A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə48/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   44   45   46   47   48   49   50   51   ...   226

 

104


Türk dövlət və ordu başçıları qoşunu mənasız savaşlarda tələf ol-

maqdan qoruyurdular. Əlacsız qalanda mübahisəni həll etmək üçün hər 

iki tərəfdən bir nəfərin meydana çıxıb təkbətək döyüşməsini təklif edir və 

qalib tərəf bu döyüşün nəticəsi ilə müəyyən olunurdu. Bu taktikanın ilk 

örnəyini qədim Azərbaycanın Aratta elində görürük. Sumer (Uruk) çarı 

Enmerkar Aratta elinin ona tabe olmasını  təklif edəndə,

 

Aratta elbəyi 



deyir ki, sən də öz pəhlivanını çıxar meydana,

 

mən də. Hansı qalib gəlsə, 



onun ölkəsi qalib, o biri tərəf isə məğlub ölkə sayılsın.

332


  

Sonralar «Şahnamə» bu taktikanın

 

Turan elində geniş istifadə olun-



masından bəhs edir. Təkbətək döyüşə çıxan bahadırlar isə çoxlu fəndlər 

bilməli idi. Koroğlu eposunda «77 fənd» deyimi mübaliğəli olsa da, buna 

işarə edir

 



 

ümumiyətlə,

 

təkbətək döyüşün şişirtmə təsviri təbii sayılma-



lıdır. «Alban

 

tarixi» kitabında yağmaya gedən onoqur boyundan



 

bir bəyin 

«Bu qırğın kimə lazımdır? Çıx

 

qabağıma üz-üzə gələk!»



 

-

 



deyə, İran şahı 

Şapuru təkbətək döyüşə çağırması verilmiş, onun görkəmi isə belə təsvir 

olunmuşdur:

 

Həmin hündürboylu hun nəhəng bir adam idi; böyük



 

bədə-


ninə əlli qatlı zireh geyib, iri başına mismarlı dəbilqə keçirmiş, üç qarış 

olan enli alnını misdən qayırılmış lövhə ilə örtmüşdü. Nizəsinin sapı uzun 

ağacdan idi, şimşək çaxan qılıncı isə onu görənləri dəhşətə salırdı.

333


 

Türklər bir ölkəni tutmaq üçün öncə ora azsaylı bölüklərlə kəşfiyat 

xarakterli yağma akınları edirdilər

 



 

bu akınlar vaxtaşırı təkrar

 

olunurdu. 



İ. Kafesoğlu demişkən «bu yağma və yıpratmalardan moralı pozulan» 

ölkə əhalisini çaşqın durumda məğlub etmək xeyli asanlaşırdı. Türklərin 

savaş taktikasından biri də gecə vaxtı qəfil hücum idi: «Qırğız xalqına, 

türkiş xalqına yuxuda ikən hücum etdik» (Kültegin). Tarixdə türk ordusu-

nun gecə vaxtı belə «qəfil hücum taktikası» ilk dəfə m.ö.

 

XIX-XVIII əsr-



lərdə asur qaynağında qeyd olunmuşdur. Mari arxivində üzə çıxan bu sə-

nədlərdə asur çarı I Şamşi-Adadın (1813-1781) oğluna yazdığı məktubda 

bu dəfə türk (turuk) döyüşçülərinin qəfil hücum taktikası ilə vuruşacaqla-

rını belə yazır: «Yatanı oyadan, oyanana aman verməyən turuklar kimi 

edəcəyik».

334


 

«Düşmənin üstünə yel təki əsən atlı əsgər» (Koroğlu) ilə vaxtaşırı 

qarşılaşan çinlilərə aid qaynaqda «fırtına kimi ortaya çıxıb, şimşək kimi 

qeyb olan hun əsgəri» deyiminin işlənməsi təbii idi. Akın sözünü «qəfil 

                                                 

332


  Белицкий, 1980, 84-85. 

333


  Kalankatuklu, 1993, 30. 

334


  Dossin, 1950, 48-49 (16 №-li tablet); Bayram, 1988, 95.   


 

105 


sel» kimi izah edən M. Kaşğari akınçı termininin yozumunu gecə vaxtı 

ansızın sel kimi gələn  əsgərə  «akınçı  gəldi deyilir» şəklində vermiş  və 

«Bəg akınçı akıttı» (bəy akınçı göndərdi) misalını örnək göstərmişdir.

335


  

Gecə vaxtı ayrı-ayrı hissələrin bir-birilə çarpışmaması üçün orduda 

türklər tərəfindən düşünülmüş quş və yaraq adlarından biri «parol» kimi 

işlənir və buna im deyilirdi. Belə bir atalar sözü də vardı: «İm bilsə ər öl-

məz».

336


 İmdən başqa, orduda bir şüar, hayqırtı, qıyya vurma formasında 

uran gələnəyi də vardı: Ur a! (Vur a!).  

Hücuma səsləyən «ura»ın əksi olaraq, bir Bizans qaynağında qeyd 

olunmuş «dur a!» deyimi vardır. F. Simokatta qeyd edir ki, yürüşdə avar 

döyüşçüləri çox irəli gedənlərin dayanması üçün öz dillərində  «torna, 



torna» deyirdilər.

337


  

Göründüyü kimi, VI əsrin sonlarına aid bu olayda 

«durun a!» deyimi işlənmişdir. 

Əsasən


 

barış


 

tərəfdarı

 

olan


 

türklər yalnız

 

məcburiyət



 

qarşısında mü-

haribə edirdilər.

 

«Savaşda isə seçim haqqı türkün əlində olurdu».



338

 Ona 


görə  də istədikləri savaş taktikasını işlədə bilən türklər daha çox «Turan 

taktikası»,

 

«Bozqır savaş taktikası» və



 

«Qurd savaşı» adlanan savaş üsu-

lundan istifadə edirdilər. Turan taktikası ilə qurd savaşı deyimlərinə ay-

dınlıq gətirən yazarlar doğru olaraq qeyd edirlər ki, elmi ədəbiyata Turan 



taktikası adı ilə daxil olan bu savaş növünə xalq qurd oyunu deyir, qurd 

savaşı bütövlükdə türk savaş üsullarını bildirən Turan taktikasının yalnız 

bir üsuludur.

339


 

Qurd öz ovunu pusquda durmuş qurdlara tərəf qovduğu kimi, qurd 

savaşının məqsədi də düşməni aldadıb, onu öncə pusqu (yaşlaq) qurulmuş 

yerə çəkmək idi. Bu oyunu yaxşı bacaran döyüşçülər düşmən qoşununa 

basqın edərək, atı o

 

yan,



 

bu yana cəld hərəkətlərlə fırladır, düşmən ordu-

sunda çaxnaşma yaradırdı. Bəzi çinli və batılı yazarlar bu qurd oyununu 

«nizam-intizamsız döyüş» saymışlar. Əslində isə, zahirən pərakəndə hü-

cumlar kimi görünən qurd oyunu əsrlərlə sınaqdan keçərək təkmilləşmiş 

«nizamlı» bir taktika idi, bu oyunu «oynayanlar»

 

lazımi


 

anda bir-birindən 

                                                 

335


  

MK, I. 77, 212; Herodot Krezə qədərki çağda İoniyaya qamər yürüşünü «uzun müd-

dətli istila deyil, sadə yağma akını» kimi verir (Herodot, I. 6).

 

336



  MK, I. 38; Olsun ki, azər dilində him-cim anlamaq deyimi də bununla bağlıdır. 

337


  Simokatta, II. XV. 9;  Bu forma qazax-qırğız şaman duasında işlənən «gelsen-a!» 

deyim modelinə uyğundur (İnan, 1972, 143). 

338

  Cahiz, 1988, 70. 



339

  ßñýÿð-Ãûï÷àã, 1996, 141. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə