A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə51/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   47   48   49   50   51   52   53   54   ...   226

 

112


Prototürk Atayurdunun Güney Qafqaz bölgələri paleolit çağı yaşayış 

məskənləri ilə daha çox önəm daşıyırdı, lakin ilk dövlət qurumları onun 

batı və güney-batı bölgələrində yarandı.

 

Ona görə də Ön Asiyanın sosial, 



iqtisadi durumu,

 

mədəniyəti



 

fonunda 8-10 minil öncə əkinçi-heyvandar 

təsərrüfatın

 

yayıldığı



 

Güney-Doğu

 

Anadolu,


 

Batı Azərbaycan

 

və İkiçayarası 



bölgələrindəki arxeoloji kulturları diqqətə almaq lazım gəlir:  

Mütəxəssislərin tərtib etdiyi bu xəritədən göründüyü kimi, Aralıq-

dənizi yaxaları boyunca Çatalhöyük-İerixon arasında formalaşan qədim 

əkinçi-heyvandar kulturu Türk Atayurdunun sınırı dışında qalır, lakin İki-

çayarasından Dərbəndə qədər uzanan sahələr bu sınırın içindədir.

 

Kərkük 



bölgəsində

 

yaranıb,



 

m.ö.VII-VI

 

minillərdə  ətraf bölgələrə



 

yayılan


 

Carmo 

kulturu  Zaqros dağlarında qut və lulu boylarının ulu əcdadları sayılan 

və əsasən heyvadarlıqla məşgul olan prototürk boylarına aid idi: 




 

113 


Daş özül üzərində çiy kərpiçdən tikilmiş, ağac qapılı evləri olan bu kul-

turun buluntuları  təkcə Carmoda deyil, Şimşar,

 

Sorabtəpə,



 

Qurantəpə  və 

sair abidələrdə aşkar edilmişdir.

 

Mosul bölgəsindən Elam sınırına qədər



 

uza-


nan Carmo kulturunun daşıyıcı-

ları


 

dəmyə əkinçiliyi ilə

 

də məşğul 



olub, mərcimək və arpa əkirdilər.

3

 



Dağlıq yerlərdən Dəclə ya-

xalarına enib sonralar «çay adamı» 

adı ilə tanınan subar boyları

 

keçi-



qoyun saxlamaqla yanaşı,

 

əkinçi-



liyə

 

daha



 

çox


 

üstünlük verir,

 

tədri-


cən şəhərləşmə yaşamına keçirdi-

lər.


 

Heyvandar-əkinçi boyların İki-

çayarasında məskunlaşması olayı 

öncə quzey bölgələri əhatə edirdi.

 

Əvvəllər Bağdaddan aşağı bataq-



lıq olan ərazilər isə yaşayış məs-

kəninə sonralar çevrilsə də, bura-

da şəhərləşmə

 

sürətlə inkişaf etdi; 



möhtəşəm məbədlər

 

tikildi,



 

şəhərlər


 

salındı, süni suvarma arxları

 

çəkildi. 



Artıq m.ö.

 

III minillikdə



 

İkiçayarasının

 

quzeyi


 

güneydəki

 

şəhərləşmə



 

mə-


dəniyətdən

 

xeyli geri qalırdı.



4

 

Beləliklə, m.ö.VI-IV minillər arasında  əkinçi-heyvandar boyların 



məskəninə çevrilən İkiçayarasının quzeyində öncə Xasun və Xalaf, sonralar 

Ubeyd kulturunun quzey variantı yarandı. Ubeyd kulturunun Urmu gölü ya-

xalarına uzanması arxeologiyada (Püştəlitəpə, Göytəpə)

 

sübut


 

olunmuşdur.

5

 

Mosulun güneyində m.ö. 5800-cü illərdə formalaşan  Xasun kulturu daha 



geniş  ərazilərə yayılaraq, yuxarıda Diyarbakırın batısına keçir, aşağıda isə 

Bağdada qədər uzanıb Dəclədən doğudakı bölgələri də əhatə edirdi:

6

    


Vaxtilə, A. L. Perkins bu kulturun Sincar və Cəzirə yaylalarında möv-

cud olduğunu yazırdı.

7

 Rus-İraq arxeoloqlarının bu bölgədə birgə üzə çıxar-



dıqları I, II və III Yarımtəpə kompleks abidələri həmin fikri bir daha təsdiq 

                                                           

3

  АЗА , 1986,  24-26;  Maccoн, 1989, 41;  Заблоцка , 1989, 30. 



4

  АЗА, 1986, 70. 

5

  Eyni qaynaq, 105-106. 



6

  ИДВ, 1983, 66.  

7

  Perkins, 1957, 43-45. 




 

114


etdi. Burada geniş  tədqiqatla qiymətli bilgi əldə edən rus arxeoloqları 

yazır:  «Xasun kulturu İkiçayarasının quzeyində aktiv inkışafda olmuş 



qədim istehsalçı təsərrüfat üzərində yaranmışdır».

8

 



        Əkinçi-heyvandar Carmo kul-

turu


 

üzərində


 

formalaşan və bükülü 

ölübasdırma gələnəyini davam etdi-

rən Xasun kulturu çağında yardım-

çı və yaşayış tikililəri, təsərrüfat və 

bəzək  əşyaları, alətlər, keramika 

xeyli təkmilləşdi. İctimai

    


münasibət-

lərdə yeni çalarlar yarandı və bu 



 

çağ-


da prototürk dili və dialektləri yüksək 

inkişaf mərhələsini yaşadı. Boyalı 

qablar daha bəzəkli çeşidlə hazırlan-

dı. Xasun

 

kulturunun



 

lokal variantı 

kimi Samara

 

qablarında



 

gözəl na-

xışlı dönərgə simvolu hərəkət

 

dina-



mıkasının

 

stilizə



 

olunmuş


 

dörd hey-

van fiqurunda aydın görünür:

 

         Dəclə çayının

 

doğu yaxalarında subar boylarının ərsəyə



 

gətirdiyi bu

 

kultur,


 

güneydə Samara və Savana şəhərləri  İkiçayarasının

 

güney Ubeyd 



kulturunun yaranmasına böyük təsir etmişdir. İkiçayarasının quzeyindəki 

Xasun kulturu VI-V min 

illərin qovuşuğunda Xa-

laf kulturu ilə  əvəzlənir.

 

Bu  əvəzlənməni təkmil-



ləşmə ilə bağlayan mütə-

xəssislər

 

qeyd edir ki, I 



Yarımtəpə abidəsi VI 

minilin Xasun kulturunu 

əks etdirirsə, artıq II Ya-

rımtəpə (4710 ± 40 il) 

abidəsində Xalaf kulturu 

sərgilənir.

9

  

 



                                                           

8

  Мунчаев-Мерперт, 1981, 150 (və  85, 144-146). 



9

  Eyni qaynaq, 1981, 153-154. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə