A zərbaycan türklərinin


partada 20-30 yaşlı döyüşçülərin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə45/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   41   42   43   44   45   46   47   48   ...   226

 

96

Herodot Spartada 20-30 yaşlı döyüşçülərin iren (ərən) adlandığını 



qeyd edir.

303


 Turklərin bu qədim ərən sözü hələ sumer çağından bəllidir. 

Sumer yazılarında «əsgər» anlamı ERİN yazılışı ilə verilir.

304

 Türk dillə-



rinin əksərində işlənən alp sözünün hələ prototürk çağında «alplıq» kultu 

ilə bağlı yarandığını düşünmək olar.



 

Qədim türk abidələrində qəhrəman, 

bahadır, igid anlamı ilə görünən bu əsgəri termindən alpağu, alpər sanı 

da törəmişdir. «Xaqanın mühafizə olunmasında alpağulara xüsusi üstün-

lük verilirdi… Onlar təkbaşına düşmən qoşunu içərisinə girir və onlarda 

qorxu yaradırdılar».

305

 Düşmən sıralarını, müdafiəsini yaran igidləri tüp-



dağıdan, halaypozan, sökmən  epiteti ilə  də yad edirdilər və bunlardan 

sökmən sonralar əsgəri sana çevrildi. Özəlliklə, azər türklərində yalnız 

dialekt fərqi ilə görünən eyni anlamlı ərən (aran) və alpan etnonimlərini 

daşıyan boylar Quzey

 

Azərbaycanda Aran//Alban dövlətini quranlardır.  



Alp kultu gələnəyi ilə bağlı 

alp sanı alan ərənlər, alp-ərənlər, 

alp-ərlər öləndə onlara bengü-daş 

qoyulur, ağıtlar deyilir, dastanlar 

qoşulurdu.  İlk alp sanı alanlardan 

biri də Alpər Tunqadır.

306


 Onun 

ölümünə deyilmiş  ağıtı minillərlə 

saxlayan xalqın söz yaddaşından 

yazıya M.

 

Kaşğari köçürmüşdür.



307

 

Ərənlərin öldürdüyü düşmənlərin 



sayı  qədər «balbal» qoyulurdu.

308


 

Sadəcə, insan fiquruna oxşadılan 

kobud yonma ilə düzəlmiş balbal-

dan fərqli olaraq, «daşbaba» adlı 

bəngü daşlar isə bu şəkillərdən də 

göründüyü kimi,

 

əlində


 

kasa tutan 

ərənlərin özünü təsvir edirdi:  

                                                 

303

  O, saqa (skit) dilində də «ər» anlamlı eor sözünü qeyd edir (Herodot, IX, 85; IV.110). 



304

  Tosun-Yalvaç, 1989, 306. 

305

  ßñýÿð-Ãûï÷àã, 1996, 55. 



306

  Təbəriyə görə, perslərin Əfrasiyab adlandırdığı Alpər Tunqa m.ö. XIII-XII əsrlər-

də Xızır və Musa peyğəmbərlə eyni çağda yaşamışdır (Taberi, II. 533, 648-652). 

307


  MK, I. I 41, 160,  486. 

308


  Бичурин, I. 230. 


 

97 


Türk əsgəri haqqında çin qaynağında «Göytürklər savaşda ölməyi 

şərəf sayırlar, xəstələnib ölməkdən isə utanırlar» deyimi işləndiyini xa-

tırladan L. Rasonyi pers qaynağından da bu örnəyi verir:

 

309



 

    «Yabançı bir ölkəyə gedən qəribi

 

fəna aqibət



 

gözləyir,

 

bunun əksinə 



türklər bir müsəlman ölkəsinə getdiyi zaman orada sayqı görür; əmir və 

ya orduya komandan olur.

 

Həzrəti Adəmdən bugünə qədər para ilə satın 



alınan əsirin sultan olduğu heç bir yerdə görünməyib, türklərdən başqa».

 

Türk ordu sisteminin başucalığı onun əsgəri ilə bağlı idisə, əsgərin 

də güvənci silahında idi. Türk dilində silah anlamında kur, tolum, yaraq-

yasaq  terminləri işlənmişdir. Türk əsgərinin yaraq-yasağı da çoxçeşidli 

olub, gözəl epitetlərlə tanınmışdır. KDQ-da bunlardan bəzisi belə sada-

lanmışdır: 

310


 

Koñur atıñ vergil maña, 

Altmış tutam göndəriñi vergil maña,  

Ap-alaca kalkanıñı vergil maña,  

Qara polad üz qılıcıñ vergil maña, 

Sadağında səksən oxuñ vergil maña, 

Ağ tozluca qatı yayıñ vergil maña.  

Əgni bərk demür tonuñ maña vergil,  

Yiñ yakalar dögdürəyim səniñ üçün. 

Qara polad üz qılıcıñ maña vergil, 

Qafillücə başlar kəsəyim səniñ üçün.  

Qarğutalı süngüñü maña vergil,  

Köksündən ər sancayım səniñ üçün. 

Ağ yelekli oxun maña vergil, 

Ərdən-ərə keçirəyim səniñ üçün. 

Türk

 

ordusunda yaraq-yasaq kulturunun



 

forma-


laşması çox qədim çağlardan başlanmışdır.

 

Şəkildə 



lulu elbəyinin yay-ox və kəmərinə taxdığı tunc balta 

ilə silahlandığını görmək olur.

 

Hələ


 

daş


 

dövründə


 

sü-


mük, ağac və daşdan hazırlanmış bəzi yaraq-yasağın adı sonra mis, tunc, 

dəmir və polad silahların adına keçmişdir. Belə ki, süngüsancaqbalta 

sözləri prototürklərin daş dövründə işlətdiyi alət

 

adlarından qalmadır.  



                                                 

309


 Rasonyi, 1996, 65-66. 

310


 KDQ, I. 104, 221; 1962, 34, 127. 


 

98

Eneolit çağından üzübəri bir-birinin ardınca zaman-zaman mis, tunc, 



dəmir və polad kimi metalların kəşfi silahların keyfiyətini xeyli artırdı. 

Yuxarıda bəzi türk boylarının metalişləmə sənətində irəli gedib, mahir 

dəmirçi və zirehçi kimi tanındıqlarından bəhs etmişdik. Metalla bağlı bir 

sıra sözlər Qıpçaq Çölü ilə kontaktı olan xalqların dilinə Ön Asiyadan bu 

sənəti doğu və quzey yönlərə daşıyan türklərdən keçmişdir. Rus alimləri 

yazır ki, «çuqun tökmə sənətini, həm də əla keyfiyətlə, Avropada başqa 

xalqlardan öncə

 

bulqarlar



 

mənimsəmişdi».

311

 

Dəmirin ortaya



 

çıxmasından 

öncə metal anlamında işlənən dəmir sözü sumer (tibira) və çin (tieh-fan

dillərinə  də keçmişdir.

 

Güney Azərbaycanda yaranan polad sözü isə bir 



sıra xalqların dilinə keçib, sözyaradıcılığında aktiv işlənir.

312


 

İkiçayarasında artıq IV minildə metal bıçaq, balta vardı.

 

Tunc çağı 



metalişləmə  sənəti III-II minillərdə Azərbaycanın  əksər bölgələrində 

görünür. Özəlliklə, bu çağlarda Luristan və Talış bölgəsində hazırlanan 

silahlar daha təkmil idi.  

O. A. Daniyelyan 

Xocalı-Gədəbəy kultu-

runa aid m.ö. II minilin 

ortaları və m.ö. I minilin 

əvvəllərində hazırlanan 

xəncərləri doqquz tipə 

ayırmışdır.

313

 

Təəssüf



 

olsun ki, 

bu kulturu əks etdirən 

kurqanlardan

 

çıxarılmış 



silahların çoxunu Gədə-

bəyin misəritmə zavo-

dunda işləyən V. Belk 

XIX əsrdə Almaniyaya 

göndərmişdir: 

314


  

                                                 

311

 Арцеховский, 1955, 234. 



312

 

Меликишвили 1968, 124; Bu baxımdan, qədim subarların quzey bölgəsində Teburzi 



və Cudi dağdakı Tumur toponimləri diqqəti çəkir (ТУ, 182, 190). «Quran» (57-ci surə) 

dəmiri göy cismi adlandırır. Doğrudan da, çağdaş elmə görə, qədimdə lazım olan istilik 

dərəcəsi ilə alına bilməyən dəmir külçələri zaman-zaman göydən düşən Meteorit parça-

larıdır. Koroğlunun Misri qılıncı motivi də həmin görüşlə bağlıdır.  

313

 Даниелян, 1987, 22-34. 



314

 Qalakənd, 1985; (1999). 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə