A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə42/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   38   39   40   41   42   43   44   45   ...   226

 

89 


etmişdir.

280


 Oğuzun ordusunda urun, ünüş, sav-

rum, küşük, solqay bölmələri olduğunu vurğu-

layan bu əlyazmada ordunun qaravulyeravul



qol,  ciqdavul (və ya ökcə),  buxtarma adlanan 

hissələrinin qarşı tərəfə doğru ardıcıl düzümü, 

başbuğun

 

və tuğun



 

olduğu və

 

qol adlanan əsas 

orta bölümun isə  sağ qol  və  sol qol ilə  əhatə 

olunması qeyd olunmuşdur:  

Əlbəttə, ordunun belə düzümü türklərin 

savaş taktikasından, döyüş yerindən və qarşı 

tərəfin durumundan asılı olaraq,

 

hər bir


 

konkret 


savaşda

 

dəyişrdi.



 

Lakin bu


 

düzümün dəyişməz 

qaydaları da vardı ki, bunlardan biri də protokola görə, xaqanın sağında 

duranlar, savaş vaxtı ordunun sağ qol, solunda duranlar isə sol qol bö-

lüklərində yer tuturdular. Belə ki, dövlət düzənindəki duruş yeri orduda 

da təkrar olunurdu və hər kəs orduda öz yerini öncədən bildiyi üçün sıra-

lanmaya əlavə vaxt sərf olunmurdu. Protokol üzrə sağ-sol sıralanmasın-

dan başqa, böyük türk dövlətlərində ölkə  də sağ-sol bölgələrinə ayrılır, 

biri xaqan, digəri onun təyin etdiyi canişin (yabqu, şad) tərəfindən idarə 

olunurdu. 

Göründüyü kimi, türk ordu sisteminin əsasında xalq və dövlətlə iç-

içə olan birliyi dururdu. Qaynaqlarda işlənmiş terminlər türk ordusunun 

daxili quruluşu, düzəni haqqında bilgi verir. Belə ki, türk süvari bölükləri 

alay, müəyyən sayda əsgəri bölük taqım, müdafiə istehkamının arabalarla 

qurulması tabur, qoşunun mərkəzi tüp, bütöv qoşun sü, əsgərin, qoşunun 

                                                 

280


 R. Şükürova bunu «Oğuznamə»nin şərhlər bölməsində vermişdir: «Oğuzun ordusu 

yeddi hissəyə bölünürdü. Birinci hissə monqolca bulçunqar, türkcə isə qaravul adla-

nırdı.

 

O,



 

ordunun əsas qüvvələrinin başında dururdu. İkinci hissə monqolca manqolay

türkcə  yeravul,  ərəbcə isə  müqəddimət  əl-ceyş adlanır, gənc və igid döyüşçülərdən 

təşkil olunurdu.

 

Üçüncü


 

hissəni


 

Olcay


 

xan


 

monqolca


 

baranqar,

 

türkcə ön qol adlandırır 



ki, bu da ərəbcə maymana (sağ cinah)

 

deməkdir.



 

Dördüncü hissəni

 

Olcay xan monqolca 



cuvanqar, türkcə sol qol adlandırır ki, bu da ərəbcə maysara (sol cinah) deməkdir. 

Beşinci hissə ordunun gözüdür. O, qol adlanır və ordunun sağ və sol cinahları arasında 

yerləşdirilir. Ordunun komandanı və bayrağı (tuğ) burada olur. Altıncı hissə küçüngər 

adlanır və beşinci hissənin (qol) arxasında durur. Ona türkcə ciqdavul, bəzən isə ökcə 

deyilir.

 

Yeddinci hissə monqolca bustinqar, türkcə isə



 

buxtarma adlanır,

 

altıncı



 

hissənin 

(küçüngər) arxasında yerləşir. Onların ərəbcə adları yoxdur. İki ordunun rastlaşdığı 

yerə qarşu deyilir» (Ðÿøèäÿääèí, 1992, 68, 96-cı qeyd). 




 

90

toplanış  məntəqəsi tirilgü yer



 

adlanırdı.

 

Belə terminlərin bəzisi sonralar 



məna

 

dəyişikliyinə uğramışdır.



281

 

Məncə, alay (atlı bölük) və alaman (yağma, talan) sözlərinin hərbi 



termin anlamları, m.ö. I minilin əvvəllərindən tez yarana bilməzdi, çünki 

sonralar yalnız cığatay dilində görünən bu sözlərin saqa-qamər boylarının 

qayıdışı ilə bağlı Azərbaycanda yaranmış hərbi termin anlamları doğuya 

miqrasiya etmiş digər türk boylarının dilində yoxdur. Alay sözündə polk, 

batalyon, taqım, qoşunun ön sırası anlamları isə atlı bölüklərin qoşundakı 

yeri və sayı ilə ortaya çıxmışdır.

282

 Mada çarı Kiaksar da yüngül yaraqlı 



saqa-qamər atlı alaylarına uyğun qoşun növü yaratmışdı.

283


 

Əgər


 

süvari

 

sözü ehtimal



 

etdiyim kimi,

 

suvar

 

boyadı



 

ilə


 

bağlı


 

deyilsə, 

onda hun çağından bəlli olan sü sözundən yarandığını güman etmək olar. 

«Bəg yağıka sülədi» (bəy yağıya qarşı vuruşdu) deyimini və «Yağıng taba 



titrü bakıp bükdəñ bilə, Oğrap kalı kəlsə saña karşu sülə» (Yağıya diqqət 

et, xəncərini itilə, sənə qarşı gələndə onu sülə) beytini örnək verən M. 

Kaşğari bu sözün əslində  süv olub, «v» səsinin düşdüyünü yazır.

284


 

Qaynaqlarda qoşun çıxarmaq,

 

ordunu irəli aparmaq anlamında süle,



 

sület, 

sü elt sözləri işlənmişdir.

285


 Bu sözdən sübaşı, subay (zabit) terminləri

 

də 



yaranmışdır. Göytürklərdə Sübaşı İnel kağan 711-də baş komandan idi. 

Asur yazılarında batı subar boylarından olan kumuqlarla döyüşə aid bir 

mətndə karâšu termini işlənmişdir. Uzmanlar asurca olmayan bu sözün 

qoşun və ya hərbi düşərgə anlamında işləndiyini söyləmişlər.

286

 Türk 


dilində  karasu deyiminin «piyada qoşun» anlamında işlənməsi  şübhə 

doğurmur, bugün də Türkiyə ordusunda eyni anlamda «kara kuvveleri»

 

                                                 



281

  Bugün türk və azər ordusunda işlənən taqım termini tağ (hissə, dəstə) sözü ilə bağlı 

idi.

 

Bizans ordusunda 200-400 nəfərlik bölük VI-VII əsrlərin qovuşuğunda



 

taqım termi-

ni ilə taqm (τό τάγμα) bildirilmiş və taqımbaşı taqmatarx (ταγμά-ταρχος) adlanmışdır. 

Taqım daxilində daha kiçik bölüklərlə bağlı hekatontarx (yüzbaşı), dekarx (onbaşı) titul-

ları da işlənirdi

 

(Симокатта, I. XIV.5;  səh. 200, 55-ci qeyd); Qoşunun mərkəzi sayılan 



tüp termini dastanlarda «hoy deyəndə ağır tüplər dağıdan» kimi deyimlərdə qalmışdır. 

282


  Sonralar alay sözü bir çox xalqların dilinə

 



 

keçmişdir: pers, ərəb (ﯼﻻا , ﯼﻵﺁ), yunan 

(׳αλλάγιον) və b. 

283


  

Herodot, I. 103. 

284

  MK, III. 271-272. 



285

  Donuk, 1988, 103. 

286

  Mətndə ordu anlamında işlənən  karâšu termini «voysko» və «polevoy laqer» 



kimi tərcümə edilmişdir (АВИИУ, №42, 2-ci qeyd). 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə