A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə46/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   42   43   44   45   46   47   48   49   ...   226

 

99 


Mütəxəssislər m.ö. II-I minillərin qovuşuğunda Güney Qafqazın 

batı bölgəsindən başqa, əksər bölgələri ilə Güney Azərbaycan silahlarının 

eyni olduğunu yazırlar.

315


 Protoazər boylarının etnik birliyini sərgiləyən 

bu fakt həm də həmin boyların bir-birilə yaxın əlaqəsini və metalişləmə-

nin inkişafını göstərir. Gədəbəydən Almaniyaya aparılan silahlar içində 

bu tip xəncərlər vardı: 

Saqa (skit) dilində  xən-

cər anlamlı ακινάκης (akinak) 

sözü hər iki tini iti olan

 

kınqı-



rak (qəmə) və m.ö.

 

çin



 

dilinə


 

keçən


 

kung-lu (qılınc), sonralar 

rus dilinə keçən kinjal (xəncər) 

sözləri ilə bağlı ola bilər. Azər

 

dilində



 

xəncər

 

sözülə adlanan 

bu silahı  bəzi türk qaynaqları 

bögde   bükte sözülə verir: 

«anı bükdələdi» (onu xəncər-

lədi).

316


  

Hunlar düz, göytürklərsə 

əyri

 

qılıncdan istifadə edirdi. 



Qılınc-xəncər qabı qın, qılıncın 

qəbzəsi balçaq, qılınc asılan kə-

mər

 

karaçur



 

adlanırdı. Azərbay-

canda hələ dəmir xəncər-qılınc-

dan öncə mükəmməl tunc xən-

cərlər vardı: 

«Altın-arıq» adlı xakas 

eposunda fit verən deşikli və 

üçpərli ox ucu sır çöme,  dəri-

dən tikilən” oxqabı saadak, bir 

qarışa yaxın dəmir ucluqlu cida 



süüm sini çıda deyimlərilə yanaşı,  xara molat xılıs (qara polad qılıc) 

ifadəsi vardır. Qılıncla bağlı bu son deyim Dədə Qorqud kitabında «qara 



polad üz qılıc» şəklində çox işlənir. Burada fit verən ox haqqındabəlgə də 

                                                 

315

 ИИГК, 1971, 190-197. 



316

 MK, III. 352; Monqolca qılınca kituqa, oxa num (



<

 numun), tunqusca qılınca komo, 

oxa barq deyilməsi də bu dillərin türklərdən fərqli arealda formalaşdığını göstərir. 



 

100


çin qaynaqlarında Metenin fit verən ox düzəltməsi məlumatını təsdiq edir. 

Fit səsi çıxarmaq üçün oxa bağlanan üç yanı deşikli hissəni bildirən sokım 

terminini M. Kaşğari belə izah etmişdir: «Bir ağac parçası cam qozası şək-

lində kəsilərək içi oyulur, üç tərəfindən deşik açılaraq oxun üzərinə bər-

kidilir».

317


 

Əvvəlki oxlardan daha uzağa yeni ox atışı çuram, buynuzdan olub, 

yayın iki bağlanan yerinə, ipin altına qoyulan hissə tuva dilində tenke adla-

nırdı. KDQ-da «ağ yeləkli ötkün ox», «üç yeləkli qayın ox», «ağca tozlu 

qatı yay» deyimləri və ox ucluğunu bildirən dəmrən sözü vardır. Ümumi-

yətlə, yay-oxla bağlı yaranmış çoxlu terminlər qədim türk qaynaqlarında 

işlənmişdir: 

koğuş 

kovşama 

karvi  

toz 

bağır 

başak 

gez 

yök, yüg, yüng 

dəmrən, təmrən 

temürgen 

tili 

çırquy 

kesme 

katutluq 

ulun, kalva 

azak, azuk 

ayrıc  

çığılvar 

sadaq, okluq 

bilük (belik

kurukluq 

keş (kış

kış kurman 

yasık, gedeleç 

ox qayırmaq üçün kəsilən ağac 

koğuşun yağlanması 

incə bir yay növü  

yayın kirişi 

yayın orta hissəsi 

ox və nizə ucluğu  

oxun kirişə taxılan kəsik, kərtik yeri  

ox yeləyi 

ox ucluğu  

ox ucluğu, dəmrən 

dəmrən üzərindəki sarğı 

dəmrənin qabarıq hissəsi  

dəmrəni enli ox 

dəmrəni zəhərli ox  

dəmrənsiz ox 

haradan atıldığı bəlli olmayan (azmış) ox 

iki çatallı ox  

balaca ox  

ox qabı 


ox qabı  

ox qabı 


ox qabı 

yay-ox qabı 

yay qabı 

                                                 

317

 MK, I. 397-398; Yunan qaynaqlarında «ox» anlamında  saqitta (Xerson epiqrafik 



yazılarında saqit) sözünün işlənməsi skit (saqa) boylarına məxsus ox ilə bağlı ola bilər.  


 

101 


Türk dövlətçilik gələnəyində hakimiyətin (yay) və hakimiyətə tabe 

olanın (ox) simvolu kimi önəm daşıyan yay-ox həm də

 

inanc sistemində 



yer tutur. Belə ki, türk toplumunun bəzi boylarında qılınc və yay-ox kultu 

vardı.


318

 «Altay-kişi, teleut, şor və xakas mərasimlərində istifadə olunan 



yay-ox simvolu uşaqların himayəçisi işıqlı tanrı Humayla assosiasiya olu-

nur».


319

  

Turk yaraq-yasağı içində qılınc-xəncərlə yanaşı, xeyli deşici-kəsici 



silahlar vardır: sancaq, qarmaq, cida (nizə), yarınca (mızraq), göndər və 

süngü.

 

Bunlardan yalnız cida sözü türk və



 

moqol-tunqus

 

(cida/qida)



 

dillə-


rində paralel işlənir. Qısa mızrağa,

 

cidaya kaçut deyilmişdir. Hunlar qısa,



 

göytürklərsə uzun cidadan istifadə edirdilər.

320

 Qarğı, sur, almas və altun  



təyinləri ilə  işlənən cida türk döyüşçüsünün  əsas silahlarından idi. Cida 

sözü macar (dsida), slavyan dillərinə  (djida) də keçmişdir.

321

 «Kütəlmiş 



cida» deyimi onun sürəkli işləndiyini göstərir. Mızraq, qarğı anlamında 

gönder termini də işlənmişdir: «Altmış tutam ala gönderin koltuğ(una) 

kısdı, Aruza bir gönder vurdu».

322

  



KDQ-da «ağ sancaqlı alay» deyimində göründüyü kimi, sancaq həm 

də ucuna tuğ-bayraq asılan savaş bəlgəsi idi.

 

Ucluğu öncə sümük (süñük



olduğu üçün süngü şəklində işlənən bu qədim silahın adı azər

 

dilində bu-



günəcən qalmışdır. Türk dillərində  süñü, sünüg, süngü  şəklində  işlənən 

bu söz cida, mızraq, nizə sözlərinin sinonimidir. M. Kaşğari başlığı olan 

süngünün «başaklığ süngü» adlandığını qeyd edir.

323


  

Görünür, «sancaq» və «bayraq» anlamında sumercə badara sözün-

dəki ilkin sancmaq//batırmaq anlamına uyğun türk dillərində bayrağın da 

*badıraq variantını praforma saymaq lazım gəlir. Daş dövründən işlənən 

daş balta, sonra metal balta yaraq-yasaq sırasında önəmli yer tutmuşdur. 

İki ağızlı metal təbərzin (sekira) isə sonra ortaya çıxmışdır. IV-III minil-

lərdə metal balta İkiçayarasından geniş areala yayıldı və türkcənin balta, 

balqa sözü sumercə  balaq, akadca pilaqqu  şəklində  işləndi, het dilində 

isə malatti «döyüş silahı» anlamı qazandı.

324

 Görünür, «təbərzin» anlamı 



                                                 

318


 Bu barədə geniş bilgi «Qılınc kultu» adlı məqalədə verilmişdir (Úÿëèëîâ, 1989 à). 

319


 Гричан, 1987, 196. 

320


 Bu baxımdan, «cidanı çuvalda gizlətmək olmaz» deyimi diqqəti çəkir. 

321


 Этимология, 1975, 94.  

322


 KDQ, I. 250. 

323


 MK, I. 497. 

324


 Friedrich, 1952, 133. 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə