A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə50/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   46   47   48   49   50   51   52   53   ...   226

 

109 


M.ö. II minilin son əsrlərinə aid Şahtaxtı və Xaçbulaq kurqanlarında atlı 

basırığın ortaya çıxması aydın göstərir ki, atlı basırıq gələnəyi də öncə 

Azərbaycanda yaranmışdır.  

Çində atlı (süvari) birlikləri ilk dəfə Wu-ling tərəfindən m.ö. 325-

299-cu illər arasında yaradılmışdır. Çində düzənli (nizami) süvari alayları 

isə ilk Xan sülaləsindən, yəni m.ö. 206-dan sonra görünür. Yunan-Troya 

müharibəsində troyalılar «çoxlu atları olan», «atı ram edən», «atla döyü-

şən», «cəsur atlılar» kimi təqdim olunr. Yunanlılar isə yalnız Pers-Yunan 

savaşından sonra süvari alayları yaratdı, bu işdə onlara 300 saqa süvarisi 

kömək etdi.

347

 Bəzi dialektlərdə süvariyə atlığ de-



yilirdi. Atları zirehə bürüyən ağır yaraqlı süvarilər 

yaxın döyüşlər üçün yararlı idilər.

 

Uzaqdan ox atan



 

və ya qurd savaşı aparan süvarilər isə yüngül ya-

raqlı döyüşçülər idilər:  

Ağır və ya yüngül yaraqlı olmasından asılı 

olmayaraq türk süvarisi hər an dönüb hücuma

 

keç-



məyə  (qanuştu) hazır idi. Böyürdən həmlə etmə 

üsulu  böyürlə adlanırdı: «Ol yağını  bögürledi».

348

 

Belə bacarıqlı türk süvarilərindən Çin, Bizans və



 

Xilafət ordularında da istifadə

 

olunurdu.



 

Belə ki,


 

Bizans ordusunda

 

583-də hun



 

Apsix


 

stratiqdən (baş 

komandan) sonra ikinci hərbi rütbə sayılan ipostra-

tiq vəzifəsinə təyin edilmişdi.

349


  

Orta Asiyadan tutmuş Misirə  qədər Xilafət ordularının bəzisində 

əsas özəyi,

 

bəzilərində isə əsas süvari alayları türklər idi. Aralıq dənizinin 



güney-doğu yaxalarını ələ keçirib, Tulunoğulları dövlətini (868-905) qu-

ran Əhməd bin Tulunun komutanlarının çoxu türk olan 100 minlik ordu-

sunun özəyini 24 minlik türk əsgəri təşkil edirdi.

350


 Z.

 

V.



 

Toğan ərəb cins 

atlarını yetişdirən «bek» soyundan və  ərəb ordusunda xidmət edən türk 

bəylərinin kayığlı, kıpçaklı, karluklu, azgişoğlu, tulunoğlu və yemakoğlu 

soylarından bəhs etmişdir.

351


  

                                                 

347

 Azər xalqı, 2000, 257. 



348

 MK, III. 332. 

349

 Симокатта, I. 14. 5. 



350

 Elçibey 1997, 153. 

351

 Togan, 1981, 174-175. 




 

110


Qüdrətli türk döyüşçülərinə, başbuğlarına böyük önəm verən xəli-

fələr barədə, türk süvarilərinin igidliyi haqqında ərəb qaynaqlarında xeyli 

bəlgələr vardır

.

352



 

Ərəb dilinə keçən türkizmlərin sırasında hərbi

 

terminlər 



də az deyil

.

353



 

Ərəb yazarı Cahiz (774-870) ərəb müəlliflərinin türklərə aid 

dedikləri sözlərdən belə örnəklər verir: «türk ömrünün günlərini toplasan, 

at üzərində keçirdiyi günlərin sayı yerdə keçirdiyi günlərdən çox olacaq»; 

«onların mayası  hərəkət üzərində yaranıb, bir yerdə durmaqla araları 

yoxdur»; «başqa birisi yayına bir ox qoyana qədər türk on dənə ox atır»; 

«arxasından gələnə atdığı ox önə atdığından fərqlənmir»; «geri çəkilərək 

təkrar hücum edən xorasanlı  və bozqırlı türklərdir» və sairə

.

354


 

Döyüş 


vaxtı türk süvarisinin atı qəfil geri çevirib arxaya ox atması, onu təqib 

edən düşmən döyüşçülərini bir-bir oxdan keçirməsi bacarığı «atın üstün-

də sifəti ilə ənsəsinin yerini dəyişə bilən bir türk ön tərəfə necə ox atırsa, 

arxaya da eləcə ata bilir» (Məsudi) deyimi ilə verilmişdir.

 

Saqa, qamər, subar, hun, kuman və sair türk döyüşçülərinin at üzə-



rində göstərdiyi igidliklər Çindən

 

Avropaya və



 

Ön

 



Asiyaya qədər

 

müxtəlif 



xalqların arasında  əfsanəyə çevrilmişdi. Koreyadan tutmuş Avropanın 

göbəyinə  qədər yayılmış bu gələnəksəl süjetin (geri ox atma) müxtəlif 

çağların sənət əsərlərində əks olunduğunu görmək olur:  

                                                 

352

 Kitapçı, 1987. 



353

 Alp, ordū//urdū, inkişari (yeniçəri), başbuzuq, alay, taqım, yaraq, sübaşi, bimbaşi, 

yüzbaşi, unbaşi, başçaviş, buluk, dunāma (donanma), senje, sünkü, kuşlak (kazarma), 

qundak, karakul və s. (Захиди, 1967; Çàùèäè, 1977). 

354

 Cahiz, 1988, 67-70. 




 

111 


4. İSLAMAQƏDƏR ÖN ASİYADA QURULAN 

TÜRK  DÖVLƏTLƏRİ

 

Bu

 



başlıq altında sıralanan türk dövlətlərini

 

yarandığı



 

coğrafi


 

əraziyə 


görə iki yarımbaşlıq altında vermək olardı: 1) İslamaqədər  Anadolu  və 

İkiçayarasında qurulan türk dövlətləri; 2) İslamaqədər  Azərbaycanda  

qurulan türk dövlətləri. Belə başlıqlar qədim türk dövlət qurumlarının elmi 

sistemlə öyrənilməsi, özəlliklə Anadoluda İslamöncəsi türk bölgə  və  bəy-

liklərinin tarixi baxımından gərəklidir. Çünki bu bəyliklər təkcə Orta Asiya-

dan gələn 40-50 min ailə ilə qurulmamışdı, onlara yardım edən yerli xalqlar 

vardı. Onların çoxu Bizans dönəmində xristian olmuş qaşqay, subar, urum, 



matien-ermən, kuman, qamər və sair adlarla bəlli idi və m. ö. III minildən 

üzübəri tarixi qaynaqların Anadoluda qeyd etdiyi bu türk boyları «göydən 

düşmə» və ya Altaydan gəlmə mifik «köçərilər» deyil, prototürk çağından 

Azərbaycanı, İkiçayarasını, Doğu və Güney-Doğu Anadolunu əhatə edən Ata-

yurdda qalmış türklər idilər.

Bu səbəbdən, həmin boylara aid dövlət qurum-



larını Ön Asiya başlığı altında vermək daha münasibdir. 

2

  



Türk dövlətləri haqqında aşağıda verilən bilgi əhatəli olmasa da, in-

diyə kimi tədqiq olunmuş arxeoloji abidələrin və oxunmuş  qədim yazılı 

qaynaqların verə biləcəyi bilgi qədərdir.

 

Bu səbəbdən,



 

bəzi dövlətlər haq-

qında məlumat qısa, bəziləri haqqında isə nisbətən geniş alınmışdır. Bu  

dövlətlərin etnik əsası elmi ədəbiyatda indiyəcən ya təhrif edilmiş, ya da 

üzərindən sükutla keçilmişdir. İmkan daxilində etnik mənsubiyəti göstərən 

dil bəlgələrinin müqayisəli təhlilinə, sonrakı türk xalqlarının dilində onların 

davam etdiyini sərgiləyən bəzi əlavə bəlgələrə də burada yer verilmişdir. 

Ən qədim türk dövlətlərinin yarandığı ərazilərdə mövcud olmuş arxeoloji 

kulturlar haqqında I Bitikdə məlumat verildiyi üçün burada yalnız hər bir 

konkret dövlətin coğrafiyası üçün xarakterik olan arxeoloji kulturun bəzi 

özəllikləri ötəri xatırlanır.  

                                                           

 Azərbaycandakı dövlətləri yaranma çağına görə «Protoazər» və «Azər», yarandığı 



bölgəyə görə «Arazdan yuxarı» və «Arazdan aşağı» adlı başlıq və yarımbaşlıq altında 

qruplaşdırmaq olardı, lakin belə bölgülər gələcəkdə konkret tədqiqlər üçün münasibdir. 

Burada isə bir sıra qədim türk dövlətləri ilk dəfə gündəmə  gətirildiyi üçün oxucuya 

ağır olan əlavə bölgülər deyil, bir başlıq altında ümumi bilgi verilir. 

2

  Bu sırada qədim «Subar eli»ndən sonra verilən «Subar bəyliyi» və «Doğu Subar bəy-



likləri» yarımbölmələri ilə tarixi ardıcıllığın pozulması oxucuya eyni boy haqqında bir-

birindən aralı bölmələrdə deyil, bir yerdə bilgi vermək istəyi ilə bağlıdır. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə