A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə52/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   48   49   50   51   52   53   54   55   ...   226

 

115 


 Xalaf kulturu çağında pro-

totürk


 

dili


 

artıq


 

inkişaf zirvəsinə

 

çatmışdı.



 

İkiçayarasının

 

quzey


 

bölgələrinə

 

yayılan Xalaf kultu-



runun Van gölünün yaxalarına 

uzanması  Tilkitəpə

 

abidəsində



 

aydın görünür. Üzərində maral,

 

xallı bars, öküz başı, quş,



 

balıq 


şəkilləri olan qabları ilə seçilən 

bu kulturun ilk yaranma ocağı

 

Arpaçı

 

abidəsi



 

sayılır.


 

Arxeo-


loqların tərtib etdiyi bu şəkildə 

keramikada istifadə olunan

 

bo-


yalı naxış

 

çeşidləri, bəzək  əşya-



ları, həmçinin dairəvi evin daş 

planı (özülü) verilmişdir:  

Azərbaycanın

 

quzey



 

bölgə-


lərində həmin dövrdə Xalaf kul-

turu üçün

 

xarakterik



 

olan


 

dairəvi


 

evlər var.

10

 Belə


 

arxeoloji

 

abidə-


nin bərpa sxemini

 

verən Davud



 

Axundovun

 

tipoloji


 

eskizləri Gü-

ney-Qafqazla İkiçayarası arasın-

dakı əlaqələri

 

 göstərən tutarlı bəlgədir:  



Türk Atayurdu-

nun önəmli bir bölgəsi 

olan «Subar ölkəsi» 

coğrafiyasında arxeo-

loji kultur ardıcıllığı 

türk dövlət gələnəyi-

nin mənşəyini öyrən-

məyə yardım edir.

11

 

Ona görə  də, subarla-



rın yayıldığı ərazilərin 

                                                           

10

  Джавахишвили, 1973, 346-349. 



11

  Son illər bu bölgədə Urfa yaxınlığında alman arxeoloqlarının aşkar etdiyi Göbəkli-

təpə məbədi 12 minillik yaşına görə hələlik dünyanın ən qədim tapınağı sayılır. 



 

116


arxeoloji kulturunu diqqətə almadan, İkiçayarasında qurulan dövlətlərin 

etnik əsasını ayırd etmək mümkün deyil. 

Aşağıdakı  xəritədən də göründüyü kimi, Xasun ( ), Samara ( ), 

Xalaf ( ) abidələri Dəclə çayının sağ və sol yaxaları boyunca yayılmışdır. 

Xalaf kulturu elementlərinin Fərat çayının orta axarındakı batı yaxasına, 

sonrakı Kumuq bölgəsinə  və oradan batıya, Mersinə  qədər uzandığı da 

sezilir. Yarımtəpəni tədqiq edən R. Munçayev və N. Merpert bir-birini 

əvəz edən həmin kulturlara aid abidələri xəritədə belə vermişlər:  

Güney-İkiçayarasında  Ubeyd kulturu (m.ö. 4300-3500 illər)

 

bura 



gələn sumerlər tərəfindən yaranmışdır. Lakin bu kultur «quru yerdə» yox, 

daha öncə burada yaşamış boyların Xasun kulturunun təsiri altında ərsəyə 

gətirdiyi qədim kultur üzərində yaranmış, gəlmə elementlər üstünlük qa-



 

117 


zanmışdır. Bars (Kəngər) boğazı yaxasından başlayıb, üzüyuxarı Eredu, 

Uruk, Ur və Kişi əhatə edən Ubeyd kulturu möhtəşəm məbədlərilə seçi-

lir.

12

 Sonra ilk mixi yazı da burada yaranıb, ətraf ölkələrə yayılmışdır. 



Bütün

 

bu



 

arxeoloji

 

kulturların etnoqrafik özəlliyi sırasında bükülü 



ölübasdırma və dairəvi evə oxşar sonrakı kurqan gələnəyi, insanın o biri 

dünyadakı evində yenidən dirilib, yanına qoyulan azıq və əşya ilə yaşamını 

davam etdirməsi inancı sonrakı türklərin etnoqrafiyasında minillər boyu 

davam etmiş, yalnız islamlaşma çağlarında bu gələnəklər pozulmuşdur. 

İslamöncəsi və qeyri-müsəlman qəbirlərin «suburğan» adlanması da diq-

qəti çəkir. M. Kaşğarinin qeyd etdiyi «Suburğanda ev bolmaz» deyimində 

artıq əski inancın transformasiyası gerçək üzünü göstərir.

13

 



Sumer inancına görə, qutlu törənlər dağı olan Şubar dağı doğuda yer-

ləşir.


14

 

Sonradan buddizmi qəbul edən doğu türklərdə də mifik Sumir dağı 



(sanskritcə Sumeru) dünyanın mərkəzi sayılırdı.

15

 



Maraqlıdır ki, adını Sibirə 

verən subarların indi Batı-Sibirdə yaşayan törəmələri Orta Asiyadan gəlmə 

sayılır, lakin Sibir türklərinin folklorunda «Koroğlu» motivləri Orta Asiya 

ilə yox, Anadolu ilə bağlıdır, yaxud «Alp-Mamşan» eposu yaxındakı qazax-

özbək Alpamışı ilə yox, «Dədə Qorqud» ilə səsləşir.

16

 



Bu mifoloji və epik 

bəlgələrin mənşəyi,  əlbəttə ki, Ön Asiyadadır. Təkcə Koroğlu yox, yəhu-

dilərin Solomonu, farsların Rüstəmi, etrusk, latın və yunanların Xerkle, 

Herkules və Heraklı da Bilqamısı təkrar edən mifoloji bahadırlardır. Bəzi 

«Oğuznamə» süjetlərinin, «Dədə-Qorqud» və «Koroğlu» motivlərinin 

Sumer eposu «Bilqamıs» ilə əlaqəsi haqqında sonrakı bitikdə geniş məlu-

mat veriləcəkdir.

17

 



Xasun-Samara və Xalaf kulturunun yayıldığı coğrafiyada arxeoloji 

və etnoqrafik bəlgələrlə yanaşı, dil bəlgələri də diqqəti çəkır. Belə ki, bu 

regionda  İtigəl  (Dəclə),  Burat  (Fərat) kimi ən böyük çaylarla yanaşı, 

onların qolları olan Balıq, Sub-Ana, Turna kimi bir neçə çayadının qədim 

türkcə olduğunu II Bitikdə tarixi bəlgələrlə geniş vermişdim. İkiçayarası-

                                                           

12

  IV minilin 2-ci yarısıyndan sonra bu kultur üzərində Uruk və Cemdet-Nasr kulturları 



yaranır. Ubeyd kulturunun lokal variantı sonralar Quzey İkiçayarasında da ortaya çıxır. 

Ubeyd kulturunun buradan quzeyə daşındığı çağda Van ilə Urmu arasında ilk təkərli 

arabanın yaranması kəngər boyu ilə bağlıdır (Bax: I Bitik, «Tunc çağı» bölməsi). 

13

  MK, I. 516. 



14

  ХПИДВ, 1963, 211. 

15

  ДТС, 513. 



16

  Тумашева-Ахмедов, 1983, 23. 

17

  Celilov, 1985; «Bilqamıs» dastanı, 1999, 83-89. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə