A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə40/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   36   37   38   39   40   41   42   43   ...   226

 

84

larının əksəriyəti çoxalıb artdıqca, yaşadığı ərazilər onların dolanışığına 



yetmirdi»

.

268



 

Yeni torpaqların əldə edilməsi üçün aparılan savaşların və  öl-

kənin qorunması üçün aparılan  torpaq savaşı idi. Çin qaynağı Metenin 

yararsız bir torpaq parçasını qorumaq üçün böyük savaşa başladığını yazır.   

Türklər yalnız xarici qüvvələrlə, başqa xalqlarla deyil, vaxtaşırı bir-

biri ilə  də müharibə etmişlər. Müxtəlif səbəblər üzündən baş verən bu 

daxili savaşlar bəzən çox dəhşətli sonluqla başa çatırdı. Belə ki, tarixdə 

qamər boyları arasında, saqalarla qamərlər arasında, göytürklərdə Moyun 

Çor ilə Bilgə-tay arasında, İç-oğuzla Dış-oğuz arasında (KDQ), Cavanşir 

ilə hun başbuğu Alp İltəbər arasında iç savaş olayları bəllidir. 

Qaynaqlara görə, pers-rum savaşlarında hansı tərəfin daha çox qızıl 

pul verməsindən asılı olaraq, hun atlı alayı gah perslərin, gah da rumların 

tərəfində vuruşa qatılırdı.

269


 İki ayrı-ayrı qüvvənin savaşına qoşulub, tərəf-

lərdən birinə kömək edən belə yardım savaşı bəzən türk elinə

 



 



ya türk 

boylarına qarşı olurdu.

 

Belə ki, hun başbuğu Uldız 406-da Roma şəhərini 



xarabaya çevrilməkdən qorudusa, bir neçə əsr sonra böyük ödənc müqa-

bilində rumlulara yardım edən 40 minlik kuman qoşunu da Bizansı çök-

dürməkdə olan soydaşları peçeneqləri məhv etdi.  

Göründüyü kimi, türk boyları qədim çağlardan İslamaqədər azadlıq 

savaşından tutmuş, el qurma, torpaq, öcalma, bacalma (yağma), yardım və 

cahan savaşları kimi müxtəlif müharibələr aparmış, bu savaşlarda ayrı-ayrı 

döyüş

 

taktikasından



 

istifadə etmişlər.

 

Bəzən türk boyları bir neçə ölkənin 



ərazisində

 

gedən cahan



 

savaşına cəlb

 

olunurdu.



 

Beləliklə,

 

qədim


 

türklərin 

müxtəlif səbəb və məqsədlə apardığı savaşların çeşidli növləri vardır:  

Savaş növləri Savaşın səbəb və məqsədi  



azadlıq savaşı  

qurd savaşı 

el qurma savaşı 

torpaq savaşı 

öcalma savaşı  

bacalma savaşı  

yağma savaşı 

yardım savaşı 

cahan savaşı 

müstəqilliyi qorumaq və ya əldə etmək 

müxtəlif məqsədli savaşda bir döyüş taktikası 

yeni torpaqlar tutub, bölgədə hökmranlıq etmək  

iç və ya dış boylarla bölgə və ya otlaq yeri üstündə 

əcdadların qəbrini təhqir edənlərə qarşı 

vergi verməkdən boyun qaçıranlara qarşı 

var-dövlət əldə etmək üçün düzənlələn akın 

başqa dövlətin savaşına ödənc ilə qatılma  

bir çox dövlətin torpağında gedən hərbi aksiya  

                                                 

268


 Неру, I, 1981, 129. 

269


 Пигулевская, 1941, 149-150. 


 

85 


Adətən,

 

turklərin ordu sistemindən danışan uzman-



lar daha çox bozqır boylarının ordu qurumunu göz 

önündə tuturlar. Halbuki, türklərin savaş tarixi və 

ilkin ordu

 

atributları oturaq türklərlə başlanmışdır. 



Hələ m.ö. III minilin ortalarından görünən Subar 

və Aratta hərbi-siyasi qurumları oturaq türklərə aid 

idi. Sonralar ortaya çıxan Qut eli, Turuk bəyliyi və daha sonralar Mana 

və Alban elləri oturaq türklərin qurduğu dövlətlər idi. Sonrakı bölmədə bu 

dövlətləri quran türk boylarının apardığı savaşlar haqqında bəhs olunacaq. 

Hələlik isə istər oturaq, istərsə köçəri və ya yarımköçəri türk etnosunun 

ordu sistemində ümumi dəyərlərə köklənən cəhətlər üzərində durmaq 

lazım gəlir. Hər şeydən öncə, türk toplumunda qurulan el hərbi qüvvəyə, 

gücə (erklik) dayanıqlı idi və bu gücü isə xalqın silah tutub, savaşa bilən 

üzvləri təşkil edirdi. 

Ordu

 

sisteminin



 

quruluşu


 

xalqın


 

yaşam


 

durumu 


ilə bağlı

 

idi.



 

Oturaq türklərin hərbi qüvvəsi daha çox 

müdafiə  məqsədli sistem düzəninə uyğun formala-

şırdı.


 

Bu sistemdə xalqın

 

əli iş tutan üzvləri müdafiə 



istehkamları, qalalar və xəbərdarlıq bürcləri tikirdi. 

Qalaya hücum edən düşmən  əsgərlərinə yuxarıdan 

ox-nizə

 

atılır,



 

başlarına

 

daş parçası



 

yağdırılırdı. Subar 

bəyliyində m.ö. 673-də asurlardan müdafiə olunan 

subarların qalaya yaxınlaşan düşmənin başına neft 

töküb

 

yandırması bəllidir.



270

 Bozqır türklərinin hərbi 

qüvvələri isə həm müdafiə, həm də hücum taktikası 

üçün münasib olan quruluşa yönəlik idi.

271

  

Tarixboyu bozqır türklərinin mərkəzləşmiş hakimiyəti olan dövlətə 



nisbətən, boy birliklərinin konfederasiyası  şəklində qurulan siyasi-hərbi 

birlikləri daha çox və vaxtaşırı yaranmışdır. Lakin tarixi qaynaqlar daha 

çox Qut, Saqa, Mana, Hun, Göytürk, Xəzər, Alban və Uyğur dövlətləri 

kimi mərkəzi hakimiyəti olan ellərin ordu sistemindən bəhs etmiş, kiçik 

bəyliklərin və boy konfederasiyalarının yaratdığı yüzlərlə hərbi birliklər 

çox


 

vaxt


 

diqqətdən kənarda qalmışdır.

 

Oturaq


 

türklərdə

 

insanlar sənətkar, 



əkinçi, tacir və sair peşə-sənət məşğuliyətinə görə ayrı-ayrı sahələr üzrə 

qruplara ayrılırdısa, yarımköçəri heyvandar türk boylarında hər kəs hər işi 

                                                 

270


 ARAB, II, 

§ 

599;  АВИИУ, №67 (e). 



271

 Uyğur xaqanı Moyun-Çorun müdafiə qalaları tikdirməsi bəllidir. 

 

 

Türklərin 



ordu sistemi 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə