A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə54/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   50   51   52   53   54   55   56   57   ...   226

 

120


Yazılı qaynaqlarda ilk adı çəkilən türk boyu subar-

lardır.


 

Bağdaddan

 

yuxarı


 

İkiçayarası

 

əraziləri



 

əhatə 


edən  Subartu

 

ölkəsinin



 

sakinləri

 

m.ö. III minilin 



ortalarından mixi yazılarda «çay adamı» anlamını 

bildirən subar adı ilə tanınırdı. Bu etnonim İkiçay-

arasında yaşayan prototürk boylarının ümumi adı 

idi. Subarların burada yaşam tarixi subar adının mixi 

yazılarda qeyd olunduğu tarixdən çox qədimdir. Carmo, Xasun, Xalaf, 

Quzey-Ubeyd kulturu çağlarında, yəni VII-IV minillərdə  Subar ölkəsinə 

başqa etnosun gəlməsi faktı yoxdur. 

Görünür, m.ö. IV minilin ortalarında Atayurddan ilk böyük köçün 

başlanması ilə dağılan prototürk çağından sonra Atayurdun güney-batı 

bölgəsində qalan subar boyları bura gələn ilk sami axınlarına qədər Subar-

tunun əsas avtoxton əhalisi olmuşdur. Çünki sonralar bir-birinin ardınca 

İkiçayarasına gəlib

 

yerləşən sumer, akad, hurri boylarından  əvvəl bura-



dakı yer-yurd adlarının çoxu türkcə idi. Ona görə  də, Quzey-İkiçayara-

sında formalaşıb, ilkin prototürk Atayurdunun yaxın bölgələrinə yayılan 

qədim Xasun və Xalaf kulturunun da subar boylarına aid olması ehtimalı 

böyükdür, çünki Subartu adlanan ərazidə subarlardan əvvəl yaşamış hər 

hansı başqa bir xalqın (etnosun) adı tarixə bəlli deyil.

24

 



Laqaş ensisi Eannatum (m.ö. XXVI) və Akad çarı Naram-Suenə 

(m.ö. XXIII) aid yazılarda əks olunan Subartu adının mənşəyi daha qə-

dimdir.

25

 Bu  ölkədə subar boylarının yaşaması heç kimdə  şübhə doğur-



mur, lakin bəzi alimlər hurri boylarının İkiçayarasına m.ö.

 

II minilin baş-



larında gəlməsini deyil,

 

burada III minildən mövcud olmasını əsaslandır-



maq üçün subar adlarını hurri sözü kimi verməyə cəhd etmişlər. Ancaq 

İ.Gelb «Hurrilər və Subarlar» adlı kitabında hurri və subarların ayrı-ayrı 

xalq olduğunu aydın göstərmişdir. O, subarların Zaqros dağlarında yaşa-

yan lulu, qut və sair boylarla qohum olduğunu yazır.

26

 

Subar adının izahında müxtəlif yozumlar olmuşdur. Bəziləri adın 



sonrakı sabir variantından çıxış edərək, adın sapmaq feilindən yaranmış 

«yolunu azan» anlamı daşıdığını, qazax alimləri isə sibir adının «sulu yer» 

                                                           

24

  Artıq m.ö.



 

II minilin əvvəlində əhalisi xeyli samiləşmiş bu bölgə haqqında

 

V.İ.Avdiyev 



yazır ki, «ən qədim zamanlardan, Asur ərazisində ola bilsin, V-IV minildən Ön Asiyanın 

yuxarı bölgələrində yerli sakin olan subarlar yaşayırdı» (Авдиев, 1948, 352; 1953, 412).  

25

  Меликишвили, 1954, 100.   



26

  Gelb, 31-32. 



 

 

Subar Eli 



(ölkəsi) 


 

121 


(sub-yer) bildirdiyini yazmışlar.

27

 Lakin adın ilkin subar forması su (çay) 



kənarında yaşayan, çaylı anlamında yaranmış «sub ər» sözüdür.

28

 Subar-



lar haqqında bilgi iki minil boyunca sumer və akad-asur yazılarında ve-

rilir.


29 

Bundan sonrakı əsrlərdə isə subarları Doğu-Anadolu,

 

Azərbaycan, 



Quzey-Qafqaz,  İtil yaxası  və Batı-Sibir bölgələrində qeyd edən suriya, 

yunan-latın, hay, gürcü, ərəb, fars və türk dilli qaynaqlarda görmək olur.  

Bəzi qaynaqlarda «Subar ölkəsi»  əvəzinə, «Su ölkəsi» ifadəsi də 

işlənmişdir və bu variant daha çox Güney-Azərbaycan subarları ilə bağlı 

olan mətnlərdə özünü göstərir. Görünür, sub 

>

 suw 



>

 su fonetik dəyişməsi 

hələ o çağlarda bəzi protoazər dialektində başlanmışdır: sun-bi (

<

 sumbi), 



sum-bi, suv-bi, suw-bi və su-bi variantları adın kökündəki sub/su sözləri- 

nin fonetik inkişafını aydın göstərir. Ikiçayarasında «Su ölkəsi adamları», 

«su boyları» anlamında 

LU

Su, 



LU

Su

ki



LU

Su-a



kl

LU



Su-a adının m.ö. III 

minildən bəlli olduğunu yazan Y. B. Yusifov mixi yazılardakı «Lu-lu 

LU

Su-a


k1

» və «Lu-lu Şubur» ifadələrində lulu boyunun Su və Subar ölkə-

sində yaşaması nəzərdə tutulduğunu, bəzən Aratta ölkəadının da işarəsi 

kimi verilən 

SU.KUR.RA

 sumeroqramı altında da «Su ölkəsi» anlamı dur-

dıığunu qeyd edir.

30

 Sonralar belə bir türk «Su eli» (ölkə/dövlət) Çin qay-



nağında yad olunur.

31 


Göründüyü kimi, subar//subi etnonim paralelliyi 

Subar//Subi//Su toponim paralelliyini tamamlayır və subar boyadının 

«çaylı» anlamında sub

 

+



 

ər modelində yarandığını bir daha təsdiq edir. 

                                                           

27

  Kafesoğlu, 1989, 148; Gürün, 1984, 155; ОКЖА, 84-88; Bu etnonimdə «Su çölü» və 



ya «quzey» mənası olduğunu söyləyənlərin fikrində isə  məntiq yoxdur  (Дьяконов, 1967, 

113; Меликишвили, 1954, 100).  

28

  Мизиев, 1990, 47; Çÿêèåâ, 1988; Azər xalqı, 2000, 129-130. 



29

  XXVI əsrdə Laqaş ensisi Eannatum, XXIV əsrdə Ulu Sarqon və XXIII əsrdə Naram-

Suenə aid yazılarda subarlar xatırlnır. XVIII əsrdə isə Hammurapi 1762-də Subartu və Qu-

tium ölkələrinin ordusuna, 1755-də Subartu, Kakmum və Turuku ittifaqına qalib gəldi-

yini qeyd edir (Юсифов, 1987; ИДВ, 1988, 103-107).  

     I Adadnerari (XIV əsr) özünü «güclü kassi, kuti, lulume və subar boylarını məhv edən 



hökmdar» adlandırır (АВИИУ ¹1); I Tukulti-Ninurta (XIII əsr) özünü «subar ölkələri-

nin qüvvələrini qıran», ətraf ölkələrin, o cümlədən «quti və subar hökmdarı» adlandırır, 

«subarların bütün geniş ərazili ölkəsini odda yandırdım» - deyir və on subar olkəsinin 

(bölgəsinin) adını sadalayır (АВИИУ, ¹3, ¹4, ¹8);

 

Azərbaycandakı subarlar haqqında 



bəlgələr m.ö. IX əsrdən məlumdur, belə ki, asurların 820 və 737-də Madaya yürüşündə 

Zəncana yaxın Sibur//Sibar qalası da hücuma məruz qalmışdı (Дьяконов, 1956, 135, 200).

 

30

 Юсифов, 1987, 32;  AT, 1996, 38-39. 



31

 Tan sülaləsi yazısında Aralın quzeyində m.ö. IV-III əsrlərdə Su dövlətindən bəhs olu-

nur (Yavuz, 41); Əslində Çin qaynağı Su boyu ilə Aşina soyunu Xəzərin batısında verir. 



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə