A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə43/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   39   40   41   42   43   44   45   46   ...   226

 

91 


deyimi işlənir.

287


 Başqa bir Asur qaynağı isə Subar bəyliyi ilə savaşda 

elatsu termini ilə verilən bölükdən bəhs

 

etmiş,



 

uzmanlar bu mətndəki u-



par-ri-ru

 

 ka-şir-tu   e-lat-su deyimini

 

«özünün  toplanmış qüvvəsi» kimi 



tərcümə etmişlər.

288


 

Lakin elat-su deyimi orduya qoşulan subar elatının 

döyüşçüləri anlamında  elat-sü,  yəni qədim türkcə  elat  «əhali» və  sü 

«qoşun» sözləri ilə işlənən «elat qoşunu» anlamında yerli termin, subar 

sözü də ola bilər.

289


  

Güney Qafqazda ağır

 

yaraqlı,


 

zirehli döyüşçülər

 

əsasən suvarlar



 

idi. 


Aqafi yazır ki, başqa ölkədə vuruşan suvarlar müvəqqəti ordugah qurur-

dular. Suvarların 554-555-ci illərdəki yürüşlərini təsvir edən yazar qeyd 

edir ki,

 

onlar süvarinin başı görünən hündürlükdə



 

ağac tirlərdən hasar

 

dü-


zəldib, onu dəri ilə örtür və eyni qayda ilə bu hasarın içində çadır şəkilli 

köşklər qururdular.

290

 Belə müvəqqəti istehkamların arabalarla qurulması 



tabur adlanırdı. Tabur sistemindən adətən saqa, hun kimi bozqır türkləri 

istifadə edirdilər. Tarixi qaynaqlar üzrə  əvəzsiz bilgin B. Ögəl türklərlə 

təmasda olan bir çox xalqın dilinə tabor şəklində keçən bu sözün monqol 

mənşəli olduğunu söyləyənlərə etirazını sənədlərlə ortaya

 

qoymuşdur.



291

 

Əvvəlki ordular soxsaylı mahir döyüşçülərə, çeşidli silah növlərinə 



malik olsa da, qoşunun daxili strukturu nizama oturmamışdı. Savaş mey-

danında hərbi-taktiki manevrlərin reallaşması üçün qoşundakı pərakəndə 

düzümdən imtina edənlər nizami orduların formalaşmasına təkan verdilər. 

Doğrudur, Misir, Het, Akad-Asur ordularında cəng arabaları, ox və nizə ilə 

silahlanmış piyada bölükləri vardı  və sonralar bu ordularda süvarilər də 

ortaya çıxdı, lakin bütün bu qüvvələrin əksəri qarışıq halda döyüşə atılırdı. 

Nizami ordunun yaranması üçünsə qoşundakı bölüklər müəyyən sistemlə 

sıralanmalı idi. Dünyada ilk dəfə olaraq, nizami ordu düzəni qədim Azər-

baycanda formalaşdı. Herodot yazırdı ki, əvvəlki durumdan fərqli olaraq, 

ordunu silah növünə görə, nizə tutanlar,

 

oxçular və süvarilər üzrə



 

bölüklərə 

ayıran Mada hökmdarı Kiaksar Asiyada nizami ordunun ilk örnəyini 

                                                 

287

  Hay dilində karapet «ordu başçısı» termini də kara sözünə hayca pet «başçı» sözü 



(bu da farscanın pat sözüdür) qoşulmaqla yaranmışdır.  

288


  АВИИУ, ¹67 (æ, ê); Саркисян, 1989, 74-75. 

289


  İ. M.

 

Dyakonov ellatsu sözünün mətndə «svoyu sobrannuyu v otryadı voinskuyu silu» 



anlamı bildirdiyini yazır (ВДИ, №3, 1951, 222, 36-cı qeyd). 

290


  Агафий, ÛÂ. 13-14. 

291


 

Ögel, 1991, VII. 200-202; Daşnaklarla vuruşmaq üçün Abbasqulu bəy Şadlinskinin 

yaratdığı Qırmızı tabor isə «alay» anlamında idi. 



 

92

yaratdı.



292

   


Məhz bu ordu ilə Orta Anadoludan Orta Asiyaya qədər uza-

nan Mada imperiyası quruldu.

293

  

Nizami ordular



 

formalaşdıqca onun atributları da yeni

 

mahiyət


 

qaza-


nırdı. Türk ordularında şeypur (boru), sinc, davul kimi çalğı-zərb alətləri və 

tuğ, bayraq dövlət atributu olmaqla yanaşı, daşıdığı simvola görə, orduda 

hərbi-taktiki manevr üçün çox əlverişli idi. Tuğ və bayraq döyüş simvolu 

kimi əsgərlərə ruh verirdi, bir-birindən aralı mövqelər tutmuş bölüklərin 

hərəkəti bu simvollarla verilən işarə ilə tənzimlənirdi. Sarayda tuğ tutan-

ların protokola uyğun hərəkət etməsinə nəzarət edən tuğçubaşı ordudakı 

tuğçulara da rəhbərlik edirdi. Qoşundan xeyli öndə gedən bayraqlı bölük 

isə çalış adlanırdı.  

İpək bayraq-

lardan fərqli ola-

raq, dağ keçisinin 

tükü və at quyruğu 

qılından hazırlanan 

tuğ  şamançılıqdan 

dövlət və ordu qu-

rumuna transfer ol-

duğu üçün onların 

görkəmi qamların 

istifadə etdiyi tuğ-

lara bənzəyir. Türk 

şamanizminin böyük

 

bilicisi A.



 

İnan qırğız-qazax

 

bakşılarının



 

dualarından 

bu deyimləri verir: «Yürük atın kuyruğunu (qılını) tel kıldığım kopuz»… 

«Əsgərin tuğ tutanı Karabaş, toplanıb karma-karışık konurlar, kopuzunu 

kaldırıb Kaf dağından gelsen-a, Çarabaş!»

.

294



 

Türk dillərində bayraqbaydaq şəkillərində işlənən bu dövlət-ordu 

simvolunu türklər həmişə uca tutmuş, ona qurbanlar sunub, alqışlar demiş, 

şeirlər yazmışlar. Tuğ şəklində hazırlanan çelek (yelək) və boncuq mızraq

 

                                                 



292

  Herodot, I. 103. 

293

  Lakin hakimiyəti ələ keçirən perslər imperiyanın paytaxtını Həmədandan Persepola 



köçürdülər. Öncə bu işi Kiaksarın pers kürəkənindən olan nəvəsi Kuruş gerçəkləşdirdi, 

sonradan isə hakimiyəti geri alan Qam-Atanı sui-qəsdlə öldürən yeddi pers əhəməni 

soyundan I Daranı taxta çıxarıb, yenidən Persepolu hakimiyət mərkəzinə çevirdilər.  

294


 İnan, 1972, 141, 143;  Buradakı qam (bakşı) deyimlərindəki Kaf dağı, qopuz və tuğ  

simvollarının açımı VI Bitikdə geniş verilmişdir.  




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə