A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə47/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   43   44   45   46   47   48   49   50   ...   226

 

102


ilə yunan dilində işlənən pelek (πελεκυς) sözünün mənşəyi də İkiçayara-

sına gedib çıxır. Ksenofont yazır ki, Astiyaqın nəvəsi Kuruş hələ balaca 

uşaq ikən ona palton  (παλτόν)  silahı bağışlamışdılar.

325


 Türkcənin balta 

sözü kimi, bıçaq sözü də tibet, ərəb, pers, rus və sair dillərə keçmişdir.

326

 

 Savaşda orğan (arkan) işlədən türk süvariləri ondan bacarıqla isti-



fadə edirdilər.

 

Alban elinin Qarqar düzündə aparılan savaşda belə döyüş 



səhnəsini M. Xorenatsi təsvir etmişdir. O yazır ki, barsil bəyinin atdığı 

arkan hədəfi dəqiq tutdu.

327

 KDQ-da


 

«altı pərli kürz»

 

deyimi işlənir.



 

Azər 


dilində

 

daha çox toppuz şəklində tələffüz edilən topuz da



 

qədim


 

silah növ-

lərindəndir.

 

Asur



 

qaynağında (m.ö.

 

IX  əsr)  Lapturu Tubusu adında topuz 



sözünün işləndiyini güman edən Ş. Günaltay bunun Topuz (oğlu) Alpturu 

ola biləcəyini qeyd edir.

328

 

Qədim türklər dəbilqə (şlem) anlamında tolqa//tulqa, dəmir başlıq 



anlamında  ışuk  sözlərini işlətmişlər. Bunun tuğulga variantı da vardır: 

«Başındakı tuğılğanı nə ögərsin, mərə kafir, başımdakı börkümcə kəlməz 

maña» (KDQ). Başında tulqası, əynində zirehli donu olmayan döyüşçüyə 

başnak ər deyilirdi. Tulqanın altından başa qoyulan nəsnə kedük, dəridən 

düzələn qalxan tura, qalxanı başına tutmaq isə yapınmaq adlanmışdır.  

Beləliklə, m.ö. III minillikdən formalaşmağa başlayan sosial-siyasi 

qurumlara dayanıqlı türk

 

ordu sisteminin oturaq və yarımköçəri etnik özəl-



likləri yaranmış, ordu düzəninin daxili quruluşu möhkəm nizam-intizama 

əsaslanmışdır.

 

Müəyyən inanc və dövlət



 

atributlarının da orduya transfer

 

olunması, çalğı alətləri, bayraq-sancaq protokolu bu nizam-intizamı törə 



gələnəyinə salmışdır. Tarixboyu türklərdə çoxlu yaraq-yasaq növləri ya-

ranmışdır. Türk ordusunun təməlini süvarilərin təşkil etdiyini və azsaylı 



yayaların (piyada) isə köməkçi işlərlə məşğul olduğunu vurğulayan İ. Ka-

fesoğlu yazır: «Bundan dolayı da türk ordularının yetişdirilmə tərzi, hazır-

lıq təlimləri və müharibə taktikaları yabançılardan tamamən fərqli idi».

329


 

Müxtəlif səbəb və  məqsədlə çeşidli savaş növlərində  iştirak edən türk 

ordusunda özünəməxsus savaş taktikası yaranmışdır. 

                                                 

325

  Ксенофонт, 1976, I. III. 7; Lakin tərcümədə bu söz nizə (kopye) sözü ilə verilmiş-



dir. Halbuki körpə uşağa nizə yox, balta verilə bilərdi. 

326


  Этимология, 1980, 131. 

327


  Хоренаци, 1858, 151. 

328


  Asur qaynağı Kaşiyar dağı yaxınlığındakı bölgə bəyinin adını Lapturu Tubusu kimi 

və buradakı müasir Matra şəhərinin adını Matara şəklində verir (АВИИУ, ¹26). 

329

  Kafesoğlu, 1989, 270. 




 

103 


Türklərin istər  şəhərli, oturaq, istərsə  də bozqırlı 

qismi savaşdan daha çox barış durumuna üstünlük 

verir,

 

yalnız zəruri hallarda



 

savaşa


 

qatılırdılar.

 

Pro-


toazər boylarından yalnız  turuk boyunun asurlara 

qarşı


 

akınları


 

haqqında tarixi bəlgələr

 

vardır.


 

Mana 


çağında asur və urartulara qarşı aparılan müharibələrdə isə zəbt olunmuş 

bölgələri geri qaytarmaq uğrunda vuruşurdular. Bozqır türklərinin savaşı 

da yuxarıda bəhs etdiyimiz savaş növlərilə bağlı idi. Lakin tarixboyu mü-

haribə şəraitində yaşamış türklər yaxşı savaşmağı bacarmaq zorunda idi 

və ona görə də yeniyetmə və gənclər əsgəri təlim-tərbiyə ilə böyüyürdü.  

Türk hərbçilərinin dilindən qaynaqlar yazırdı ki, «böyük və şərəfli 

hərbçiyə 9 heyvanın keyfiyəti lazımdır: toyuq üstünə atılan xoruz qızğın-

lığı, şir ürəyi, vəhşi qabanın hücumu, tülkü hiyləgərliyi, it səbri, qartal 

yüksəkliyi, durna sayıqlığı, qurd yırtıcılığı, çətin və  fəlakətli durumda  

belə yeməkdən əl çəkməyən Xorasan noğayrının iştahı».

330

  

Döyüşçüyə ərən, urunqu deyən türklər dördnala hücumu, basqını 



ilqar (yılqar), mühasirəni egirmə, egrilmə, məğlub etməni yeñmə adlan-

dırırdılar. Savaşda öndə gedən süvari kəşfiyat qoluna yelme, qarşıda pus-

qu və ya düşmən qüvvələrin olub-olmadığını yoxlamaq (yol yelimləmək

üçün öndə gedən bölüyə yizək (yezək), dirənişə keriş, pərakəndə şəkildə 

icra edilən çapula

 

yalıman, əsgərə kömək üçün göndərilən əlavə qüvvəyə 



yetüt deyilirdi. 

Gecə düşmənin qaravul və ön cəbhə  əsgərlərini yaxalamaq üçün 



tutqak adlanan öncül atlı bölüklər olurdu. Düşmən cəbhəsindəki durumu 

öyrənmək üçün tutulub gətirilən düşmən döyüşçüsünə tıl «dil» deyilirdi. 

Türklər adətən qəfil hücumları gecə ikən edirdilər.

 

Yağmurlu havada isə 



savaşa girmirdilər, çünki yağış kirişi isladıb yumşaldırdı, boşalmış yayla 

atılan oxun hədəfi dəqiq vurması çətinləşirdi. 

Türklərdə savaş taktikasının yaranmasında atın

 

və yay-oxun böyük 



rolu vardı. Süvarilərin uzaqdan yağdırdığı ox yağışına tab gətirmək çox 

çətin idi. Türk ordusu savaşda müxtəlif taktiki üsullardan istifadə edirdi. 

Bunlardan birini M. Kaşğari belə verir: «Savaşda ülker-çerig deyilən bir 

kurnazlıq (hiylə) vardır: əsgərlər hər yandan bölük-bölük toplanır, birisi 

irəliləyincə ötəkilər də ona uyur, bu hiylə ilə yenilmə işi az olur».

331


 

                                                 

330

 ßñýÿð - Ãûï÷àã, 1996, 38. 



331

 MK, I. 95. 

 

Savaş  

taktikası

 



Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə