A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə59/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   55   56   57   58   59   60   61   62   ...   226

 

131 


dakı armenlər sonra Murad-suyun quzey yaxalarına keçdiyi üçün, oralar 

da  Ermen bölgəsi adlandı. Armedən yuxarıda Murad-suyun güneyində 

isə subarların şadılı boyu yaşayırdı.

61

 Ümumiyətlə, Subar bəyliyinin kon-



taktda olduğu ətrafdakı Qaşqay, Urume, Ulluba, Arme, Kumuq, Kuman 

və başqa ölkə-bölgələr qədim türk bəlgələri ilə doludur. Subar bəyliyinin 

etnik tərkibi, çox güman ki, təkcə subarlardan deyil, qonşu bölgələrdə ya-

şayan urum, matien, ermən, türk (turxu), şadılı, kuman, kumuq adlı türk 

boylarından, qafqazdilli hurri, bura sığınan urartu və samidilli qaçqınlardan 

ibarət idi. Subar bəyliyi dağılandan sonra subarların bir hissəsi yuxarı qal-

xıb, Çorux çayı hövzəsində sonrakı qaynaqların Subar (Sper) ölkəsi adlan-

dırdığı bölgədə yerləşdi. Asurların xarabaya çevirdiyi Subar bəyliyində 

boşalan kənd və şəhərlərə Suriyanın quzeyindən və Kilikiya bölgəsindən 

köçürülən hay tayfaları yerləşdi. Bunlar qədim türklərin Ərmən bölgəsinə 

yaxınlaşan ilk haylar idi. Hay qaynaqları onların Subar ölkəsində məskun-

laşma olaylarını geniş verir. 

Subarın son elbəyi Niq-Teşubun və onun asurlarla yaxın münasibəti 

olan qardaşı Baq-Teşubun adında Mitan Eli dövründən geniş yayılan Teşub 

adını görmək olur.

62

 Baq-Teşub adındakı baq Urmu hövzəsində və Göytürk 



yazılarında işlənən «tanrı» anlamlı baqa sözü deyilsə, onda bay/bəy sözünün 

qədim forması (beq) ola bilər. Bu halda adın çağdaş forması Bəy-Teşub olur. 

«Dədə Qorqud» bahadırı Basatın soyu Qoğan Aslana bağlandığı kimi, 

Subarda da Aslan kultu vardı.

63

 Yuxarıda qeyd etdiyimiz kimi, Türk adlı 



tapınaq da Subarın qonşuluğunda idi. Subar ölkəsindən güneydə yerləşən 

                                                           

61

  Şadılı boyunun burada yerləşməsi D. N. Sarkisyanın tərtib etdiyi xəritədə əks olunmuş-



dur (Саркисян, 1989); Urartu çarı Menua buralara yürüş edib, şadılı (

İ

Sada 'li-exi) boyuna 



məxsus Şurişili(ni), Tarxiqama(ni) şəhərlərini və yaxınlıqda olan Xatinaşta(ni), Alzi böl-

gələrini yağmalayır. Görünür, Sub-Ana (Sebene) çayı yaxasında yerləşən Ata (Ata-uni) 

şəhəri də şadılı boyuna aid imiş. Lakin N.V. Arutyunyan şadılı boylarının yaşadığı əra-

zini Van gölünün güney-batısında verir  (ТУ, 238);  Subar Eli dağılandan sonra başqa 

boylar kimi, şadılı və şatər adlı boylar da Güney və Quzey Azərbaycana keçmişdi. II 

Sarqon çağında bir asur yazısı Böyük-Zab çayının Kiçikçaya qovuşduğu sahədəki sol 

yaxasında müasir Zibar'ın yerində Sibar-qala (Kar-Siparri) ilə yanaşı Şatər (

KUR


Sattera) 

yeradını çəkir (ТУ, 241). 

62

  Urartu əleyhinə məlumat toplayıb asurlara ötürən Baq-Teşubdan yeni məlumatı ala 



bilməyən rezident Aşşurdurpanin Asur çarına göndərdiyi məktubda onun xəstələnməsini 

elçilərdən öyrəndiyini yazır və onların söylədiyi sözləri əlavə edir: «Baq-Teşub xəstədir. 

Özümüz gedib gördük» (АВИИУ, ¹50, 37). 

63

  İ. M. Dyakonova görə, 



d

ÚG-GAL sumer ideoqramı ilə verilən «Böyük Aslan» Subar 

ölkəsində tapınaq adı bildirir (АВИИУ, №67, b; 6-cı qeyd). 



 

132


Sabireş (Şabireşu) şəhərinə gələn subar elçilərindən qalabəyi Abiyaka və 

Yata adları da diqqəti çəkir. Subar ölkəsinin güney-batı qonşuluğunda yer-

ləşən ölkənin böyükbəyi də qaynaqlarda Tubusi (oğlu) Lapturu adını da-

şıyırdı.  

Niq-Teşubun vaxtında Asur çarı Asarxaddon şıkayət edir ki, Asur 

və Urartıu qaçqınları Subarda rahat sığınacaq tapır, burada onlara torpaq 

sahələri də verilir, halbuki hər iki ölkənin qüdrətli hökmdarları dəfələrlə 

Subar çarından qaçqınları qaytarmağı xahiş etmişlər. Lakin Subar çarı on-

ları qaytarmır. Bunu bəhanə edən Asarxaddon asurların uzun zaman işğal 

etmək istədiyi Subar bəyliyinə hücum edib, möhkəm və yaraşıqlı qalaları, 

şəhər-kəndləri tutub dağıdır, elbəy Niq-Teşub isə öldürülür.

64

 Asarxaddon 



sağ qalan subarların çoxunu başqa asur əyalətlərinə köçürdür və boşalan 

şəhər-kəndlərə başqa etnik bölgələrdən  əhali yerləşdirir. Eyni zamanda

21 şəhərin adını dəyişib, asurca adlar qoyur. «Subarların boşalmış küçə-

lərində artıq nə  şənlik vardı, nə  də  nəğmə oxuyan, yiyəsiz xarabalarda 

tülkülər, kaftarlar yuva qururdu».

65

 



Böyük ordu ilə 673-ün qışında başlanan bu asur-subar müharibəsi 

3-4 ay davam etdi və 672-də Subar bəyliyinin darmadağın edilməsi ilə 

başa çatdı. Bu müharibənin  əsl səbəbi Kiçik Asiyada və Azərbaycanda 

saqa-qamər boylarının dalbadal Urartu vilayətlərini zəbt etməklə Asur 

sınırlarında böyük təhlükə yaratması idi. Saqaların Subar bəyliyinə yer-

ləşə bilməsindən qorxuya düşən asurlar onları qabaqlayıb, Subar ölkəsini 

işğal etdi. Niq-Teşubu öldürən Asur çarı onun

 

ordusundan və muhafizə 



qvardiyasından salamat qalan hissələri sıraya düzüb, baxış keçirdi və on-

ları asur ordusuna qatdı. Urartudan qaçıb burada sığınacaq tapan qaçqın-

ları tutub, Urartu çarına göndərdi. Etnik simasını dəyişdirdiyi Subar ölkə-

sini də iki canişinliyə ayırıb, Asur əyalətinə çevirdi

.

66

 



Artıq bundan son-

rakı qaynaqlarda ölkənin adı Subar yox, həmin  əyalətlərin adı  çəkilir. 

Beləliklə,  İkiçayarasının quzeyində  qədim subarlardan qalmış bu türk 

boyunun qurduğu kiçik dövlət dağıldı. İki əsrdən artıq Asur-Urartu kimi 

təcavüzkar dövlətlərin arasında yaşaya bilən Subar bəyliyi m.ö. 673-də 

tarix səhnəsindən silindi. 

 

                                                           



64

  

İ 



Ni-iq-Te-şub  şarru-şu

 

la  şe-mu-ú



 

a-mat qi-bit-ia

 

a-ner «Mənim  əmrimi eşitməyən 



onun (Subarın) çarı Niq-Teşubu öldürdüm»

 

(Саркисян, 189, 49; АВИИУ, ¹70).  



65

  ARAB, II, 

§ 

608, 


§ 

611; АВИИУ, ¹67 (р). 

66

  АВИИУ, ¹67, (к, н). 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə