 tuğla davam 

etmişdir. 744-də uyğurlar «üç tuğlu türk» ordusunu yenmişdi. Orduya qa-

tılmış hər boyun özünəməxsus simvolu onun bayrağının forması, damğası 

və  rəngi idi. Göytürklərə  məxsus qurdbaşlı bayrağın görünməsi kifayət 

idi ki, onu görənlərin canlarına üşütmə düşsün.  

Saqa (skit) adlanan bəzi türk boylarında isə savaş bəlgəsi kimi bay-

rağın «ilan-əjdaha»  şəklində olması haqqında tarixi bilgilər vardır. Belə 

ki, II əsr yazarı Flavi Arrian «Taktika» (35. 3-5) başlıqlı yazısında həmin 

bayrağın forma və mənasını belə təsvir edir:  

«Mızrağın uzunluğuna uyğun onun başındakı  əjdaha formalı yelək 

saqaların (skit) hərbi bəlgəsi sayılır. Bu yeləyin qorxunc ilana oxşaması 

üçün başından tutmuş quyruğuna qədər ona alabəzək parça qırıqları tiki-

lir.

 

Bu düşüncənin məqsədi belədir: neçə ki, atlar



 

sakit durub, yalnız mız-

raqdan sallanan alabəzək bir örpək görürsən, elə ki, atlar hərəkətə gəlir və 

külək bu örpəyin içinə dolub onu yelləndirir və atların sürəti artdıqca 

içinə dolan havanın uğultusu artır, onda bu bəlgənin yaratdığı  mənzərə 

təkcə maraq və

 

ya

 



qorxu hissi aşılamaqla bitmir,

 

həm də



 

onunla hücumun 

yönünü müəyyənləşdirmək baxımından və ayrı-ayrı bölüklərin bir-birinə 

saldırmaması üçün əhəmiyətlidir»

295


  

Türk ordu sistemində savaş musiqisinin və hərbi marş gələnəyinin 

uzun tarixi vardır. Hələ ovçuluq dönəmində Qobustan qaya rəsmlərində 

əks olunmuş

 

ov öncəsi ritual yallını bu gələnəyin başlancığı saymaq olar. 



İnsanı cuşə gətirən havalar,

 

ritmik-melodiya tarixboyu



 

savaşa gedənlərin 

döyüş ovqatını yüksəltməyə yönəlik 

gələnəklərdəndir. Bugünəcən yaşa-

yan güləş öncəsi rəqs etmə  gələnəyi 

 



keçmişdə savaş öncəsi icra edilən 

ritualdır.

 

Koroğlunun



 

da

 



savaş öncəsi 

silahdaşlarına sazla döyüş ovqatı aşı-

laması bəllidir.  

Qədm türklər savaş iyələrindən 

uğur

 

diləyib,



 

döyüşə


 

gedirdilər.

 

İslamı 


qəbul etmiş

 

türklərin də savaş öncəsi 



                                                 

295


 АИОСК, 1990, 132. 


 

94

«adı görklü Məhəmmədə salavat götürməsi» (KDQ) bəllidir. Altaydakı 



Kudırge məzarından tapılan daş üzərindəki cizgi rəsmində savaşa gedən 

əsgərlərin atdan düşüb,

 

savaş iyələri qarşısında diz



 

çökərək uğur diləməsi 

aydın təsvir olunmuşdur: 

296


 

Orduda qopuz, nağara, zurna 

ilə başlanan çalğı alətlərinin sayı 

sonralar davul, gərənay, sinc, kös, 

boru (şeypur) və başqa alətlər ilə 

artdı. Belə ki, artıq Osmanlı ordu-

sunda çalınan mehtər marşı dünya 

savaş tarixində  əvəzi olmayan bir 

 

qürurverici möcüzə idi.   



Beləliklə,

 

qaynağını ən uzaq 



keçmişdən alan savaş musiqisinin 

türk ordu sistemində özəl yeri var-

dır.

 

Döyüş vaxtı müəyyən manevr 



və taktiki gedişlər də davul, boru 

səsilə  tənzimlənirdi. Lakin çalğı 

alətlərinin orduda klassik rolu savaş öncəsi ritualla bağlıdır. Belə ki, Dədə 

Qorqud bahadırları hər dəfə savaş öncəsi bu gələnəyi təkrar etməli olur: 

«Gümbür-gümbür naqaralar dögildi,

 

burması altun tuc borılar çalındı».



297

 

Türklər yalnız savaş üzrə deyil, müdafiə ilə bağlı da möhkəm mü-



hafizə sistemi yaratmışdılar. Oturaq türklərdə müdafiə, əsasən, qalaların 

mühafizəsi ilə bağlı idisə, bozqır türklərində xaqan köşkünün və yurdun 

qorunmasında görəvli olan özəl bölüklər bu işi həm də orduda görürdü-

lər. Türk dövlətçilik və ordu sistemində təkcə mühafizə və gözətçilərlə 

bağlı xeyli termin vardır: mühafizə alayı yortuq, sarayı və xaqanı gündüz 

qoruyanlar turgaq, gecə mühafizəçiləri yatqaq, iki saatlıq növbə vaxtı isə 



küzet adlanırdı. Çin qaynaqlarına görə, Göytürk kağanının mühafizə dəs-

təsində olanlara, kağanı qoruyanlara börü deyilirdi

.

298


 

Qədim türk dilində 

növbə vaxtı oyanıq olma anlamında işlənən sakçı (sak-sak) deyimi azər 

                                                 

296

 Elmi ədəbiyatda savaş tanrısı ( iyəsi) kimi verilən teonim və demonimlər haqqında V 



Bitikdə bilgi verilmişdir. Özəlliklə, savaşla bağlı  qədim lulu və sonra hun boylarında 

görünən Kiur//Kuər teonimi, sonrakı türklərdə Humay və Bozqurd mifləri geniş izah 

olunmuşdur. 

297


 KDQ, I. 114. 

298


 Ögel, 1991, VI. 19. 


 

95 


dilində

 

səksəkə formasında qalmışdır. Sarayda protokol qaydalarını tən-

zimləyən, toya gələnləri yerbəyer edən, savaş vaxtı isə orduda qaravul-

başı olan yasavul termini bir sıra xalqların dilinə də keçmişdir

.

299


 

Bəkçi

karakçı, gözətçi, qaravul terminlərindən son ikisi azər dilində qalmışdır. 

M. Kaşğariyə görə, savaşda qoşunun sıralanması ilə məşğul olan ça-

vuşlar

 

dinc vaxtlarda əsgəri zülm etməyə buraxmayan nəzarətçilər idi.



300

 

Çin qaynaqlarında ço-pi-şe (P. Pelliot) şəklində yazılan çavuş titulu azər 



dilində bugünəcən işlənir. Qaynaqlarda çavuşun elçi statusu ilə başqa 

dövlətə göndərilməsi də qeyd olunmuşdur. Görünür, çavuş da yasavul 

kimi protokol qaydalarına nəzarət edən məmur tituludur. Türklər savaş 

vaxtı agenturadan da istifadə edirdilər. Bu iş kəşfiyatçı, agent anlamında 

olan körüklərə tapşırılırdı. Tonyukuk yazısındakı «Türkiş kağanta körük 

kəlti» deyimində söhbət xəbər gətirən kəşfiyatçıdan gedir.  

Türk ordu sistemində onbaşıdan tutmuş tümənbaşıya qədər onlarla 

titul vardır və bu titulları daşıyanlar layiqli hərbçilərdir. Lakin ordunun 

zabit tərkibi nə qədər zəngin

 

olsa da,



 

türk ordusunun

 

gücü türk əsgəri idi. 



Ordu mənasında  cərik sözü sıralanma, cərgələnmə, düzülüş  anlamından 

törəyən «əsgər» anlamlı çəri//çeri sözündən yaranmışdır, yeniçəri, çerik-



başı, çeribaşı sözü də buradandır. «Qara-Göne çeri başı oldu”». 

301


 

Yeniyetmə yaşlarından  əsgəri təlim-tərbiyə ilə böyüyən, döyüşdə 

şəhid olmağı şərəf bilən türk əsgərinə dastanlar qoşulmuş, igidliyi öyül-

müşdür. Bu öygülər təkcə türk dilində deyil, asur, yunan, latın, çin, ərəb, 

rus və başqa dillərdə yazılmış tarixi qaynaqlarda da əks olunmuşdur. 

Vaxtilə Misir fironu öz ordusunda qaşqay döyüşçülərini görmək istədiyi 

kimi, sonralar Bizans, Çin, Pers, Ərəb hökmdarları da türk əsgərlərindən 

çox yararlanmışlar. 591-də pers şahı Xosrov döyüşdə əsir aldığı bir qrup 

xristian türkü «qələbə»  ərməğanı kimi imperator Mavrikiyə göndərmiş-

dir.


302

 Bir sözlə, türk əsgəri ərdəmli idi. Göytürklərin Altıngöl yazısında 

«ərdəmli millət güclü olur» deyimi əsgərə güvəncdən doğmuşdu. Türk 

əsgərinin alp, ərən, alpər, bahadır epitetləri çox qədim çağlardan bəllidir 

və bu igidlik sanları bir sıra qonşu xalqların dilinə də keçmişdir.  

                                                 

299

 Bəzi dialektlərdə yasavur şəklində də görünən yasavul sözünün praforması *yasaq-ul 



ola bilər. 

300


 MK, I. 368; Yunandilli yazılarda τζαούσης və τζαούς şəklində keçən bu titul kuryer 

(xəbər aparan) anlamında da işlənmişdir (Moravcsik, II, 308-309). 

301

 KDQ, I. 239. 



302

 Симокатта, V. X. 13-15. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə