A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə34/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   30   31   32   33   34   35   36   37   ...   226

 

72

Türk dövlətçilik gələnəyində apa, bağa, bilgə, şad, tarkan, bəy və 



sair bu tip ad-sanın verilmə qaydaları olduğunu qeyd etmişdik. Bu qədim 

gələnək uzun müddət davam etmişdir. Hər kəs «bəy» sanını almaq üçün 

qılıncının gücülə topluma xidmət edib, «acı doyurmaq, çılpağı donatmaq» 

sınaqlarından keçməli idi (KDQ).

 

Təkcə bəlli soydan olanların



 

deyil,


 

bütün 


gənclərin bu sınaqdan keçə bilmə hüququ vardı.

 

II



 

Göytürk elini

 

qurduğu 


üçün «eli dərləyən, toplayan» anlamında kağan

 

İl-teriş adını

 

almışdır.



 

Fə-


qir milləti toplayıb «kobratdım» deyimində göründüyü kimi, Kubrat xanın 

da adı «kubrat» (toparla) feili ilə bağlıdır. El quran, eli yaşadan, eli böyü-

dən elbəylərə  Elteriş,  Elalmış, Eltutmuş, Elolmuş kimi ad-san verilirdi, 

hələ Qut elbəyləri sırasında bu son sana Elulumeş (2179-2174)

 

şəklində 



rast gəlmək olur. 

KDQ və «Koroğlu» eposunda Dönməz, Dönəbilməz, Tərsuzamış, 

Halaypozan, Tüpdağıdan, Tanrıtanımaz kimi «ər adı» daşıyan alplar var. 

Belə ad-sanı olmayan bir türkün «ər atım yok üçün yeti aşnukı eşim taşru 

etildi» deməsi onun kövrəlmiş ovqatını dəqiq göstərir. Türk toplumunda 

ər adı bəzən qısa, bəzən də çox uzun olurdu. Oğuznamədə oğlunun Tan-

rıdan qüvvət aldığını deyən Tuman xan ona belə ad verir:

 

«Bundan sonra 



onun adı Tiken bile er biçken Kayı Yavquy xan olsun! Bunun mənası bir 

adamın başını tikan otu ilə biçən (üzən) deməkdir»

.

227


  

Bəzən san ilə vəzifə titulunu ayırmaq çətin olur. «Tonyukuk boyla 

baqa tarkan»,

 

«Boyla kutluğ yarğan»



 

adlarında keçən boyla sözü haqqında 

T.Təkin yazır ki, protobulqar yazılarında ən çox keçən ünvanlardan biri 

də boyla tituludur.

228

 Tuna bulqarlarında bu titulun içirgü boyla şəklində 



işlənməsi  onun saray içi bir vəzifə-titul olduğunu ortaya qoyur.  Qədim 

türk yazılarında keçən



 

Külüg-tirig, Külüg-çor, Külüg Bilgə kağan, Köl-

erkin, Külbey (bulqar adı), Kül-tegin adlarında görünən külüg və kül//köl 

sanının təhlili göstərir ki, burada şanlı, şöhrətli, məşhur anlamı vardır.  

Uyğur elbəyi «İltutmuş Bögü alp külüg kağan» adında da görünən 

külüg sanının bu anlamını qədimdə işlənən külüg-çavlı (adlı-sanlı) ifadəsi 

də təsdiq edir. Həmin külüg sözü qədim bir türk yazısında «yazıldı ad

ι

ñ 

eldə boldun külüg» (adın eldə yayıldı, şöhrətli oldun)

 

deyimində keçir.



229

 

Bu baxımdan, Herodotun qələmə aldığı saqa soykökü mifində ilk elbəy 



                                                 

227


  Ðÿøèäÿääèí, 1992, 47. 

228


  Tekin, 1987, 44. 

229


  ДTС, 326. 


 

73 


sayılan Kolaksa (Kolakca)

 

adının düzgün izah oluna bilməsi kül, külüg



külügcə,

 

köl, köləkcə



 

sanlarının daşıdığı anlamın gerçək yozumundan çox 

asılıdır.

230


  

«El qılıncla qurulur, qələmlə yürütülür» deyən türklər, əslində, vaxt-

aşırı «bu qələmi» qeyri-türklərə vermişlər. İslamlaşma çağına qədər türk 

dövlətlərində məmurların çoxu türk idi, lakin Səlcuqlardan başlayaraq, 

dövlət qurumlarında etnik kökəni pers (əcəm) olanlar get-gedə üstünlük 

təşkil edirdi. Türk dövlətçilik tarixində belə dönmə olayını, əvvəllər türk 

böyüklərinin yanına heç bir atəşpərəstyəhuditərsa və rafizin getməyə 

cəsarət etmədiyini vurğulayan XI əsrin böyük siyasi xadimi Nizamülmülk 

(1017-1092)

 

yazırdı ki, durum dəyişib, indi türk məmurları namuslu və 



bilikli olsa da, onları saraya yaxın buraxmırlar.

231


   

Türk toplumunda hər kəsin sayqı göstərdiyi «yazılmamış qanunlar» 

vardı. Etnik, dini, sosial və siyasi normalara dayanıqlı bu qanunlar qay-

naqlarda türk törəsi (il törü) kimi verilir.

232

 Türk törəsinə görə, cinayət 



edənlərlə sərt davranılırdı. Qonur (m.ö.VI əsr) Saqa elbəyi olsa da, onun 

Yunan elində «7 müdrik» sırasına daxil edilən oğlu Anaxars öz yurduna 

dönərkən türk törəsini pozduğu üçün onu öldürürlər. «Türkmənlərin soy-

kökü» kitabında, hətta kimliyindən asılı olmayaraq,

 

cinayət törədənə arxa 



duranı da cəzalandırmağın zəruriliyi vurğulanır:  

«Bir kişi günahkar bolsa, ol kişi padşah olturğan yerge yavuk bolsa 

ya ıraq bolsa, ol günah qılğan kişi padşahnıñ uruğundan bolsa ya özge 

uruğdan bolsa, xanıñ bir kişisi barıp anı yarğu qılsa (müdafiə etsə) aña 

xanıñ inisi və oğlu və bəgləri heç kimersə qol yapmasunlar və meni dip, 

kelip turur dip post-penah bolub, eger hər kim arka bolsalar, ol arka bol-

ğan kişini padşah eşiginə keltürüp arkasına qılıç birle çapıp ikki bölük 

qılmaq gerek ta körgenge köz və işitkenge qulaq bolğay».

 

233


 

                                                 

230

  

Valeri Flakkın «Arqonavtika» əsərində də bir saqa bəyi Kolaks adı daşıyır.



 

231


  «Bütün

 

türk



 

ağaları bilikli, təsərrüfatçı,

 

namuslu


 

işçi idilər..

buna görə, o



 

sultanlar 

rahat yaşamışlar. İndi isə iş elə yerə çatıbdır ki, dərgah və divan onlarla doludur, hər 

türkün qarşısında onlardan on, iyirmi nəfər yüyürür, çalışırlar ki, bir xorasanlını belə 

dərgaha buraxmasınlar, qoymasınlar onlar bir parça çörək sahibi olsunlar»

 

(Siyasətna-



mə, 133). 

232


  Qonşu xalqların gələnəklərindən fərqlənən türk törəsində milli-etnik dəyərlərə bö-

yük önəm verir və dəyərlərin dəyişdirilməsinə yol verilmirdi. Belə ki, qonşu sumerlər 

çoxtanrılı olduğu və balıq qurbanı verdiyi halda, türklər təktanrılı olub, qurbanlıq heyvan 

kimi qoyun kəsirdi. Sonralar bozqır türkləri qoyunla bərabər atı da qurban verirdilər.   

233

  Şecere-i Terākime, 1996, 161-162. 




Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə