A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə38/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   34   35   36   37   38   39   40   41   ...   226

 

80

Dağıstanda Kübəçi (Zirehgeran) kəndinin adı da suvar boylarından 



yadigar qalmışdır. Türk dilində «zireh» anlamında kuyaq, yarıq (yaruq), 

say-yarıq, bütün bədəni qoruyan «dəmirdon» anlamında  kübe-yarıq ter-

minləri işlənirdi. Üstdən geyilən döyüş qaftanına isə 



yalma deyilirdi, bəzi uzmanlar isə bunu atı qoruyan 

zireh sayır.

254

 Qaya rəsmlərində, yazılı qaynaqlarda 



dəmirdonlu döyüşçülərin qiyafəsi təsvir edilmişdir. 

Nağıllarda «altdan geyindi, üstdən qıfıllandı» deyimi 

ilə yola çıxan, savaşa gedən igidlərdən bəhs olunur. 

KDQ-da «ip üzəngili, keçə 

börklü, azğın dinli, quzğun 

dilli» kafirlərə qarşı  əynin-

dəki dəmirdonu  göy polad 

olan döyüşçülər vuruşur.

255

 

Türk atlı döyüşçüsü təkcə 



özünü

 

deyil,



 

atını da zirehli 

dona bürüyür. Zirehli donla 

döyüşə qatılanlar özəlliklə  ağır yaraqlı süvarilər 

idi. Yüngül yaraqlı atlı türk döyüşçülərisə yalnız 

yüngül qalxandan müdafiə üçün istifadə edirdi.  

İslamaqədər bütöv Avrasiya məkanında 

görünən türk hərb kulturu Ön

 

Asiyadan başlanın türk savaş terminologiya-



sının qonşu

 

xalqların dilinə keçməsində də görünür.



256

 Hətta bəzi türk boy-

larının adı ətraf xalqların dilində «bahadır» anlamı bildirən sözə çevril-

mişdir. N.Y. Marr yazır ki, yunanlarda subar sözü «qorxunc məxluq» 

(çudovişe) anlamında işlənir

.

257



 

German dillərində də alp sözü insanı yu-

xuda boğan mifik varlığı bildirir. İ. M. Dyakonov

 

doğru olaraq, pəhlivan 



sözünün part (pəhləvi) boylarının adı ilə bağlayır.

258


 Haylar da saqa adını 

                                                 

254

 Donuk, 1988, 107. 



255

 KDQ, 1962, 71, 81. 

256

 Yelena Şipova təkcə rus dilinə keçmiş xeyli türk savaş terminləri haqqında məlumat 



verir: alpaqut,

 

arkan,



 

artel,


 

ataman,


 

balta,


 

barış, baskak,

 

basmaç,


 

başıbuzuk,

 

boqatır,


 

deli-


baş, kamça, kalança, kobura, koytul, kolçuqa, kinjal, yaqma, yasavul, yeralaş, yumşan, 

saadak, saqçiy,

 

sançak,


 

san,


 

san(ovnik), tabor,

 

temnik, paşa, çekan,



 

djiqit, ulan,

 

urá, uran 



və sairə (Шипова, 1976).   

257


 Yazar aznaur sözünün də gürcülərdə «süvari oğulları» anlamında işləndiyini qeyd 

edir (Марр, III. 1943, 114, 166). 

258

 Дьяконов, 1956, 239; Sonralar farslaşmış partlar saqa boylarından ayrılanlar idi. 




 

81 


«bahadır»

 

anlamınında hska (saka)



 

deyiminə çevirmişlər. Olsun ki, pers-

lərdə hunər (hünər) sözü hun adı ilə bağlı yaranmışdır. Bahadır sözünün 

özü isə qədim baqaturbaqatır formaları ilə bir çox dillərə keçmişdir.

259

  

Savaş terminologiyası çox qədim çağlardan müxtəlif yollarla yaran-



mağa başladığı üçün onların dilçilik yozumu bəzən çətinliklərə rast gəlir. 

Məsələn, bugün əksər dillərdə fransız sözü kimi işlənən marşal titulunun 

tarixi qədim olmasa da, onun mehtər anlamlı bir termindən yaranması bir 

az qəribə görünür. Lakin yuxarı german dialektində monqolca morin (at) 

sözündən yaranmış marah-sch

 

(mehtər)


 

sözünün


 

əski fransız dilinə mare-



schal «mehtər» şəklində keçməsi bəllidir. Yaxud, dilimizdə işlənən əsir-

yesir sözü ərəblərdən deyil, asurlardan keçmişdir: Güney Azərbaycandan 

tutub apradıqları kişilərə asiru, qadınlara asirtu deyən asurlardan yadigar 

qalmışdır.

 

Qədim türklər dustağa tutsaq, əsirə bulun//bolun deyirdi,



 

türklər 


tərəfə keçən,

 

könüllü təslim olanlar isə içkin ər



 

adlanırdı.

 

Hər


 

hansı savaş 

qarşılaşan iki tərəfin iştirakı ilə gerçəkləşir, ona görə də

 

savaş növlərini 



bildirən sözlər feilin qarşılıq-müştərək şəkilçisi ilə yaranır: döyüş, savaş 

(söyüş), çalış, çarpış, qarpış, kürəş (güləş), süngüş//sünüş (süngüləşmə), 



vuruş, dartış, dalaş, dirəş və həm də barış. 

Türkoloji  ədəbiyatda, tarixi tədqiqatlarda türklər daha çox hücum 

edən, başqa xalqların ölkələrini işğal edən bir etnos kimi təqdim olunur. 

Lakin tarixboyu türk ölkələrinin işğalı, türk boylarının Ön

 

Asiyada qədim 



yurdlarından çıxarılması olayları daha çox olmuşdur. Bunu tarixi qaynaq-

larda işlənmiş bəzi terminlər aydın əks etdirir. Belə ki, düşmənin gəlmə 

xəbərini alan toplumun qorxuya düşməsi beling, kıyım, tezik, tezgi, ürkün 

 yaranan qarışıqlıq bulqak, bulqaş adlanırdı.

260

 

Tonyukuk yazısında bir 



deyim diqqəti çəkir: arkuy kargug ulgartdım

.

261


 

Göründüyü kimi, burada 

müdafiə üçün ocaq-tüstü xəbərdarlığı verə bilən «qaravul qülləsinin ucal-

dılması» verilmişdir.  

Türk etnosunun

 

savaş tarixində



 

ən önəmli

 



 



ibrətamiz

 

müharibələr 



müstəqillik uğrunda aparılan savaşlar idi. Tarixboyu türk yaşamının özəl 

bir


 

atributuna

 

çevrilmiş azadlıq savaşı həm də bu etnosu



 

ayaqda


 

saxlayan 

                                                 

259


  

Qamər başbuğu Teuşpanın manda döyüşçüsü adlanması da diqqəti çəkir (ВДИ, №1, 

1947, 270); Belə ki, Orta Doğuya daha qədim çağlarda Azərbaycandan yürüşlər edən 

ordunun umman-manda qoşunları adlanması, daha sonralar isə onlara «tanrı ordusu» adı 

verilməsi də maraq kəsb edir. Yanılmıramsa, akad dilində umman «qoşun» deməkdir. 

260


  Donuk, 1988, 96. 

261


  Orkun, 1994, 118. 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə