A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə53/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   49   50   51   52   53   54   55   56   ...   226
    Bu səhifədəki naviqasiya:
  • Subartu

 

118


nın qədim onomastikası sırasında SubarSumerSamar(a), Turku, Tirka, 

Tirikan, Basar, AranKiş, Sipar (Sippar), Qasur, Asur, Azar, Oquz (Aqus)

Qarqar

 

(Karkar),



 

Kanxar

 

(Kəngər)



 

kimi onlarla yeradının,

 

elmi ədəbiyatda 



tanrıadı kimi verilən,  əslində isə,  iyəadı olub dialekt fərqi ilə  işlənən 

Turuq/Turq/Tarqu,

 

Turan, Baba,

 

Teşub,

 

Asur/Qasur/Asar, Kuər  məbud 

adlarının və Dinqir

 

(Teñri) teoniminin, Elolmuş, Kurum,



 

Tirikan,

 

Yarlaq, 

Arisen, Kaki//Kiki, Dada, Ata, Puta, Topuz kimi şəxs adlarının, su, subar, 

qut, urum, ermən, mitan, turuq, kumuq, kuman, saqa kimi türk boy adla-

rının önəmli çəkisi vardır. 

Ulu Sarqonun son illərindən bəhs edən bir yazıda Subardan Akad 

üzərinə olan basqını Sarqonun uğurla dəf etdiyini qeyd edən rus alimləri 

yazır ki, «görünür, Dəclənin orta, yuxarı axarlarını və qollarını əhatə edən 

Subartuda  banana dilində danışan  əhali yaşayırdı».

18

 Göründüyü  kimi, 



buradakı fıkirdə məntiqsizlik o həddə çatmışdır ki, hətta Subartuda yaşa-

yan subar boylarının dilini «banana dili» kimi verirlər, türk dili deməyə 

dilləri gəlməsə də, heç olmasa, «subar» dili də demirlər.

 

SU.BİR



4

, SU.A


LU



SU.A

 ideoqramları ilə verilib, sumercə Şubur



ki

, akadca Şubartu şəklin-

də yazılan bu adın sonrakı asur yazılarında 

KUR


Şubari//Şubre//Şubura// 

Şubria formalarına rast gəlmək olur.

19

  

Subar boylarının doğudan batıya gəlməsini deyil, batıdan doğuya 



getməsini göstərən tarixi qaynaqlar çoxdur. Bunlardan biri də m.ö. III əsr 

yazarı Apolloniy Rodoslunun sapir  şəklində qeyd etdiyi boyadına  sabir 

şəklində düzəliş verən Stefan Bizanslının bu boyun Pont (Qara-dəniz) böl-

gəsində yaşadığını göstərməsidir.

 

Qədim pullar (sikkələr) üzrə tanınmış 



uzman A. Q. Muxammadiyev başqa türk boyları kimi subar//sabir boyla-

rının da Azaq dənizi ilə Kama çayı arasındakı ərazilərdə məskunlaşdığını 

geniş şərh etmişdir.

20

 



İlkin yazılış forması Subartu və Şubartum olan ölkəadının akadca 

subari’um ~ şubarû şəklində yazılan etnonimlə, yəni «subar» boyadı ilə 

bağlı olması elmi gerçəklikdır. Rəvandüzdən quzey-batı  tərəfdə müasir 



Zebar//Zibara yeradının asur qaynaqlarında Kar-Siparra (Sibar qalası) və 

URU


Zabaria//Zabbaria//Tsaparia variantları mixi yazı fərqini aydın gös-

                                                           

18

  ИДВ, 1983, 239. 



19

  Дьяконов 1967, 113;

 

Саркисян 1989, 11;  Sonrakı çağlarda



 

isə subar etnoniminə 



suvar, savar, savir, sabir,

 

sibir,

 

sipar, sper, zebar və sair fonetik variantları qeyd olun-

muşdur ki, bunlardan yeri gəldikcə örnəklər veriləcəkdir. 

20

  Латышев, 413; Мухаммадиев, 1990. 




 

119 


tərir.

 

21



 

Türk dillərinin fonetik inkişafına uyğun olaraqsub sözünün ilk 

samiti s > ş/z, orta saiti u > ı/i, son samiti b > m/p/v/w/Ø dəyişmələrinə 

uğramışdır. Subar adının minillər boyunca müxtəlif dil və dialekt dəyişmə-

ləri ilə ayrı-ayrı dövrlərdə mixi, latın-yunan, hay, ərəb-fars yazılarında ya-

ranmış müxtəlif morfonoloji variantları vardır. Bu ada qoşulan şəkilçiləri 

iki qrupa ayırmaq olar; etnonimlərə qoşulub cəmlik, topluluq bildirən -bi 

və -ar/-er/-ir şəkilçiləri ilə işlənənlər: 

 

      -bi



sum-bi 

suv-bi 


suw-bi  

su-bi  


    -ar/-er

sub-ar (Subar, Şubar) 

suv-ar  

sib-ar (Sibar-is)  

sıp-er (Sper)  

sip-ar (Sippar)  

sum-er (Sumer//Şumer)  

sam-ar (Samar-a) 

 

 

 



-ir

sav-ir  


zab-(i)r-at (Zabrat) 

şup-(i)r-ia (Şupria) 

sab-ir-an (Sabiran) 

şab-(i)r-an (Şabran) 

sib-ir (Sibir)  

sam-ir (Samur?) 

Göründüyü kimi, sonrakı çağlarda türk toplumu içində yaşamını 

davam etdirən qədim subarlara məxsus arxeoloji, etnoqrafik, mifoloji

folklor, dil bəlgələri başqa etnosa deyil, türklərə aiddir. Sumer-Akad 

yazılarında m.ö.

 

XXVI əsrdən adı çəkilən Subartu ölkəsi, subar boyu, 



m.ö. IX-VII əsrlərdə Asur yazılarında yer alan Subar bəyliyi, Xəzər xa-

qanlığında subarların Tenqrixana tapınması, m.s. X əsrdə Bizans impera-

toru Konstantin Porfiroqennetosun onlardan «sabarta-asfala» deyimi ilə 

bəhs etməsi bəllidir: 

22

 

 



Ούκ έλέγοντο δε τώ τότε χρόνω Τοϋρκοι, άλλά Σάβαρτοι άσφαλοι έκ τινος 

αίτίας έρωνομάζοντο.

 23

 «O vaxtlar onlar türk yox, məlum olmayan sə-



bəblə, savarta-asfala adlanırdılar». (Bu deyim «qüvvətli subarlar» və ya 

«ağ subarlar» kimi yozulmuşdur). 

Subarlar haqqında məlumatlar beş minil arası  kəsilmədən davam 

edir. Aşağıda görəcəyimiz kimi, bu məlumatlardan bəlli olur ki, subarla-

rın bir qismi m.ö. IV minilin, bir qismi də II minilin ortalarından Azərbay-

canın iç bölgələrinə  çəkilmiş  və sonralar oradan Quzey-Qafqaz və  İtil 

çayı arasına keçmişlər. Daha sonralar isə Dağıstandakı subar boylarının 

bir hissəsi yenidən Azərbaycana qayıtmışdır.  

                                                           

21

 ТУ, 234-235; Burada yalnız u//a paralelliyi birbaşa keçidlə izah oluna bilmir. Görü-



nür, İkiçayarasında qədim dialekt fərqi subar//samar sonralar da davam etmişdir. 

                                                                                  

22

  Меликишвили, 1954, 101; Юсифов, 1987, 24; Саркисян, 1989, 11; Плетнева,1986,32; 



23

  Багрянородный, 158. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə