A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə49/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   45   46   47   48   49   50   51   52   ...   226

 

106


ayrılır və yenidən bir yerə  yığılırdılar. O ki qaldı, nizamsız hərəkətlərə

qurd oyununun məqsədi məhz bu idi: çaşqınlıq yaratmaq üçün nizamsız 

görünən hərəkətlərlə «qurd oyunun aralığa salanda» (Koroğlu) aralıq qa-

rışsın, meydanda düşmən tərəfin nizamı pozulsun. Belə psixoloji çaşqın-

lıq içində olan düşmən görəndə ki, basqın edənlər artıq «qorxub» meydan-

dan qaçır, düşürdülər onların dalınca və onda ayılırdılar ki, artıq pusquya 

düşüblər və bu vaxt hər iki yandan hücuma keçən türklər əsas  məqsədlə-

rini reallaşdırmış olurdu.

 

Beləliklə, nizamsız görünməyin, guya qorxub 



meydandan qaçmağın və düşmən əsgərini onu qovmağa təhrik etməyin 

özü əslində düşünülmüş savaş taktikası idi.  

Metenin belə bir qurd savaşını 

çin qaynağı təsvir edir. Belə ki, Mete  

400 minlik hun ordusunun seçmə 

alaylarını atların rənginə görə arxa 

cinahlarda pusquda saxlayaraq, 320 

minlik çin ordusunun qabağından 

məğlub olmuş kimi geri çəkilir və 

arxasınca gələn çinlilər pusqu quru-

lan yerdə yaxalanır.

340


  

M.

 



Kaşğari türk döyüşçüsünün savaş öncəsi 

ovqatını  təsvir edən bir şeiri örnək verir. Burada 

deyilir ki, savaşa girən türk süvarisi atını yüyənlə-

yib, üzəngiləyib, quyruğunu da düyünləyib, tanrını 

öyür, düşmən döyüşçülərin arxasına düşməsi üçün 

atını aldadıcı manevrlə aldar yana” çevirib qaçır:  

          Kudruk katığ tügdümiz, 

          Tenriğ öküş ögdümiz, 

          Kemşip atığ tegdimiz, 

           

Aldar yana kaçtımiz

.

341



 

Məhz bu «aldar yan» manevrilə qurd sava-

şı gerçəkləşirdi. «Qaçmaq da igidlikdəndir» məsəli 

«Koroğlu» dastanındakı «Qaçar, qaçar, düşmanını 



aldadır, qayıdanda ac qurd olur, sultanım» və ya 

«Mərd meydandan qaçmaz, qaçsa aldadı» deyimləri ilə açılır. 

                                                 

340


 Бичурин, I. 51. 

341


 MK, I. 472. 


 

107 


Bu  şəkillərdən də göründüyü kimi, atının quyruğunu düyünləmiş 

qırğız atlısı qurd oyunu üçün aldar yan üsulundan istifadə edir, koqure 

kulturu çağında koreyalı bir igid isə arxaya ox atma taktikasını öyrənmək 

üçün məşq edir.

342

  

İran ordusuna qarşı xəzərlərin qurd savaşını «Alban tarixi”» təsvir 



etmişdir. «Ari» soyundan olması ilə öyünən Şəhrivarazın ordusuna qarşı 

630-cu ildə Çorpan Tarxan adlı bəyi üç min atlı ilə irəli göndərən xəzər 

başbuğunun ordunun bir hissəsini pusquda saxladığını qeyd edən bu qay-

naqda deyilir:  

«İranlılar hücum edən kimi onlarla üzbəüz olanlar qaçdı və hücum 

edənlər də onları təqib etdilər. Elə bu vaxt pusquda olanlar qəflətən hay-

küylə hər tərəfdən hücum edib,

 

Göyçə



 

gölünün sahilində yanan

 

qamışlığı 



bürüyən alov kimi, iranlıları dörd yandan əhatə etdilər. Onların hamısını 

qırdılar və birini də sağ qoymadılar ki, gedib bu qədər adamın ölməsi 

haqqında bəd xəbəri böyüklərinə çatdırsın»

.

343



  

Orta Asiyada bugünəcən yaşayan kökpori (göy-börü) oyunu, azər 

türklərinin çövkən oyunu qurd savaşı taktikası üçün məşq növlərindən 

idi. Görünür, qurd oyunu ilə  bozqurd mifi arasında da müəyyən  əlaqə 

vardır. Bəzi türk boyları öz əcdadı saydığı bozqurd mifini uzun müddət 

yaşatmışlar, etrusklar bu mifi İtaliyaya, doğuya gedən türklər isə Altaya 

aparmışlar.

344


 

Qurd savaşı alınmaz qalaların alınması üçün də yararlı tak-

tika idi. Belə ki, qala önündə məğlub olunmuş kimi görünən türk əsgər-

lərinin geri qaçması qaladan çıxıb onları izləməyə şirnikdirirdi. İsfahanın 

alınmasında da bu taktikadan istifadə olunduğunu Rəşidəddin qeyd etmiş-

dir. 


Müxtəlif ölkələrdə atın evsəlləşməsi (əhliləşməsi) 

və öncə ondan yük və qoşqu heyvanı kimi istifadə 

olunması IV minildən bəllidir. Lakin atdan minik 

heyvanı kimi yararlanmaq olayı ilk dəfə Azərbay-

canın güneyində baş vermiş və m.ö. II minilin orta-

                                                 

342

  Azər xalqı, 2000, 258. 



343

  

γճÝϳïáõ³óÇ, 1983, 167-169;  Kalankatlı, 1993, 115. 



344

  Türk boyları içində  börü (qurd) adlanan uruqlar vardı.

 

Belə ki, Bit-Baru  (börülər 



evi) bölgəsi Mana elinin güneyində idi və irandilli tayfalar Xəzərin güney yaxalarına 

gələndən sonra buradakı bölgəni də Qorqan (börülər yurdu) adlandırmış  və Girkaniya 

(Hirkaniya) deyimi buradan törəmişdir.  Ən qədim çağlarda Fərat və Zab çayları da 

«börü» adlanırdı. 

 

Atlı türklər 

və süvari 

döyüşçülər 



 

108


larından başlayaraq, burada çoxsaylı ilxılar bəsləyən atçılıq sənəti inkişaf 

etmişdir. Nisey atlarının davamı kimi, Türkmən elində axaltəkə atları isə 

sonralar dünyanın müxtəlif bölgələrində yetişən cins atların (ərəb, ingilis, 

qarabağ, rus və s.) kökündə dayanmışdır. Türk əsgərini uzaq ölkələrə apa-

ran qanadı onun atı idi. Doğu və quzey yönlərə böyük köçlər də atçılığın 

ortaya çıxması ilə intensivləşdi. Belə köçlərdə artıq öküzü əvəz edən atlı 

arabanın sürəti 10 qat artmışdı.

345

 Hər yeniyetmənin yanında yəhərli at ha-



zır tutulur və atla igidlik tryukları (jigitovka) göstərən türk əsgəri ömrü-

nün çox vaxtını atın üzərində keçirirdi. At üzərində qadınlar da igidlik 

göstərə bilir, yeri gələndə savaşda iştirak edirdi. Savaşda görülən igidli-

yin yarısı atın payına düşürdü. Koroğlunun Qıratı, Düratı kimi, Kültegi-

nin də Ağ-ayğır, Az-at, Azman-at, Öksüz-at adlanan atları məşhur idi.  

Türk mifologiyasında at kultu qədim çağlarda, türk etnoqrafiyasında 



at kulturu atçılığın inkişaf etdiyi çağlarda, atlı kulturu isə saqa-qamər və 

hun çağında yaranmışdır. Atla bağlı türk dillərində yaranmış zəngin ter-

minologiya bir çox xalqların dilinə də keçmişdir. Atların cinsinə, yaşına 

və rənginə görə daha səhih adlarının türkcə olduğunu, başqa xalqlardan 

çoxlarının bunu bilmədiyni yazan böyük türk şairi Əlişir Nəvai qeyd edir 

ki, sartlar qamçıya taziyanə desələr də, onlarda boldurğaçubçurğa türk-

cədir. Türk dillərində təkcə qamçının müxtəlif növləri və sinonim cərgəsi 

yaranmışdır: qamçıqılıc-qamçı (kəsici qamçı), berge (bergü) və qırbac 

(qırmanc). Qədim türklər savaş meydanında çevik manevr imkanı olma-

yan yaya (piyada) bölüklərdən nadir hallarda istifadə edirdilər. «At ayağı 

külüg, ozan dili çevik olur» deyən türklər savaş atına ulağa, yalnız savaş 

zamanı əsgərə verilən ata tugzağ, xaqan üçün yedəkdə aparılan ikinci ata 



koş-at deyirdilər.  

Yalnız türklərdə görünən atın quyruğunu düyünləyib savaşa girmək 

gələnəyi özü ilə birlikdə atının da «şəhid» olmağa hazırlanması idi. Atın 

quyruğunu düyünləməyə «dullamaq» deyilirdi.

 

Bu adətin «at çermetmek» 



adlandığını vuğulayan A.

 

Donuk türklərin Malazgird savaşında Sultan 



Alp Arslanın da atının quyruğunu düyünləyib, döyüşə atıldığını yazır.

346


 

Şəhid olan türk döyüşçüsünü atı ilə birlikdə basdırmaq gələnəyi də türk 

toplumunda yaranmış, sonralar bozqır yaşamlı bəzi xalqlara da keçmişdir. 

                                                 

345

 Təkər və arabanın ilk dəfə Urmu gölü ilə Van gölü arasında ortaya çıxması, bunun 



kanqlı oğuz boyu ilə əlaqələndirilməsi haqqında I Bitikdə məlumat vermişdik. Cəng ara-

bası sumer yazılarında 

 GİŞ

GİGİR şəklində keçir.  



346

 Donuk, 1988, 94 (20-ci qeyd). 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə